Ərdoğandan Bakı Enerji Həftəsinin iştirakçılarına - Müraciət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxtımızda keçirilən Bakı Enerji Həftəsinin iştirakçılarına müraciət ünvanlayıb.
"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, müraciəti Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar oxuyub.
Ərdoğan müraciətində bildirib ki, regionda baş verən hadisələr Azərbaycanla enerji sahəsində atılan addımların nə qədər düzgün və uzaqgörən olduğunu bir daha nümayiş etdirir. O qeyd edib ki, bir vaxtlar region üçün xəyal hesab olunan meqalayihələr Azərbaycanla birlikdə uğurla həyata keçirilib və bu istiqamətdə əməkdaşlıq davam etdirilir.
"Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəməri layihələrini xüsusi qeyd etmək olar. Eyni zamanda "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" layihələri çərçivəsində əməkdaşlıq daha da dərinləşib", - Türkiyə lideri bildirib.
Ərdoğan "Şəfəq-Asiman" yatağı üzrə yeni tərəfdaşlığın Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın fasiləsizliyinin növbəti sübutu olduğunu qeyd edib.
"Ötən il istifadəyə verilən Iğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təchizatının təhlükəsizliyini daha da möhkəmləndirib. Türkiyə ilə Azərbaycan arasında elektrik enerjisi bağlantıları strateji əhəmiyyət daşımağa davam edir. Ümid edirik ki, Türkiyə, Azərbaycan, Gürcüstan və Bolqarıstan arasında "Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti" layihəsinin həyata keçirilməsi regionumuzun enerji təhlükəsizliyinə mühüm töhfə verəcək", - dövlət başçısı bildirib.
Türkiyə Prezidenti eyni zamanda Ankara ilə Bakının birgə təşəbbüsü nəticəsində Suriyaya qaz tədarükünün başlanmasının da bu ölkənin inkişafına və regional təhlükəsizliyə mühüm töhfə verdiyini söyləyib: "Türkmən qazının Azərbaycan və Türkiyə üzərindən ixracı istiqamətində əməkdaşlığımızı genişləndirmək üçün böyük imkanlar mövcuddur. Eyni zamanda, Qazaxıstanın təbii ehtiyatlarının Qərb bazarlarına çatdırılmasında Bakı-Tbilisi-Ceyhan boru xəttindən istifadənin artdığını müşahidə edirik".
Ərdoğan qeyd edib ki, Türkiyə bərpaolunan və yaşıl enerji də daxil olmaqla, enerji sektorunun bütün istiqamətlərində səmərəlilik və ətraf mühitə hörmət prinsiplərini əsas götürən bir baxışa sahibdir: "Qlobal iqlim fəaliyyətində aparıcı və nümunəvi ölkələrdən biri olma qətiyyətimizi, bu il 9-20 noyabr tarixlərində Antalyada ev sahibliyi edəcəyimiz COP31 Sammiti ilə möhkəmləndirəcəyik. Bu düşüncələrlə Bakı Enerji Həftəsinin ölkələrimiz və regionumuz üçün faydalı olmasını arzu edirəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 601 Tarix: 01 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUlu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
01.10.2026 212 Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr
01.10.2026 164 Qaraciyər transplantasiyası olunmalıdır
"Zor", "Sen gibi" və "Mühürlü kaderim" mahnıları ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy (Nev) qaraciyər transplantasiya olunmalıdır. Axşam.az xəbər verir ki, 57 yaşlı ifaçı sentyabrın 3-də huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyad
01.10.2026 172 Gələn həftə Drakonid meteor yağışı olacaq
Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Qaynarinfo xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Drakonidlərin mənbəyi (radiantı) Əjdaha (Draco) bürcündə yerləşdiyi üçün meteor yağışı bu adla tanınır. Meteo
01.10.2026 105 Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib
Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D
01.10.2026 219 Röya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
01.10.2026 359 Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda
İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik
01.10.2026 190 "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
01.10.2026 198 Klopdan "millidə yetərincə alman yoxdur" iradına cavab
Yurgen Klopp Almaniya milli komandasının heyəti ilə bağlı sosial şəbəkələrdə yayılan irqçi ifadələrə və təhqirlərə sərt münasibət bildirib. "Yeni Sabah" xəbər verir ki, millinin kifayət qədər "alman olmadığı" və ya "ağ dərili futbolçulardan təşkil olunmadığı" barədə irəl
01.10.2026 147