Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi tədbiri keçiriləcək
İyunun 2-də Gürcüstanın Axalkalaki dəmir yolu və logistika kompleksində regionun mühüm yükdaşıma marşrutlarından biri olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilmədən sonra istifadəyə verilməsi ilə bağlı tədbir keçiriləcək.
Tədbirdə Azərbaycan, Gürcüstan və Türkiyənin rəsmi şəxsləri, dəmir yolu və liman administrasiyalarının rəhbərləri və logistika şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
Qeyd edək ki, mayın 18-də Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili tərəfindən Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda-Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb. Bu sənədlə BTQ dəmir yolu layihəsi üzrə modernləşdirmə işlərinin tamamlanması və yekun qəbulu təsdiq edilib.
2024-cü ildə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən Orta Dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının artırılması məqsədilə xəttin Gürcüstan ərazisindən keçən 184 kilometrlik hissəsində modernləşdirmə işləri aparılıb.
5 mərhələdən ibarət layihə 13 dəmir yolu stansiyası, 55 körpü, 8 dartı yarımstansiyası, 320 bina və süni mühəndis qurğularını (körpü, yolötürücü, keçid və s.) əhatə edib. Layihə çərçivəsində 30,3 km uzunluğunda yeni dəmir yolu xətti, təkər cütlərinin dəyişdirilməsi stansiyası, 153,1 km uzunluğunda mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiyası üzrə işlər həyata keçirilib.
Görülmüş işlər nəticəsində BTQ-nin illik yük ötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya doğru daha funksional quru marşrutlardan birinə çevrilib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 118 Tarix: 01 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşƏrdoğandan Bakı Enerji Həftəsinin iştirakçılarına - Müraciət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxtımızda keçirilən Bakı Enerji Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, müraciəti Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub. Ərdoğan müraciətində bildiri
14:13 185 Günəş əslində sarı deyil: Həqiqi rəngi görmək üçün atmosferdən çıxmaq lazımdır
Yer üzündən hər gün sarı disk kimi gördüyümüz Günəş əslində kosmosda tamamilə fərqli görünür - ağ rəngdə. Bu nəticə işığın fizikası ilə bağlı izahlara əsaslanır və göstərir ki, bizə tanış olan rəng ulduzun öz xüsusiyyəti deyil, Yer atmosferinin təsirinin nəticəsidir. Qaynarinfo xəbər verir ki, bu barəd
23:30 1 Azərbaycanda keçirilən növbəti tədbir ölkəmizə böyük etimadın nümayişidir
Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Dövlət başçısı İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbiri
13:26 211 Uşaqlar Günü ilə əlaqədar Qarabağa səfər təşkil olunub
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Avrora Qrup ənənəvi "Azərbaycanı tanıyaq" layihəsini həyata keçirib. Şirkətin "Sosial-ictimai məsuliyyət" dəyərinə əsaslanan tədbir çərçivəsində "Nur" uşaq evi və sığınacağında məskunlaşan uşaqlar üçün Azərbaycanı
13:37 205 İlham Əliyev Trampın həmin hədiyyəsini Orra göstərdi - Video
Prezident İlham Əliyev ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr ilə bu gün keçirilən görüş zamanı ona ABŞ Prezidenti Donald Tramp tərəfindən daha əvvəl təqdim edilmiş xatirə hədiyyəsini göstərib. "Qafqazinfo" xəbər verir ki, bu, "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin qüvvəsini
20:44 135 Manatla bağlı şok açıqlama: Devalvasiya olacaq?
İlin ilk beş ayının geridə qalması ilə Azərbaycan iqtisadiyyatının makroiqtisadi yekunları, qarşıdan gələn yay mövsümündə ölkənin maliyyə xəritəsinin necə formalaşacağına dair aydın mənzərə ortaya qoyur. Yanvar-may ayları ərzində daxili bazarda neft gəlirlərinin dinamikası, manatın məzənnəsinin sabitliy
21:30 121 Hörmüzü tamamilə bağlamaq istəyirlər
İran Hörmüz boğazını tamamilə bağlamağı planlaşdırır. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Tasnim" agentliyi mənbələrə istinadən məlumat yayıb. "İran İsraili və onun tərəfdarlarını cəzalandırmaq üçün Hörmüz boğazını tamamilə bağlamaq və digər cəbhələri, o cümlədən Bab əl-Məndə
20:57 118 Rumıniyadakı insidentə NATO necə cavab verəcək?
Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) Rumıniyanın hava məkanına daxil olaraq Ukrayna ilə sərhəd yaxınlığında yerləşən Qalaç bələdiyyəsinin Ştireks-Mazepa ərazisindəki binanın damına düşməsi regionda yeni müzakirələrə səbəb olub. Rumıniya Xarici İşlər Nazirliyi hadisə ilə bağlı NATO müttəfiqlərin
12:23 202 Qızıl və gümüş ucuzlaşıb
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,99% azalaraq 4 547,4 ABŞ dollarına bərabər olub. COMEX-d
20:30 114