ƏƏSMN: Azərbaycanda 78 uşaq himayədar ailələrə verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən ötən dövrdə 78 uşaq himayədar ailələrə verilib.
"Report" xəbər verir ki, bu məlumat ƏƏSMN-nin mayın 31-i Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü münasibətilə paylaşdığı yazıda qeyd olunub.
Bildirilib ki, SXA ilə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb:
"Himayədar ailələrə verilən uşaqlardan 34-ü oğlan, 44-ü qızdır. Hazırda həmin uşaqlardan 41-i Bakıda, 4-ü Abşeronda, 33-ü rayonlardakı (Ağcabədidə 1, Astarada 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 4, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 3, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Oğuzda 3, İmişlidə 2, Mingəçevirdə 1, Zərdabda 1 ailə) ailələrdə yaşayır".
Qeyd olunub ki, nazirlik tərəfindən himayədar ailələrə aylıq sosial ödənişlər də edilir. Belə ki, himayəyə götürülən 6 yaşadək uşaqlara görə aylıq 355 manat, 7-13 yaş arası uşaqlara görə 375 manat, 14-18 yaş arası uşaqlara görə isə aylıq 395 manat müavinət ödənilir. Əlilliyi olan uşaqlar üçün bu məbləğlər yaş qruplarına uyğun olaraq müvafiq şəkildə 500, 600 və 650 manat təşkil edir.
Bununla yanaşı, himayədar ailəyə verilmiş uşaqların mövsümi geyimlə təmin olunması məqsədilə ailələrə hər rübdə bir dəfə, hər uşaq üçün 200 manat məbləğində birdəfəlik müavinət verilir.
Qeyd edək ki, hər il mayın 31-i bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda Ümumdünya Himayədar Ailə Günü kimi qeyd olunur. Məqsəd valideyn himayəsindən məhrum olan uşaqları ailə şəraitində müvəqqəti böyüdən himayədar ailələrin əhəmiyyətini vurğulamaq, onları dəstəkləməkdir.
Prezident İlham Əliyevin 2023-cü il 12 iyul tarixində imzaladığı qanunvericilik aktlarına əsasən, ölkəmizdə himayədar ailə institutu tətbiq edilir. Dünyada uşaqlara alternativ qayğı sahəsində geniş istifadə olunan "Himayədar ailə" modeli valideyn himayəsindən məhrum uşaqların müəyyən müddət ərzində dövlət nəzarəti altında, ödənişli əsaslarla ailə mühitində yaşaması və inkişafını, qayğı ilə əhatə olunmasını təmin edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 531 Tarix: 31 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
01.10.2026 118 20 ildən sonra ARB-dən çıxarılır
"Kriminal" verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb. -a istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib. C.Həmidov bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq. Onun sözlərinə görə, bu qərar sentyabrı
01.10.2026 271 Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
01.10.2026 212 Azərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir. Səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib, siyasi, təhlükəsizli
01.10.2026 231 Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı
Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası
01.10.2026 204 Qadın həkimin səhvindən ayaqlarını itirdi
ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy
01.10.2026 171 Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab
Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl
01.10.2026 147 Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar
"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə
01.10.2026 221 Türkiyədə mədəndə uçqun: Dağıntılar altında qalanlar var
Türkiyənin Manisa bölgəsinin Soma rayonunda yerləşən mədənlərdən birində uçqun baş verib. xəbər verir ki, bu barədə "Demirören" agentliyi məlumat yayıb. İlkin məlumatlara əsasən, uçqun altında qaldığı ehtimal edilən yeddi işçidən ikisi xilas edilib. Beş nəfərin dağıntılar altında qaldığı bildirilir
01.10.2026 148