Şakira etiraf etdi: "Həyatımda sevgiyə yer yoxdur"

Şakira etiraf etdi: "Həyatımda sevgiyə yer yoxdur"Dünya şöhrətli kolumbiyalı ulduz Şakira, keçmiş futbolçu Jerar Pike ilə səs-küylü ayrılığından sonra ilk dəfə şəxsi həyatı barədə tam səmimi açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, müğənni hazırda həyatında yeni münasibətlər üçün nə vaxtının, nə də emosional enerjisinin qaldığını bildirib.

49 yaşlı superulduzun Jerar Pike ilə 11 illik münasibətindən iki oğlu - Saşa və Milan böyüyür. Cütlük 2022-ci ilin iyununda rəsmən ayrıldıqlarını elan etmişdi. Həmin dövrdə media futbolçunun xəyanəti barədə xəbərlərlə çalxalanırdı, Şakira isə öz mahnılarında bu ağrılı ayrılığa tez-tez eyhamlar vururdu.

"The Times" qəzetinə müsahibə verən pop ulduz hazırda diqqətini yalnız övladlarına və karyerasına yönəltdiyini qeyd edib:

"Hazırda roman yaşamaq fikrində deyiləm. Həyatımda buna nə yer, nə də zaman var. Onsuz da öhdəliklərim başımdan aşır. Övladlarım mənim mütləq prioritetimdir. Bir də karyeram. Qəribə də olsa, hazırda işimə həmişəkindən daha çox aşiqəm. Üstəlik, özümlə tək qalmaqdan da zövq alıram".

Xatırladaq ki, Jerar Pike ayrılıqdan qısa müddət sonra Klara Çia ilə münasibətə başlayıb və artıq təxminən üç ildir ki, onunla birlikdədir. Şakira isə musiqiyə, ailəsinə və daxili tarazlığını bərpa etməyə üstünlük verib.

Müğənni müsahibəsində ailəsinin dağılması ilə eyni vaxta təsadüf edən atasının ağır xəstəliyindən də danışıb. Atası Uilyamın yıxılaraq xəstəxanaya yerləşdirilməsi Şakira üçün ikiqat zərbə olub:

"Həmişə qoruyub saxlamaq istədiyim ailəmin dağılmasını izləyirdim. Böyük bir ağrıdan keçməli oldum. Amma bəlkə də məhz bu əzablar məni daha müdrik, ya da ən azı daha güclü etdi. Deyirlər, bizi öldürməyən şey daha güclü edir - bu, tamamilə həqiqətdir. İnsanın dözümlülük potensialını kəşf etməsi heyrətamizdir. Bəzən nə qədər güclü olduğumuzu ancaq çətinliklərdən keçəndə anlayırıq", - deyə sənətçi vurğulayıb.

Şakira əlavə edib ki, yaşadığı bu çətin günlər ona sadiq dostların və yaxınların dəstəyini daha dərindən qiymətləndirməyi öyrədib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 912   Tarix: 26 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

01.10.2026 325
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

01.10.2026 271
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

01.10.2026 212
.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 144
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

01.10.2026 183
.

Azərbaycan üç yeni avtomat istehsal edib

"Azərsilah"ın istehsal etdiyi üç yeni avtomat "ADEX 2026" sərgisində nümayiş olunur. APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərsilah"ın əməkdaşı Ataş Cəbrayılov məlumat verib. O qeyd edib ki, avtomat silahlardan biri 5,56×45 mm, digər ikisi isə 7,62×39 mm çaplıdır

01.10.2026 171
.

"Tanınmışlar məndən sonra süni presslər qoydurdular"

Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini

01.10.2026 295
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

01.10.2026 316
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

01.10.2026 314
.