Planetin əhalisi 40 ilə yarıyadək azalacaq - Alimin qorxunc PROQNOZU
"Chaos, Solitons & Fractals" jurnalında dərc olunan araşdırmada insan əhalisinin son 12 min ildəki artımı təhlil edilərək narahatedici ssenari irəli sürülüb. Araşdırmaya görə, son 50 ildə bəşəriyyətin demoqrafik artımı 2064-cü ilə qədər böyük ölçüdə geri çevrilə bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Milan Universitetinin fiziki Alessio Zakkone, pandemiyalar, müharibələr, resurs çatışmazlığı, doğum səviyyəsinin kəskin azalması və iqlim dəyişikliyi kimi amillərin bəşəriyyəti ciddi şəkildə sarsıda biləcəyini deyib. Onun fikrincə, bu faktorlar nəticəsində hazırda təxminən 8,3 milyard nəfər olan dünya əhalisi sürətlə azala bilər.
Bununla belə, tədqiqatçılar vurğulayıblar ki, bu nəticə konkret proqnoz deyil, illüstrativ riyazi ssenari xarakteri daşıyır. Onların sözlərinə görə, qəfil qlobal sarsıntılar demoqrafik meyillərin sürətlə pisləşməsinə səbəb ola bilər.
1976-cı ildən bəri dünya əhalisi təxminən iki dəfə artıb və Alessio Zakkone hesab edir ki, müəyyən ekstremal şəraitdə əhali daha sürətli templə də azala bilər.
Zakkone bildirib ki, araşdırmanın ən diqqətçəkən hissəsi hipotetik gələcək ssenariləridir. Modelləşdirmə böyük ekoloji böhranların Yer kürəsinin daşıma qabiliyyətini ciddi şəkildə azalda biləcəyini göstərib.
Onun sözlərinə görə, ən pis ssenari kimi Yer kürəsinin dayanıqlı daşıma qabiliyyətinin qəfil təxminən iki milyard nəfərə enməsi fərz edildikdə, model dünya əhalisinin sürətlə azalacağını və 2064-cü ilə qədər təxminən yarıya enə biləcəyini göstərir.
Alim qeyd edib ki, tədqiqatçılar öz riyazi modelini neolit dövründən bu günə qədər əhali artımı nümunələri üzərində yoxlayıblar. Araşdırmaya əsasən, model sənaye dövrünün sürətli artımını və 1970-ci illərdən sonra müşahidə olunan daha yavaş, uzadılmış eksponensial artımı əks etdirib.
Tədqiqatın nəticəsinə görə, hazırda dünya əhalisinin artım dinamikası nisbətən sabit qalır və yaxın zamanda qaçılmaz kollapsa işarə etmir.
Zakkone vurğulayıb: "Bu məqalə proqnoz deyil, daha çox əhali dinamikasının qəfil ekoloji və sosial dəyişikliklərə nə qədər həssas ola biləcəyini göstərən riyazi ssenaridir. Mövcud tendensiya nisbətən sabitdir və qaçılmaz çöküşə işarə etmir".
Araşdırma həmçinin 1969-cu ildə irəli sürülmüş məşhur "Qiyamət günü nəzəriyyəsi"nə yeni baxış təqdim edir. Həmin nəzəriyyəyə görə, bəşəriyyətin sayı nəzarətsiz şəkildə artaraq sonda qlobal kollapsla nəticələnə bilər.
Alessio Zakkone bildirib ki, doğum səviyyəsinin qlobal miqyasda azalması sayəsində insanlıq həmin trayektoriyadan uzaqlaşıb. Bununla belə, müəyyən şərtlərdə sürətli və nəzarətsiz artımın riyazi əsaslarının yenidən özünü göstərə biləcəyi istisna edilmir.
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 548 Tarix: 31 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPeçenyedə dadı dəyişən gizli səhv bu imiş
Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas
11.11.2026 568 100 yaşa çatanların qidalanma sirri
Çinli alimlərin apardığı araşdırma 100 yaşa qədər yaşamaq ehtimalı ilə qidalanma vərdişləri arasında maraqlı əlaqə olduğunu üzə çıxarıb. Məlum olub ki, ət yeyən yaşlı qadınların 100 yaşa çatma ehtimalı vegetarian qadınlarla müqayisədə daha yüksək ola bilər. Lakin burada mühüm bir məqam var. -ın xaric
15.11.2026 281 Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır
Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla
14.11.2026 350 Köhnə fleşkartı atmayın: 5 faydalı istifadə üsulu
Bir vaxtlar faylların saxlanılması və ötürülməsi üçün ən çox istifadə olunan USB fleşkartlar indi əvvəlki qədər populyar deyil. Lakin evdə qalan köhnə fleşkartları atmağa tələsməyin. BİG.AZ fləşkartın kompüterin təhlükəsizliyini artırmaqdan tutmuş avtomobildə musiqi dinləməyə qədər yenidən istifadə etməyi
14.11.2026 446 İnsan ölənə yaxın bu 4 sözü deyir - "Səni sevirəm"...
İnsan həyatının son anlarında nələr düşünür və hansı sözləri deməyə çalışır? Uzun illər ağır xəstələrlə çalışan məşhur onkoloq insanların ölümə yaxın vaxtlarda ən çox işlətdikləri dörd ifadəni açıqlayıb. xarici mediaya istinadla xəbər verir ki, tanınmış onkoloq, yazıçı və Pulitser mükafatı laureatı Siddharth
15.11.2026 284 Qadınlar kişilərdən daha çox üşüyür - SƏBƏB
Alimlər qadınların soyuğu kişilərdən daha tez hiss etməsinin və daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatın nəticələrinə görə, temperaturun qavranılmasına testosteron və dərinin sinir uclarında yerləşən xüsusi zülal reseptorları təsir göstərə bilər. xarici mediay
15.11.2026 268 Göbələkləri bişirməzdən əvvəl yumaq lazımdırmı?
Göbələklərin hazırlanması zamanı ən çox mübahisə doğuran məsələlərdən biri onların yuyulmasıdır. Bəzi insanlar göbələkləri suya salmağın onların dadını dəyişdirdiyini düşünür, digərləri isə bişirməzdən əvvəl mütləq yuyulmasını vacib hesab edir. Göbələklərin səthində torpaq və digər çirkləndiricilər qal
12.11.2026 511 Xidmetler.AZ - Təhlükəsizlik kameraları, təhlükəsizlik sistemləri
Xidmətlər təklif edən XİDMETLER.AZ- saytinda müasir dövrdə ən çox tələb olunan texniki avadanlıqlardan təhlükəsizlik kameraları haqda elanlar toplanıb. Xüsusən, həyət evi, villası və obyekti olanlar nəzarət kameralarına ehtiyac duyurlar. Ancaq son illərdə bina evlərinə təhlükəsizlik kameraları qoşduranları
13.11.2026 921 Soyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15.11.2026 429