Təhsildə AI mübahisəsi: Faydalı vasitə, yoxsa təhlükə?
Süni intellekt alətlərinin, xüsusilə ChatGPT-nin məktəblilər arasında geniş yayılması təhsil sahəsində yeni müzakirələrə səbəb olub. Bir çox valideyn və müəllim hesab edir ki, şagirdlərin ev tapşırıqlarını ChatGPT vasitəsilə hazırlaması onların araşdırma və düşünmə bacarıqlarına mənfi təsir göstərə bilər. Digər tərəfdən isə bəzi mütəxəssislər bu texnologiyanın düzgün istifadə edildiyi halda öyrənmə prosesini daha effektiv etdiyini bildirirlər.
Bəs "ChatGPT ilə ev tapşırığı" şagirdlər üçün həqiqətən zərərlidirmi, yoxsa yeni dövrün faydalı təhsil vasitəsidir?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən təhsil eksperti Şəmsi Qoca bildirib ki, süni intellektin, xüsusilə ChatGPT-nin təhsil mühitinə sürətlə daxil olması dövrümüzün ən mühüm pedaqoji və texnoloji mövzularından biridir:
"Bu məsələ həm müəyyən riskləri, həm də təhsil sistemi üçün böyük imkanları özündə birləşdirir. Bir tərəfdən intellektual tənbəllik qorxusu mövcuddur, digər tərəfdən isə fərdiləşdirilmiş təhsil imkanları yaranır.
Əgər şagird riyazi məsələnin həllini, tarixi hadisənin təhlilini və ya esse mətnini düşünmədən birbaşa ChatGPT-dən götürürsə, bu, təhsilin əsas məqsədinə ziddir. Çünki təhsil yalnız nəticədən deyil, həmin nəticəyə gedən düşünmə prosesindən ibarətdir. Şagird araşdırma aparmağı, səhvlərdən nəticə çıxarmağı və məntiqi təhlil etməyi öyrənməlidir. Əks halda, texnologiyadan kor-koranə istifadə tənqidi təfəkkürün zəifləməsinə səbəb ola bilər".
Ekspert hesab edir ki, süni intellekt düzgün istifadə olunduqda şagird üçün faydalı köməkçiyə çevrilə bilər:
"ChatGPT fərdi yanaşma baxımından şagirdlərə əlavə dəstək verə bilər. Məsələn, uşaq anlamadığı mövzunu daha sadə formada izah etməyi süni intellektdən istəyə bilər. Bu zaman ChatGPT sadəcə hazır cavab təqdim edən vasitə deyil, ideyaları inkişaf etdirən və yeni baxış bucaqları qazandıran intellektual tərəfdaş rolunu oynaya bilər".
Şəmsi Qoca vurğulayıb ki, əsas məsələ texnologiyanı qadağan etmək deyil, ondan düzgün istifadə mədəniyyətini formalaşdırmaqdır:
"Müasir dövrdə şagirdlərə ‘süni intellekt savadlılığı’ və rəqəmsal etikadan danışmaq vacibdir. Təhsil sistemi də bu dəyişikliklərə uyğunlaşmalıdır. Ev tapşırıqları yalnız faktoloji məlumatların köçürülməsinə əsaslanmamalı, şagirdin şəxsi düşüncəsini, yaradıcılığını və analitik yanaşmasını ortaya qoymalıdır.
Şagird ChatGPT ilə araşdırma apara bilər, lakin sinifdə həmin məlumatı öz sözləri ilə izah etməyi və müdafiə etməyi bacarmalıdır".
Ekspertin fikrincə, "ChatGPT ilə ev tapşırığı" anlayışı texnologiyanın necə istifadə edilməsindən asılı olaraq həm mənfi, həm də müsbət nəticələr yarada bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 622 Tarix: 26 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUlu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!
"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
01.10.2026 325 Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır
Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild
01.10.2026 271 Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
01.10.2026 212 Dünyanın ən dəqiq saatı yaradıldı
Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer
01.10.2026 144 "Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq
01.10.2026 183 Azərbaycan üç yeni avtomat istehsal edib
"Azərsilah"ın istehsal etdiyi üç yeni avtomat "ADEX 2026" sərgisində nümayiş olunur. APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərsilah"ın əməkdaşı Ataş Cəbrayılov məlumat verib. O qeyd edib ki, avtomat silahlardan biri 5,56×45 mm, digər ikisi isə 7,62×39 mm çaplıdır
01.10.2026 171 "Tanınmışlar məndən sonra süni presslər qoydurdular"
Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini
01.10.2026 295 Sabah bu ərazilərdə su olmayacaq
Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır
01.10.2026 316 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
01.10.2026 314