Yerdəki ən böyük canlı: Nə balina, nə də ağac - 8500 ildir yaşayır
Yer üzündə məlum olan ən böyük orqanizm nə balina, nə də ağacdır, əksinə ABŞ-ın Oreqon ştatındakı Malheur Milli Meşəsində torpağın altında yaşayan bir göbələkdir.
Qaynarinfo xəbər verir ki, "Space Daily" nəşrinin yazdığına görə, bu orqanizm təxminən 4 kvadrat mil (9,5 kvadrat kilometr) ərazini əhatə edir, çəkisi 7500-35000 ton arasında qiymətləndirilir və yaşı 2000 ilə 8500 il arasında ola bilər.
1988-ci ildə ABŞ Meşə Xidmətində çalışan meşə patoloqu Qreq Uippl Oreqonun şərqində yerləşən Malheur Milli Meşəsində ağacların kütləvi şəkildə qurumasını araşdırarkən qeyri-adi bir hadisə ilə qarşılaşıb. Şam, küknar və digər iynəyarpaqlı ağaclar qrup halında məhv olurdu və bu, adi ağac xəstəliklərinin yayılma modelinə uyğun gəlmirdi.
Ağacların kök sistemlərini araşdıran Uippl səbəbkarın Armillaria ostoyae adlı parazitar göbələk olduğunu müəyyən edib. Bu növ geniş yayılmış "payız opyenoku" kimi tanınır.
Göbələk ümumilikdə Şimal yarımkürəsinin mülayim iqlimli meşələrində geniş yayılıb, lakin burada onun miqyası olduqca qeyri-adi idi.
Yeraltı "nəhəng orqanizm"
Bu göbələyin görünən hissəsi payızda ağac kökləri ətrafında çıxan bal rəngli şlyapalı göbələk dəstələridir. Lakin onun əsas hissəsi yerin altında yerləşir və hif adlanan nazik sapvari strukturlardan ibarətdir. Bu şəbəkə birləşərək böyük bir miqelium əmələ gətirir.
Miqelium torpaq altında ildə təxminən 0,2-1 metr sürətlə yayılır və ağacların ölümünə səbəb olan xüsusi "rizomorf" adlanan qara sapvari strukturlar yaradır.
Alimlər bunun bir orqanizm olduğunu necə müəyyən edib?
Əvvəllər mikoloqlar belə hesab edirdilər ki, bu göbələklər ayrı-ayrı fərdi orqanizmlərə aiddir. Lakin sonradan aparılan laborator analizlər göstərib ki, müxtəlif nöqtələrdən götürülən nümunələr bir-biri ilə birləşərək sərhəd xətti yaratmır. Bu isə onların eyni genetik orqanizm olduğunu sübut edib.
Beləliklə, 9,5 kvadrat kilometr ərazidəki bütün nümunələr bir-biri ilə tam uyğunlaşıb və bu, onların tək bir genetik fərd olduğunu göstərib.
Yaşı necə hesablanıb?
Göbələyin yaşı birbaşa ölçülməyib, onun yayılma sürətinə əsasən hesablanıb. Miqeliumun ildə təxminən 0,7-3,3 fut (0,2-1 metr) sürətlə yayıldığı məlumdur. Hazırkı əhatə etdiyi əraziyə əsasən onun yaşı 2000-8500 il arasında qiymətləndirilir.
Qeyd olunur ki, bu rəqəmlər dəqiq deyil və göbələyin yayılma sürətinin zamanla dəyişə biləcəyi ehtimal edilir.
Daha əvvəl alimlər müəyyən ediblər ki, adi torpaq göbələyi olan Fusarium oxysporum qızılı "tanıyaraq" onu səthində toplaya bilir və bu metalı sanki qoruyucu qat kimi istifadə edir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 709 Tarix: 01 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur
Mərdəkanda dənizdə itkin düşən BDU tələbəsi 19 yaşlı Zeynəb Məmmədzadədən bir aydır xəbər yoxdur. "Qafqazinfo" xəbər verir ki, bu barədə itkin tələbənin yaxını Üzeyir Eldar Cəfərov sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, bu gün artıq 30 gün tamam olur ki, Zeynəblə bağl
16:00 144 Metro istifadəçilərinə şad xəbər - Sıxlıq azalacaq
"Qarşıdakı beş il ərzində paytaxtın ictimai nəqliyyat sektorunda, eyni zamanda şəhərin dayanıqlı mobilliyi istiqamətində əsaslı dönüş nöqtəsi yaranacaq". "Qafqazinfo" xəbər verir ki, "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasınd
05.08.2026 286 İnsanların əvvəllər məlum olmayan əcdadları olub - Təkamülün yeni sirləri
Müasir insanlar neandertallar və denisovalılarla yanaşı, əvvəllər məlum olmayan iki sirli "kölgə nəsli" ilə də qarışıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Sci.News" nəşri Kaliforniya Universitetinin Berkli kampusunun rəhbərliyi ilə aparılan yeni araşdırmaya istinadən məluma
05.08.2026 360 Məhərrəmlik bitir: Toy qiymətləri artacaq?
Məhərrəmliyin başa çatmasına sayılı günlər qalıb. Bu o deməkdir ki, ölkəmizdə toy mövsümü yenidən canlanmağa başlayacaq. Evlənməyə hazırlaşan cütlükləri ən çox maraqlandıran məsələlərdən biri şadlıq saraylarında qiymətlərin dəyişib-dəyişməməsi, eləcə də uyğun tarix tapmağın mümkünlüyüdür. Bəs real duru
15:10 151 Tahir Kərimlinin şəhid anası olan bacısı vəfat etdi
Sabiq deputat Tahir Kərimliyə ağır itki üz verib. -a istinadən xəbər verir ki, T.Kərimlinin bacısı Saabxanım uzunsürən xəstəlikdən sonra vəfat edib. Mərhum bu gün Şamaxı şəhər qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, mərhum həm də şəhid anası olub. Onun oğlu Şahin Seyidov 1989-cu ildə Bakı Dövlə
14:38 173 Eyni iddia ilə ikinci dəfə məhkəməyə müraciət etmək mümkündürmü?
"Məhkəmədə iddia qaldırmış şəxs qəbul edilmiş məhkəmə aktından (qərar, qətnamə, qərardad və s.) narazı qaldıqda, qanunvericilikdə nəzərdə tutulmuş qaydada həmin məhkəmə aktından yuxarı məhkəmə instansiyasına şikayət vermək hüququna malikdir. Bu hüquq apellyasiya və ya qanunla müəyyən edilmiş digə
15:09 138 Ürək və qan dövranını ən yaxşı gücləndirən məşq: Velosiped və gəzinti deyil
Mütəxəssislərin fikrincə, ürək sağlamlığını qorumaq müntəzəm fiziki fəaliyyətin ən vacib məqsədlərindən biridir. Onların sözlərinə görə, qan dövranı sistemini hərtərəfli gücləndirən ən effektiv məşqlərdən biri üzgüçülükdür. Qaynarinfo xəbər verir ki, "Onet Kobieta" nəşrinin yazdığına görə
05.08.2026 418 Tramp "sursat çatışmazlığı" iddialarına cavab verdi
ABŞ Prezidenti Donald Tramp ölkədə böyük həcmdə sursat ehtiyatının olduğunu bildirib. xəbər verir ki, Tramp bu barədə Vaşinqtonun silah çatışmazlığı ilə bağlı iddialar fonunda Truth Social sosial media platformasında paylaşım edib. "ABŞ-da, xüsusilə bəzi sursat növləri üzrə kifayət qədər böyük ehtiya
12:19 158 Bəxtiyar Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edildi
Bəxtiyar Əli oğlu Aslanbəyli "Şöhrət" ordeni ilə təltif edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Bəxtiyar Aslanbəyli Azərbaycan neft sənayesinin inkişafında xüsusi xidmətlərinə görə "Şöhrət" ordeninə layiq görülüb. Qey
13:55 139