"Yollardakı diqqətsizlik bəzi ailələrin bayram sevincini yarımçıq qoydu" - Rövşən Tağıyev
Son günlər, xüsusilə bayram öncəsi yollarda hərəkət intensivliyinin artdığı bir vaxtda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri ciddi narahatlıq doğurur. Təhlillər göstərir ki, belə qəzaların bir qismi sürücülərin diqqətsizliyi, digər qismi isə piyadaların məsuliyyətsiz davranışları səbəbindən baş verir.
Lent.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev bildirib.
Şöbə rəisinin sözlərinə görə, yol hərəkəti təhlükəsizliyi yalnız sürücülərin deyil, piyadaların da birbaşa məsuliyyət daşıdığı sahədir:
"Təəssüf ki, bəzi piyadalar müəyyən edilmiş keçidlərdən istifadə etmir, nəqliyyat axınının arasından qəfil yola çıxır, çoxzolaqlı və intensiv hərəkətin olduğu hissələrdən keçməyə çalışır, bəzən isə mobil telefondan istifadə edə-edə yolu keçir. Bu cür davranışlar insan həyatını birbaşa təhlükə altına qoyur.
Xüsusilə gecə saatlarında, məhdud görünmə şəraitində və sürətli hərəkətin müşahidə olunduğu ərazilərdə piyadanın qəfil hərəkət hissəsinə daxil olması faciə riskini daha da artırır. Bəzi piyadalar düşünür ki, sürücü onları mütləq görəcək və vaxtında dayanacaq. Halbuki yüksək sürət, yolun vəziyyəti, hava şəraiti, qarşıdan gələn işıqlar və digər amillər nəqliyyat vasitəsinin dərhal saxlanılmasını hər zaman mümkün etmir.
Çoxzolaqlı yollarda vəziyyət daha təhlükəli xarakter alır. Bir zolaqda hərəkət edən nəqliyyat vasitəsi piyadaya yol verdiyi halda, digər zolaqda hərəkətdə olan sürücü piyadanı gec görə və ya ümumiyyətlə fərq etməyə bilər. Nəticədə bir neçə saniyə ərzində ağır və geri dönüşü olmayan faciələr baş verir. Təəssüf ki, son günlərdə qeydə alınan bəzi qəzalar məhz bu səbəbdən baş verib.
Digər tərəfdən, bəzi sürücülər yaşayış məntəqələrində, məktəblərin, ticarət obyektlərinin və insanların sıx hərəkət etdiyi ərazilərin yaxınlığında sürət həddinə əməl etmir, piyada keçidlərinə yaxınlaşarkən kifayət qədər diqqətli davranmırlar. Halbuki belə ərazilərdə hər an gözlənilməz vəziyyət yarana bilər.
Hər kəs yadda saxlamalıdır ki, təhlükəsizlik qarşılıqlı məsuliyyət tələb edir. Sürücü piyadanın təhlükəsizliyinə, piyada isə həm öz həyatına, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyinə qarşı həssas yanaşmalıdır.
Bir daha həm sürücüləri, həm də piyadaları diqqətli və məsuliyyətli olmağa çağırırıq. Heç bir tələskənlik, heç bir məsafə və heç bir bəhanə insan həyatından daha dəyərli deyil. Yol hərəkəti qaydalarına əməl etmək sadəcə qanuni tələb deyil, həyatın qorunmasının əsas şərtidir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 765 Tarix: 27 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDünyanın ən dəqiq saatı yaradıldı
Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer
01.10.2026 144 Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır
Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild
01.10.2026 271 Uşaqlar üçün yeni tərbiyə üsulu - kartof toplayıb, odun doğrayırlar
Valideynlər şübhəli bir "zövq" üçün böyük məbləğlər ödəməyə hazırdırlar. Uşaqlar kartof toplayıb, odun doğrayır və gördükləri əməyə görə pul almaq hüququna malik olmurlar. xarici KİV-ə istinadən xəbər verir ki, adi çimərlik istirahəti, turist səfərləri və əyləncə mərkəzləri əvəzinə Çində müasi
01.10.2026 198 Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda
İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik
01.10.2026 190 Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar
"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə
01.10.2026 221 Sabah bu ərazilərdə su olmayacaq
Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır
01.10.2026 316 Hava nəqliyyatı ilə qlobal yük daşımaları 4 %-dən çox artıb
Bu ilin avqustunda hava nəqliyyatı ilə sərnişin daşımalarına qlobal tələbat illik ifadədə 0,8 % azalıb, yük daşımaları seqmenti isə 4,4 % artım nümayiş etdirib. "Report" Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasına (IATA) istinadən xəbər verir ki, sərnişin oturacaqlarının doluluq göstəricis
01.10.2026 159 Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı
Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş
01.10.2026 180 Röya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
01.10.2026 359