Kiçik mənzil üçün ideal 5 pişik cinsi

Kiçik mənzil üçün ideal 5 pişik cinsiBir çox insan kiçik mənzildə yaşadığı üçün evdə pişik saxlamaq fikrindən vaz keçir. Halbuki əsas məsələ mənzilin ölçüsü deyil, heyvanın xarakteridir və bu da böyük ölçüdə onun cinsindən asılıdır. Bəzi pişiklər hiperaktiv olur qaçmağa, tullanmğa, hündür yerlərə dırmaşmağa ehtiyac duyur. Digərləri isə sakit xarakterə malikdir və onlar üçün yumşaq divan hər hansı böyük ərazidən daha vacibdir.

Lent.az bu 5 pişik cinsini təqdim edir:

Britaniya qısatüklü pişiyi

Bu cins pişiklər şkafların üstünə tullanmağı, əşyaları rəflərdən salmağı və gecəyarısı mənzildə qaçmağı sevmir. Onların əsas məşğuliyyəti uzanmaq və ətrafı izləməkdir istər pəncərədən küçəyə baxmaq, istər sahibini müşahidə etmək.

Günün ən böyük fəaliyyəti bir yataq yerindən yem qabına keçmək ola bilər. Lakin bir məqama diqqət etmək lazımdır: az hərəkətli olduqları üçün artıq çəki yığmağa meyllidirlər. Gündə təxminən 10 dəqiqə oyun bu problemin qarşısını almağa kömək edir. Britaniya qısatüklü pişiklər müstəqil xarakterlidir və tək qalmağa yaxşı dözür. Gün ərzində işdə olan insanlar üçün yaxşı seçim sayılır.

Ragdoll

Bu cinsin adı "bez kukla" mənasını verir və bu təsvir tam yerinə düşür. Onu qucağa götürdükdə bədəni tam rahatlaşır və yumşaq şəkildə sahibinin qucağında "ərir". Bu pişiklər məhz ev şəraitində yaşamaq üçün yetişdirilib və mənzil həyatına ideal uyğunlaşır.

Xarakterləri mehriban və etibarlıdır. Ancaq vacib bir detal var: Ragdoll pişikləri tənhalığı ağır keçirir. Əgər evdə tez-tez heç kim olmursa, iki pişik götürmək daha məqsədəuyğundur ki, bir-birinə yoldaş olsunlar.

Pers pişiyi

Pers pişikləri sanki dekorativ heyvan təsiri bağışlayır: uzun ipək kimi tüklər, yastı sifət və sakit davranış. Onlar çox hərəkətli deyil və ov instinkti zəifdir. Buna görə kiçik mənzildə özlərini rahat hiss edirlər. Lakin uzun tüklər gündəlik qulluq tələb edir. Müntəzəm daranmadıqda tüklər dolaşır və evdə tökülmə artır.

Şotland visloux pişiyi

Bu pişiklərin xarakteri görünüşü kimi yumşaq və sakitdir. Aqressiv davranış göstərmirlər, çox diqqət tələb etmirlər və mənzildə dominantlıq etməyə çalışmırlar. Şotland visloux pişikləri uşaqlarla və digər heyvanlarla yaxşı yola gedir. Onlar həm müstəqillik, həm də mehribanlıq arasında balans yaradır.

Ekzotik qısatüklü pişik

Bu cinsi "qısatüklü pers pişiyi" kimi təsvir etmək olar. Xaraktercə sakitdir, mehribandır, amma gündəlik daranmaya ehtiyac duymur. Bir yaşdan sonra daha sakit həyat tərzinə üstünlük verir, oyunlara marağı azalır. Tənhalığa nisbətən yaxşı dözür və kiçik mənzil üçün ideal seçim sayılır.

Kiçik mənzil üçün uyğun olmayan pişik cinsləri

Benqal pişiyi çox enerjili, qaçmağa və ov etməyə ehtiyac duyur;

Abissin pişiyi daim hərəkətdə olur və interaktiv oyuncaqlar tələb edir;

Siam pişiyi və orientallar çox səsli və aktiv ola bilər;

Meyn-kun iri ölçülü olduğu üçün dar məkanlarda rahat olmaya bilər.

Pişik üçün əsas məsələ mənzilin ölçüsü deyil, vertikal məkanın olmasıdır. Rəflər, dırmaşma platformaları, pişik evləri və müxtəlif səviyyəli cızma dirəkləri hətta kiçik studiya mənzilini belə pişik üçün ideal məkana çevirə bilər. Sığallanan, qidalanan və özünü təhlükəsiz hiss edən pişik demək olar ki, hər ölçülü evdə xoşbəxt ola bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 815   Tarix: 26 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

01.10.2026 325
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

01.10.2026 271
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

01.10.2026 212
.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 144
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

01.10.2026 183
.

Azərbaycan üç yeni avtomat istehsal edib

"Azərsilah"ın istehsal etdiyi üç yeni avtomat "ADEX 2026" sərgisində nümayiş olunur. APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərsilah"ın əməkdaşı Ataş Cəbrayılov məlumat verib. O qeyd edib ki, avtomat silahlardan biri 5,56×45 mm, digər ikisi isə 7,62×39 mm çaplıdır

01.10.2026 171
.

"Tanınmışlar məndən sonra süni presslər qoydurdular"

Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini

01.10.2026 295
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

01.10.2026 316
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

01.10.2026 314
.