Azərbaycanda Qurban bayramı qeyd olunur
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
"Qafqazinfo" xəbər verir ki, Qurban bayramı və ya dini qurban kəsmə bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biri sayılır.
Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir.
Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-də, Təzəpir məscidində 09.00-da qılınacaq.
Bu müqəddəs gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq üç yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir.
Müqəddəs Qurban bayramı ölkəmizdə təşkil olunan müxtəlif mərasimlərlə qeyd olunur. Bu münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində adətən aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır.
Qurban bayramınız mübarək olsun!
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 903 Tarix: 27 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUlu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!
"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi
01.10.2026 325 Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır
Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild
01.10.2026 271 Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
01.10.2026 212 Dünyanın ən dəqiq saatı yaradıldı
Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer
01.10.2026 144 "Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq
01.10.2026 183 Azərbaycan üç yeni avtomat istehsal edib
"Azərsilah"ın istehsal etdiyi üç yeni avtomat "ADEX 2026" sərgisində nümayiş olunur. APA-ya istinadla xəbər verir ki, bu barədə "Azərsilah"ın əməkdaşı Ataş Cəbrayılov məlumat verib. O qeyd edib ki, avtomat silahlardan biri 5,56×45 mm, digər ikisi isə 7,62×39 mm çaplıdır
01.10.2026 171 "Tanınmışlar məndən sonra süni presslər qoydurdular"
Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini
01.10.2026 295 Sabah bu ərazilərdə su olmayacaq
Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır
01.10.2026 316 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
01.10.2026 314