WUF13 zamanı Bakıdakı hotellərdə bir gecə qalmaq 620 manata qədər BAHALAŞIB
Mayın 17-22-də Bakıda keçirilmiş BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etmək potensialını bir daha nümayiş etdirdi. Forum çərçivəsində müxtəlif ölkələrdən minlərlə insan Bakıya səfər etdi ki, bu da paytaxtın turizm, hotelçilik, ictimai iaşə və nəqliyyat sektorlarında canlanma yaratdı. Turizm sahəsi üzrə ekspertlər hesab edirlər ki, tədbir qısamüddətli iqtisadi effekt yaratmaqla yanaşı, Azərbaycanın beynəlxalq tədbirlər və işgüzar turizm istiqamətində mövqeyini bir qədər də gücləndirdi.
Oxu.Az xəbər verir ki, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi "Report"a bildirib ki, WUF13 Bakının turizm və qonaqpərvərlik sektorları üçün yüksəkintensivlikli beynəlxalq tələb yaradıb: "Forumun 176 ölkədən onminlərlə iştirakçı cəlb etməsi ilk növbədə hotelçilik sektorunda hiss olunub. Operativ bazar müşahidələrinə əsasən, tədbir günlərində Bakıda 5 ulduzlu hotellərin doluluğu 96-100%-ə çatıb. Şəhərin mərkəzində yerləşən daha aşağı seqment hotellərdə isə doluluq təxminən 85-90% ətrafında olub".
Onun sözlərinə görə, WUF13 dövründə 5 ulduzlu hotellərdə bir gecə qalmağın qiyməti 480-620 manat arasında dəyişib: "Vergilər çıxıldıqda bu, təxminən 405-525 manat deməkdir. Bu göstəricilər forum günlərində premium hotel seqmentində həm doluluğun, həm də otaq gəlirliliyinin maksimum həddə yaxınlaşdığını göstərir".
Ekspert vurğulayıb ki, forumun təsiri yalnız hotellərlə məhdudlaşmayıb: "Restoranlar, kafe və keyterinq operatorları forum iştirakçıları, nümayəndə heyətləri və müşayiətedici tədbirlər hesabına əlavə müştəri axını qazandı. Nəqliyyat sektorunda da ciddi aktivlik müşahidə olundu. Forum günlərində xüsusi marşrutlar və şəhərdaxili daşımalar vasitəsilə təxminən 179 min sərnişin daşındı. Heydər Əliyev Beynəlxalq Hava Limanı isə WUF13 dövründə 194 mindən çox sərnişinə xidmət göstərib".
Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov isə deyir ki, WUF13 ümumilikdə uğurlu təşkil olunub və ölkənin turizm destinasiyası kimi tanınmasına müsbət təsir göstərib.
Onun sözlərinə görə, qonaq sayı ilkin gözləntilərlə müqayisədə daha az olsa da, tədbir hotel sektorunda müəyyən aktivlik yaradıb: "Xüsusilə paytaxt ərazisində yerləşən hotellərdə müəyyən doluluq müşahidə olunurdu. Amma demək olmazdı ki, hotellər pik doluluq həddinə çatmışdı. Çünki iştirakçı sayı gözləniləndən aşağı idi".
C.Aşurov əlavə edib ki, forum günlərində daha çox şəhər mərkəzində yerləşən iri və yüksək tutumlu hotellərdə qonaqların yerləşdirilməsi müşahidə olunub.
Ekspertlərin fikrincə, WUF13 kimi beynəlxalq tədbirlər Azərbaycanın qlobal tədbirlər xəritəsində mövqeyinin möhkəmlənməsinə, həmçinin ölkənin turizm və xidmət sektorunun beynəlxalq bazarda daha geniş tanıdılmasına xidmət edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 684 Tarix: 27 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyanın ən dəqiq saatı yaradıldı
Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer
01.10.2026 144 Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır
Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild
01.10.2026 271 Uşaqlar üçün yeni tərbiyə üsulu - kartof toplayıb, odun doğrayırlar
Valideynlər şübhəli bir "zövq" üçün böyük məbləğlər ödəməyə hazırdırlar. Uşaqlar kartof toplayıb, odun doğrayır və gördükləri əməyə görə pul almaq hüququna malik olmurlar. xarici KİV-ə istinadən xəbər verir ki, adi çimərlik istirahəti, turist səfərləri və əyləncə mərkəzləri əvəzinə Çində müasi
01.10.2026 198 Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda
İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik
01.10.2026 190 Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar
"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə
01.10.2026 221 Sabah bu ərazilərdə su olmayacaq
Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır
01.10.2026 316 Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb
Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis
01.10.2026 159 Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı
Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş
01.10.2026 180 Röya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
01.10.2026 359