Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşüb26 may tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüş keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Görüş zamanı BMT Təhlükəsizlik Şurasında "Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmət və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi" mövzusunda açıq müzakirələrin təşkilinə görə Çin tərəfinə təşəkkür ifadə olunub və bu təşəbbüsün mövcud qlobal çağırışlar fonunda xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Tərəflər Azərbaycan ilə Çin arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə edərək, son illər yüksəksəviyyəli siyasi dialoqun və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın yeni mərhələyə qədəm qoymasına mühüm töhfə verdiyini qeyd ediblər. Bu çərçivədə, iki ölkə arasında 2025-ci ildə hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin təsis edilməsinin əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynadığı bildirilib.

Azərbaycan Respublikası Prezidentinin 2025-ci ildə Çinə dövlət səfəri çərçivəsində əldə olunmuş razılaşmaların və imzalanmış sənədlərin müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişlənməsinə müstəsna imkanlar yaratdığı diqqətə çatdırılıb. Eyni zamanda, 2027-ci ildə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyinin qeyd olunacağı vurğulanaraq, bu yubileyin ikitərəfli əlaqələrin daha da inkişafına təkan verəcəyi qeyd edilib.

Görüş zamanı ticarət, investisiya, nəqliyyat və logistika, enerji təhlükəsizliyi, yaşıl enerji, sənaye, rəqəmsal innovasiyalar, kənd təsərrüfatı, elm, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensial yüksək qiymətləndirilib. Ölkəmizdə Çin sərmayəsi ilə istehsal müəssisələrinin fəaliyyətinin iqtisadi əməkdaşlığa töhfəsi vurğulanıb. Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində həyata keçirilən birgə layihələrin strateji əhəmiyyəti qeyd olunub. Ölkələrimiz arasında viza tələbinin aradan qaldırılmasının insanlar arasında təmasların artmasına müsbət töhfə verdiyi diqqətə çatdırılıb.

Beynəlxalq və regional təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub. BMT, AQEM, Qoşulmama Hərəkatı və digər çoxtərəfli platformalarda birgə fəaliyyətin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Çin nümayəndə heyətinin cari ilin may ayında Azərbaycanda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında fəal iştirakından məmnunluq ifadə olunub və bu iştirakın çoxtərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyi bildirilib.

Xalqlararası münasibətlərin möhkəmləndirilməsinin vacibliyi vurğulanaraq, təhsil, mədəniyyət, turizm və gənclər arasında mübadilə proqramlarının genişləndirilməsinin uzunmüddətli tərəfdaşlığın inkişafında xüsusi rol oynadığı qeyd edilib.

Bununla yanaşı, regional təhlükəsizlik məsələləri nəzərdən keçirilib. Çin vətəndaşlarının İrandan təxliyəsi üçün göstərilən dəstəyə görə ölkəmizə minnətdarlıq bildirilib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər müzakirə edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 582   Tarix: 27 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 144
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

01.10.2026 271
.

Uşaqlar üçün yeni tərbiyə üsulu - kartof toplayıb, odun doğrayırlar

Valideynlər şübhəli bir "zövq" üçün böyük məbləğlər ödəməyə hazırdırlar. Uşaqlar kartof toplayıb, odun doğrayır və gördükləri əməyə görə pul almaq hüququna malik olmurlar. xarici KİV-ə istinadən xəbər verir ki, adi çimərlik istirahəti, turist səfərləri və əyləncə mərkəzləri əvəzinə Çində müasi

01.10.2026 198
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar

"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə

01.10.2026 221
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

01.10.2026 316
.

Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb

Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis

01.10.2026 159
.

Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı

Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş

01.10.2026 180
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

01.10.2026 359
.