Bəşəriyyət təhlükə altındadır - Nobel mükafatı laureatından qorxulu proqnoz

Bəşəriyyət təhlükə altındadır - Nobel mükafatı laureatından qorxulu proqnozNobel mükafatı laureatı, fizik Devid Qross bəşəriyyətin yaxın onilliklərdə qlobal fəlakətlə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, alim dünyada qeyri-sabitliyin artdığını və xüsusilə nüvə müharibəsi riskinin əvvəlki dövrlərlə müqayisədə daha yüksək həddə çatdığını bildirib.

Qrossun sözlərinə görə, soyuq müharibənin başa çatmasından sonra ekspertlər nüvə qarşıdurması ehtimalını ildə təxminən 1 faiz səviyyəsində qiymətləndirirdilər. Hazırda isə o, bu göstəricinin illik 2 faizə yaxınlaşdığını düşünür. Bu isə hər il təxminən 50-də 1 ehtimal deməkdir.

Alim hesab edir ki, belə dinamika uzunmüddətli sabitliyi sual altına qoyur. Onun fikrincə, mövcud tendensiyalar davam edərsə, XXI əsrin ortalarına doğru kritik mərhələ yarana bilər.

Devid Qross beynəlxalq münasibətlərdə gərginliyin artmasının da ciddi təhlükə yaratdığını vurğulayıb. O bildirib ki, silahlara nəzarətlə bağlı müqavilələrin zəifləməsi və böyük dövlətlər arasında qarşılıqlı etimadsızlığın dərinləşməsi səhv qərar və eskalasiya riskini artırır.

Fizik süni intellekt texnologiyalarının sürətli inkişafını da əlavə risk faktorlarından biri kimi qiymətləndirib. Onun sözlərinə görə, əvvəllər insanlar tərəfindən qəbul edilən qərarların artıq avtomatlaşdırılmış sistemlərə həvalə olunması təhlükəsizlik sahəsində gözlənilməz nəticələrə səbəb ola bilər.

Tədqiqatçılar qlobal təhlükənin göstəricilərindən biri sayılan "Qiyamət Saatı"nı da xatırladıblar. Hazırda həmin saatın əqrəbi şərti "gecə yarısına" 85 saniyə qalmış vəziyyətdədir ki, bu da əvvəlki illərlə müqayisədə daha təhlükəli göstərici hesab olunur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 751   Tarix: 26 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 144
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

01.10.2026 271
.

Uşaqlar üçün yeni tərbiyə üsulu - kartof toplayıb, odun doğrayırlar

Valideynlər şübhəli bir "zövq" üçün böyük məbləğlər ödəməyə hazırdırlar. Uşaqlar kartof toplayıb, odun doğrayır və gördükləri əməyə görə pul almaq hüququna malik olmurlar. xarici KİV-ə istinadən xəbər verir ki, adi çimərlik istirahəti, turist səfərləri və əyləncə mərkəzləri əvəzinə Çində müasi

01.10.2026 198
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar

"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə

01.10.2026 221
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

01.10.2026 316
.

Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb

Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis

01.10.2026 159
.

Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı

Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş

01.10.2026 180
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

01.10.2026 359
.