Azərbaycanda buğda problemi: Prezidentdən ciddi mesaj

Azərbaycanda buğda problemi: Prezidentdən ciddi mesajPrezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib ki, Azərbaycan hazırda özünü buğda ilə cəmi 55 faiz təmin edir və bu göstərici illərdir dəyişmir.

"Uzun illərdir ki, ölkədə təxminən eyni həcmdə buğda istehsal olunur. Baxmayaraq ki, aqroparklar yaradılıb və kənd təsərrüfatına böyük dəstək göstərilib. Aqroparkların inkişafda mühüm rolu olsa da, buğda istehsalı və özünütəminetmə səviyyəsi artmır. Hazırda daxili istehsal 1 milyon 573 min ton, idxal isə 1 milyon 267 min tondur. Biz bu idxalı azaltmalıyıq", - deyə dövlət başçısı vurğulayıb.

Prezident qeyd edib ki, Azərbaycanın coğrafi şəraiti və digər kənd təsərrüfatı məhsullarına olan ehtiyac nəzərə alınaraq 100 faiz təminat hədəfi real olmaya bilər. Lakin 55 faiz göstəricisi qəbuledilməzdir və artırılmalıdır.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, Azərbaycan üçün buğda məsələsi yalnız iqtisadi deyil, həm də milli təhlükəsizlik məsələsidir. Çünki buğda strateji məhsul olmaqla yanaşı, qida təhlükəsizliyinin əsas sütunlarından biridir. Dövlət enerji resurslarından gəlir əldə etsə də, qlobal böhran dövründə buğda çatışmazlığı və qiymət artımı ciddi risk yarada bilər:

"Rusiya-Ukrayna müharibəsinin ilk illərində dünya bunun təsirlərini açıq şəkildə gördü. Enerji sahəsində alternativlər tapılsa da, buğda ixracında yaranan problemlər bir çox ölkədə ciddi narahatlıq doğurdu.

Hazırda əsas problem resurs çatışmazlığı deyil. Dövlət subsidiyalar ayırır, aqroparklar yaradır, texnika və infrastruktur dəstəyi verir. Lakin nəticələr gözlənilən səviyyədə deyil.

Kənd təsərrüfatına marağın azalması əsas problemlərdən biridir. Regionlardan paytaxta axın, kənd təsərrüfatının kifayət qədər gəlirli hesab olunmaması və həyat standartlarının dəyişməsi bu sahəyə marağı azaldır.

Digər mühüm problem isə ixtisaslı kadr çatışmazlığıdır. Azərbaycanda aqrar təhsil müəssisələri fəaliyyət göstərsə də, gənclərin bir hissəsi bu sahəyə maraq göstərmir və ya təhsil aldıqdan sonra fərqli istiqamətlərə yönəlir.

Mövcud metodlar gözlənilən effekti vermirsə, dünya təcrübəsindən istifadə olunmalıdır. Bu baxımdan ən uğurlu modellərdən biri Niderland təcrübəsidir.

Ərazi baxımından kiçik olmasına baxmayaraq, Niderland hazırda ABŞ-dan sonra dünyanın ən böyük kənd təsərrüfatı ixracatçılarından biridir. Bu ölkədə kənd təsərrüfatına ənənəvi sahə kimi deyil, texnologiya və elmi innovasiyalar üzərində qurulan strateji sektor kimi yanaşılır.

Niderland modeli "daha az resursla daha çox məhsul" prinsipinə əsaslanır. Burada hidroponika sistemi, ağıllı suvarma texnologiyaları və avtomatlaşdırılmış istixana idarəetməsi geniş tətbiq edilir. Bəzi təsərrüfatlarda ənənəvi üsullarla müqayisədə 90 faizə qədər az su istifadə olunur.

Bu modelin uğurunun əsas səbəblərindən biri güclü təhsil və elmi tədqiqat sistemidir. Xüsusilə "Vaqeningen Universiteti və Tədqiqat Mərkəzi" aqrar elmlər sahəsində dünyanın aparıcı elm mərkəzlərindən biri sayılır.

Təklif olunur ki, Azərbaycan Niderland və digər inkişaf etmiş ölkələrlə aqrar sahədə təcrübə mübadiləsini genişləndirsin, istedadlı gənclər xaricdə təhsil almağa göndərilsin və gələcəkdə ölkədə beynəlxalq standartlara uyğun aqrar tədqiqat mərkəzləri yaradılsın.

Buğda məsələsi gələcəkdə daha böyük strateji əhəmiyyət daşıya bilər və indidən ciddi tədbirlər görülməsi vacibdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 801   Tarix: 26 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

01.10.2026 325
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

01.10.2026 271
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

01.10.2026 212
.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 144
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

01.10.2026 183
.

Azərbaycan üç yeni avtomat istehsal edib

"Azərsilah"ın istehsal etdiyi üç yeni avtomat "ADEX 2026" sərgisində nümayiş olunur. APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərsilah"ın əməkdaşı Ataş Cəbrayılov məlumat verib. O qeyd edib ki, avtomat silahlardan biri 5,56×45 mm, digər ikisi isə 7,62×39 mm çaplıdır

01.10.2026 171
.

"Tanınmışlar məndən sonra süni presslər qoydurdular"

Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini

01.10.2026 295
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

01.10.2026 316
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

01.10.2026 314
.