"AzerGold" QSC qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

"AzerGold" QSC qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıbAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı şəhərinin Qaradağ rayonu, Abşeron, Zaqatala, Balakən, Oğuz və İmişli rayonları ərazisində yerləşən bir sıra əhəngdaşı və qum-çınqıl yataqlarının "AzerGold" QSC-nin istifadəsinə verilməsini nəzərdə tutan 20 aprel 2026-cı il tarixli 649 nömrəli Fərmanından irəli gələn tapşırıqların icrası məqsədilə Cəmiyyət daxilində yaradılmış operativ İşçi Qrupu fəaliyyətə başlayıb. Paralel olaraq, Fərmandan irəli gələn vəzifələrin çevik və koordinasiyalı icrasını təmin etmək məqsədilə "AzerGold" QSC-nin nəzdində aidiyyəti təşkilati strukturun formalaşdırılması istiqamətində də işlərə başlanılıb.

İşçi Qrupu qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində səmərəliliyin artırılması və bazar tələbatının daha effektiv ödənilməsi üçün qısa müddətdə tədbirlər planı hazırlayıb. Bu çərçivədə Ekologiya və təbii sərvətlər nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində müxtəlif məsələlər üzrə görüşlər keçirilib və sahələrə səfərlər təşkil olunub.

Monitorinq və qiymətləndirmə zamanı sahələrin texniki əlçatanlığı, mövcud infrastruktur, logistika imkanları, relyef xüsusiyyətləri, ətraf mühitin vəziyyəti və xammal ehtiyatları üzrə ilkin təhlillər aparılıb. Nəticədə ərazilərin xammal ehtiyat bazasının dəqiqləşdirilməsi və mövcud yataqların istismar üçün səmərəliliyinin qiymətləndirilməsi məqsədilə mərhələli şəkildə tarixi-geoloji məlumatların təhlili aparılması və kəşfiyyat işlərinə başlanılması qərara alınıb. Bakı şəhərinin Qaradağ rayonu və Abşeron rayonu ərazilərində yerləşən "Güzdək muldası" üzrə hazırlanmış kəşfiyyat proqramına uyğun olaraq tədqiqat işlərinə artıq başlanılıb. İyun ayından etibarən isə İmişli yatağı üzrə müvafiq işlərə başlanılması nəzərdə tutulur.

Fərmanda nəzərdə tutulan ölkənin şimal-qərb bölgələrində yerləşən yataqlar - Zaqatala rayonundakı "Katexçay I və II", Balakən rayonundakı "Balakənçay I və II" və Oğuz rayonundakı "Ağçay I" qum-çınqıl yataqları üzrə fəaliyyətə növbəti mərhələdə başlanılması planlaşdırılır.

Bu, yataqların xüsusilə paytaxt Bakı olmaqla əsas istehlak bazarlarından uzaqda yerləşməsi, mövcud infrastruktur imkanlarının məhdudluğu, relyef xüsusiyyətləri, eləcə də logistika və nəqliyyat xərcləri, hazırkı vəziyyətdə iqtisadi cəhətdən səmərəsizlik riski ilə əlaqədardır. Bu baxımdan, Fərmanda nəzərdə tutulan güzəşt mexanizmlərinin təsdiqi və tətbiqi həmin yataqlarda hasilat fəaliyyətinin təşkili üçün əsas amillərdən biri hesab olunur. "AzerGold" QSC-nin dövlət şirkəti olaraq əsas fəaliyyət göstəricilərindən biri hasilatın mənfəətlilik prinsipi əsasında təşkili olduğundan, qeyd olunan məsələ şirkət üçün xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edək ki, ölkəmizdə qeyri-filiz faydalı qazıntıları sektoru üzrə mühüm institusional islahat mərhələsi kimi qiymətləndirilən "Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında" Fərmanın əsas məqsədi yerin təkindən istifadə sahəsində idarəetmənin daha şəffaf, çevik və səmərəli təşkilidir.

Sənədə əsasən, 2027-ci ildən icazə, ekspertiza və hərrac proseslərinin "Rəqəmsal ekologiya" sistemi üzərindən "bir pəncərə" prinsipi ilə aparılması nəzərdə tutulur. Bu, prosedurların sadələşdirilməsinə, nəzarətin gücləndirilməsinə və rəqəmsallaşmanın tətbiqinə xidmət edəcək. Görülən işlər həm ekoloji problemlərin aradan qaldırılmasına, həm də ətraf mühitin mühafizəsinin daha səmərəli tənzimlənməsinə şərait yaradacaq. Eyni zamanda, tikinti sənayesi üçün dayanıqlı, keyfiyyətli xammal istehsalına, yeni iş yerlərinin açılmasına və sahibkarlar üçün daha əlverişli biznes mühitinin formalaşmasına şərait yaradacaq.

Qeyd edək ki, dövlət başçısının sözügedən fərmanı qeyri-filiz faydalı qazıntılar sahəsində idarəetmənin təkmilləşdirilməsi üzrə əvvəlki islahatların davamıdır. Bundan əvvəl Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, 2025-ci il ərzində "AzerGold" QSC tərəfindən beynəlxalq nüfuzlu "Boston Consulting Group" şirkətinin iştirakı ilə qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı sahəsində mövcud vəziyyət təhlil edilib. Müxtəlif dövlət qurumlarının və sahibkarların iştirakı ilə seminarlar təşkil olunub, mövcud bazar üzrə qiymətləndirmələr aparılıb. 2025-ci il ərzində Bakı, Abşeron-Xızı, Quba-Xaçmaz, Qarabağ, Şərqi Zəngəzur və digər iqtisadi rayonlarda 70-dən çox yataq araşdırılıb. Aparılan təhlillər əsasında beynəlxalq standartlar nəzərə alınmaqla institusional idarəetmənin və normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 688   Tarix: 27 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dünyanın ən dəqiq saatı yaradıldı

Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer

01.10.2026 144
.

Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır

Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild

01.10.2026 271
.

Uşaqlar üçün yeni tərbiyə üsulu - kartof toplayıb, odun doğrayırlar

Valideynlər şübhəli bir "zövq" üçün böyük məbləğlər ödəməyə hazırdırlar. Uşaqlar kartof toplayıb, odun doğrayır və gördükləri əməyə görə pul almaq hüququna malik olmurlar. xarici KİV-ə istinadən xəbər verir ki, adi çimərlik istirahəti, turist səfərləri və əyləncə mərkəzləri əvəzinə Çində müasi

01.10.2026 198
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar

"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə

01.10.2026 221
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

01.10.2026 316
.

Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb

Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis

01.10.2026 159
.

Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı

Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş

01.10.2026 180
.

Röya, Natavan və Elnur bir arada - Foto

Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy

01.10.2026 359
.