Şəmsi Qoca: Bu universitet aqrar təhsildə dönüş nöqtəsi olacaq

Şəmsi Qoca: Bu universitet aqrar təhsildə dönüş nöqtəsi olacaqAzərbaycanda yeni universitet yaradılacaq. Bu məsələ Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, xarici universitetlərdən biri ilə əməkdaşlıq çərçivəsində birgə universitetin yaradılması nəzərdə tutulur.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki, yaradılacaq yeni müştərək universitet Azərbaycanın aqrar və müasir təhsil sistemində yeni mərhələnin əsasını qoyacaq:

"Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramı çərçivəsində xarici tərəfdaşla yaradılacaq universitet yalnız yeni ali təhsil müəssisəsi deyil, həm də aqrar sahədə strateji inkişaf layihəsidir. Bu əməkdaşlıq dünyanın qabaqcıl texnologiyalarının və innovativ tədris metodlarının Azərbaycana gətirilməsinə imkan yaradacaq. Gənclər dünya standartlarına uyğun təhsili ölkə daxilində əldə edə biləcəklər.

Bu inteqrasiya yerli müəllim və alimlərin beynəlxalq təcrübə qazanmasına, təhsilin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verəcək. Universitet xüsusilə akvakultura və balıqçılıq sahəsində uzun illərdir hiss olunan mütəxəssis çatışmazlığının aradan qaldırılmasına xidmət edəcək.

Xəzər dənizinin və daxili su hövzələrinin potensialı müasir elmi yanaşmalar, süni intellekt texnologiyaları, genetik tədqiqatlar və ekosistemlərin qorunması metodları vasitəsilə daha səmərəli şəkildə istifadə olunacaq. Tələbələr nəzəri biliklərlə yanaşı, laboratoriyalarda və regionlarda praktiki təcrübə də qazanacaqlar.

Ekspertin sözlərinə görə, universitet kənd təsərrüfatının rəqəmsallaşdırılması istiqamətində də mühüm rol oynayacaq. Burada dron texnologiyalarını, ağıllı suvarma sistemlərini və rəqəmsal idarəetməni bilən yeni nəsil aqronom və menecerlər hazırlanacaq.

Universitet nəzdində fəaliyyət göstərəcək startap və inkubasiya mərkəzləri gənclərin elmi ideyalarını biznes layihələrinə çevirməsinə imkan yaradacaq. Bu isə aqrar sektorda əmək bazarına hazır peşəkar kadrların yetişdirilməsinə şərait yaradacaq.

Şəmsi Qoca vurğulayıb ki, qlobal iqlim dəyişiklikləri və su qıtlığı fonunda ərzaq təhlükəsizliyi strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, universitetdə aparılacaq elmi araşdırmalar yerli toxumçuluğun inkişafına, torpaqların şorlaşmasına qarşı mübarizəyə və heyvandarlıqda məhsuldarlığın artırılmasına töhfə verəcək.

Ekspert hesab edir ki, bu layihə Azərbaycanın aqrar sahədə elmi potensialını gücləndirəcək və ölkənin gələcək inkişafında mühüm rol oynayacaq."


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 612   Tarix: 26 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

01.10.2026 325
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

01.10.2026 271
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

01.10.2026 212
.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 144
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

01.10.2026 183
.

Azərbaycan üç yeni avtomat istehsal edib

"Azərsilah"ın istehsal etdiyi üç yeni avtomat "ADEX 2026" sərgisində nümayiş olunur. APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərsilah"ın əməkdaşı Ataş Cəbrayılov məlumat verib. O qeyd edib ki, avtomat silahlardan biri 5,56×45 mm, digər ikisi isə 7,62×39 mm çaplıdır

01.10.2026 171
.

"Tanınmışlar məndən sonra süni presslər qoydurdular"

Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini

01.10.2026 295
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

01.10.2026 316
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

01.10.2026 314
.