Qurban ibadətinin mahiyyəti - İlahiyyatçı açıqlayır

Qurban ibadətinin mahiyyəti - İlahiyyatçı açıqlayırQurban bayramı hər il müsəlman dünyasında həm dini, həm də sosial baxımdan mühüm hadisə kimi qeyd olunur. Bu günlə bağlı ən çox müzakirə edilən məsələlərdən biri qurban ibadətinin müasir dövrdə necə anlaşılması və düzgün şəkildə icra olunmasıdır.

İlahiyyatçı Tural İrfan Qaynarinfo-ya açıqlamasında bu ibadətin mahiyyəti və yaranan suallara münasibət bildirib.

Onun sözlərinə görə, qurban kəsmək əvvəla dinin tərkib hissəsi olaraq ibadət hesab olunur:

"İnanclı insanların əqidəsinə uyğun olaraq bu ayin icra olunur. Qurban kəsməyin mənəvi, sosial yönləri cəmiyyət üçün faydalıdır. İldə bir dəfə ət yeməyən ailələr var ki, onların uşaqlarının dilinə ət yalnız Qurban bayramında dəyir. Kapitalizm sistemində evdə acından ölən şəxsi heç kəs axtarmır, maraqlanmır. Bu məsələlərə yalnız din həssas yanaşır. Eyni zamanda insanın öz malından, pulundan Allah yolunda keçə bilməsini test edir".

Tural İrfan deyir ki, insan fitrətdən qan tökməyə meylli olduğu üçün din bu daxili ehtiyacı nəzərə alaraq insan deyil, heyvan qanı tökməyi tövsiyə edir:

"Hazırda din təhrif olunduğu, əsasən İran, fars mədəniyyətinə qarışmış formada, xurafat və mövhumat şəklində yaşadıldığı üçün bu ibadətin də əsas mahiyyəti demək olar ki, itib. Sadəcə ənənə və yaxud "Cənnətdən huri qazanmaq üçün" yerinə yetirir çoxu. Amma əslində qurban cəmiyyət arasında mənəvi, sosial bağ yaratmalı, münasibətlərin daha da yaxınlaşmasını təmin etməlidir".

Həmsöhbətimiz deyir ki, İslama görə hətta qeyri-müsəlmanlara da qurban əti payı verilə bilər:

"Bu o deməkdir ki, sosial münasibətlər inkişaf etməlidir. Ancaq indi varlı, imkanlı adamlar guya qurban kəsir, özü kimi imkanlı dostlarını da başına yığıb kabab məclisi qurur. Bu, mədəni vəhşilikdir. Din ən həssas, ən zərif insani duyğuları, ehtiyacları nəzərə alaraq hökmlər verir. Lakin insanlar zamanla bu vacib elementləri xarab edirlər".

Son dövrlərin trendinə çevrilən qurban kəsimi və onun sosial şəbəkələrdə paylaşılmasına da toxunan ilahiyyatçı bildirib ki, burada iki məqama diqqət etmək lazımdır:

"Sosial şəbəkələrdə qurban kəsimini, paylanılmasını nümayiş etdirmək əgər başqalarını təşviq, təbliğat və qurban ibadətinin faydalarını göstərmək məqsədi daşıyırsa, burada qəbahət yoxdur. Yox, əgər riyakarlıq, özünü reklam xarakterlidirsə, bu əməl günahdır".

"Qurban kəsmək maddi imkanı normal olanlara vacibdir. İmkanı olmayan, borcu, krediti olan şəxslər azaddır. Əgər şəxs krediti öz maddi ehtiyaclarına görə götürübsə onun qurban kəsməsi məqbul deyil. Lakin imkanı olduğu halda, ticarətini, maddi imkanını daha da genişləndirmək üçün kredit götürübsə həmin şəxslər qurban kəsməlidir. Qurbanın ətini satmaq da almaq da haramdır. Çünki ibadətin mahiyyəti zədələnir, təhrifə uğrayır. Qurban ətini satan qardaşını öldürüb ətini satan kimidir. Qurban ətini satmaq kimi ənənələr təəssüf ki, ölkəmizə kənardan keçir. Kimin imkanı varsa kəssin, imkanı olmayan da adi formada ət alıb bişirə bilər. Lakin bəziləri həmin gün fürsətdən istifadə edərək kəsdikləri heyvanları qurban əti adı ilə satırlar. Bu, çox ağır bəlalara gətirib çıxara biləcək şeytani bir ənənədir. Bu adətin yayılmasına imkan vermək olmaz" - deyə Tural İrfan əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 591   Tarix: 26 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 144
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

01.10.2026 271
.

Uşaqlar üçün yeni tərbiyə üsulu - kartof toplayıb, odun doğrayırlar

Valideynlər şübhəli bir "zövq" üçün böyük məbləğlər ödəməyə hazırdırlar. Uşaqlar kartof toplayıb, odun doğrayır və gördükləri əməyə görə pul almaq hüququna malik olmurlar. xarici KİV-ə istinadən xəbər verir ki, adi çimərlik istirahəti, turist səfərləri və əyləncə mərkəzləri əvəzinə Çində müasi

01.10.2026 198
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar

"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə

01.10.2026 221
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

01.10.2026 316
.

Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb

Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis

01.10.2026 159
.

Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı

Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş

01.10.2026 180
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

01.10.2026 359
.