İqtisadçıdan ADY rəhbərinə irad: "O planı kim qurmalı, tərtib etməlidir? Mən?"
"Azərbaycan məmurlarının bir çoxu açıqlama verərkən sanki düşünmürlər, özlərini pis vəziyyətə salırlar".
Pravda.az xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərov bildirib.
İqtisadçı ADY rəhbəri Rövşən Rüstəmovun səsləndirdiyi "BTQ ilkin mərhələdə sərnişin daşımaları nəzərə alınaraq planlaşdırılsa da, hazırda ölkələr arasında bu istiqamətdə konkret plan mövcud deyil" açıqlamasını qəribə adlandırıb:
"Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi oldu, Azərbaycanın maliyyə dəstəyi və liderliyi ilə bu vacib logistik marşrut açıldı. Bu layihə elan olunanda heç bir xarici bank, maliyyə mərkəzi absurd iddialara görə layihəni dəstəkləmədi, kredit ayırmadılar.
Onların mənasız bəhanələri o idi ki, guya bu layihə Ermənistanın izolyasiyasını artırır. Bu gün reallıq odur ki, layihə fəaliyyət göstərir, tələbat var, "Orta Dəhliz" dünya logistika xəritəsində öz yerini tutur, hamı indi bu layihədə maraqlı olduğunu deyir, hətta Ermənistan da bu yolun açılmasını alqışlayır.
Bura qədər hər şey yaxşıdır, Azərbaycanın strateji doğru qərar alma qabiliyyətini, dövlət ağlını göstərir.
Bu gün ADY rəhbəri Rövşən Rüstəmov bəyan edib: "BTQ ilkin mərhələdə sərnişin daşımaları nəzərə alınaraq planlaşdırılsa da, hazırda ölkələr arasında bu istiqamətdə konkret plan mövcud deyil".
Yumşaq desəm, çox qəribə açıqlamadır, yaxşı, o planı kim qurmalı, tərtib etməlidir ki?! Mən?! Plan yoxdursa, olsun! Sizin işiniz də elə plan tərtib edib ölkələrarası münasibətləri intensivləşdirmək deyilmi?
Gürcüstan tərəfi razı, Türkiyə tərəfi bu işdə marağını ifadə edibsə, planı bircə ADY qura bilmir, ya qurmayıblar?
Nə mane olur ki, bu planı düşünüb, həyata keçirməyə? BTQ dəmir yolunu sərnişinlər üçün "Qafqaz Ekspresinə" çevirmək olar, hətta Orta Asiya respublikalarından turistlərin Avropaya qədər çatdırılmasını təşkil etmək, planlamaq mümkündür".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 716 Tarix: 02 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşLeyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
01.10.2026 118 "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
01.10.2026 198 Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı
Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası
01.10.2026 204 Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda
İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik
01.10.2026 190 200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU
ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al
01.10.2026 189 Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib
Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D
01.10.2026 219 Bu qidalar sizi depressiyaya sala bilər
Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk
01.10.2026 312 Qlobal enerji böhranının yaranmasının səbəbi açıqlanıb
Hazırkı enerji böhranı birbaşa müharibələrlə deyil, enerji təhlükəsizliyi məsələlərinə kifayət qədər diqqət yetirilməməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bunu "Naval Postgraduate School"un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Bakıda keçirilə
01.10.2026 125 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
01.10.2026 314