Avropadakı market təcrübəsi Azərbaycanda tətbiq oluna bilər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Avropadakı market təcrübəsi Azərbaycanda tətbiq oluna bilər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMASon illərdə dünyanın bir çox ölkəsində, xüsusilə də Avropa ölkələrində supermarketlərdə məhsulların tərkibinə xüsusi diqqət ayrılır. Bir sıra market şəbəkələrində təbii, orqanik və konservantsız məhsullar ayrıca vitrin və rəflərdə təqdim olunur, süni qatqılı və emal olunmuş məhsullar isə fərqli bölmələrdə yerləşdirilir. Bu yanaşmanın əsas məqsədi alıcıların seçim imkanlarını asanlaşdırmaq, sağlam qidalanmaya marağı artırmaq və istehlakçıları məhsulun tərkibi barədə daha məlumatlı etməkdir. Son dövrlərdə Azərbaycanda da qida məhsullarının tərkibi, istifadə olunan qatqılar və sağlam qidalanma mövzusu daha çox müzakirə olunur.

Bir çox alıcı marketlərdə məhsulların daha aydın şəkildə kateqoriyalara bölünməsinin vacib olduğunu düşünür. Bəs Avropada tətbiq olunan bu təcrübənin ölkəmizdə də istifadəsi mümkündürmü? Marketlərdə məhsulların "təbii" və "qeyri-təbii" bölmələr üzrə ayrılması istehlakçılar üçün nə dərəcədə faydalı ola bilər?
Avropadakı market təcrübəsi Azərbaycanda tətbiq oluna bilər? - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, ilk olaraq qeyd edim ki, palma yağı qiymət baxımından və qidanın rəf ömrünü uzatdığı üçün qida sənayesində geniş istifadə olunur. Xeyli sayda günlük həyatımızda qəbul etdiyimiz qidaların tərkibində var. Onun sözlərinə görə, bu gün ən çox müzakirə olunan mövzulardan biri də şokolad yağlarında, uşaqların və böyüklərin sevimli səhər yeməyi bəzəyi olan krem-pastalarda palma yağının geniş istifadəsi gəlir: "Qida sənayesində, xüsusilə də şokolad kremlərində palma yağının əvəzolunmaz hesab edilməsinin səbəbi sərfəli olması və fiziki xassələri ilə bağlıdır. Təbii kakao yağı çox bahalı bir xammaldır. Sənaye nəhəngləri üçün kakao yağını əvəz edəcək, otaq temperaturunda əriməyən, donmayan, çörəyin üzərinə rahatlıqla yaxılan, ən əsası məhsulun rəf ömrünü aylarla uzadan alternativ palma yağıdır. Palma yağı təbiəti etibarilə yarı bərk quruluşa malikdir. Trans yağların yaranmasına səbəb olan süni hidrogenləşdirmə prosesinə ehtiyac duymur. Amma bu texnoloji rahatlıq insan biologiyası ilə qarşı-qarşıya gəldikdə ciddi fəsadlar doğurur.

Palma yağının ən böyük problemi onun tərkibindəki doymuş yağ turşularının, xüsusən də palmitik turşunun həddindən artıq yüksək olmasıdır. Beynəlxalq təşkilatlar tərəfindən aparılan çoxsaylı araşdırmalar sübut edir ki, mütəmadi olaraq yüksək doymuş yağ istehlak etmək insan orqanizmində pis xolesterol kimi tanınan maddənin artmasına səbəb olur. Bu isə birbaşa olaraq damar sərtliyinə və nəticədə infarkt, insult kimi ölümcül ürək-damar xəstəliklərinə zəmin hazırlayır.

Məsələnin digər tərəfi yağın emalı prosesində ortaya çıxan kimyəvi çirkləndiricilərdir. Avropa Qida Təhlükəsizliyi Qurumunun rəsmi hesabatlarında vurğulanır ki, palma yağı qida sənayesində istifadə olunmazdan əvvəl qoxunun və rəngin kənarlaşdırılması üçün iki yüz dərəcədən yüksək temperaturda rafinə edilir. Bu yüksək termik emal zamanı yağın tərkibində qlisidil yağ turşusu efirləri və qısa adı ilə 3MSPD olaraq bilinən toksiki maddələr formalaşır. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi bu maddələri genotoksik kanserogenlər sırasına daxil edib. Bu maddələr birbaşa insan DNT-sini zədələmək və hüceyrələrdə xərçəng prosesini başlatmaq potensialına malikdir. Xüsusilə hələ inkişaf mərhələsində olan, bədən çəkisi az olan uşaqların bu şokolad yağlarını çox istehlak etməsi gələcək nəsillərin sağlamlığını ciddi şəkildə təhlükəyə atır. Lakin bütün bunlarla yanaşı
ölkəmizdə qida təhlükəsizliyi sahəsində son illərdə atılan müsbət addımları və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə trans yağların qidalardakı payının iki faizlə məhdudlaşdırılması barədə qəbul edilən normativ sənədlər çox mühüm bir addımdır. Növbəti addım birbaşa palma yağı və onun toksiki komponentlərinin tənzimlənməsi olmalıdır. Çünki trans yağ qadağasından qaçmaq istəyən bir çox yerli və xarici istehsalçılar alternativ olaraq məhsullara daha çox palma yağı əlavə etməyə başlayıblar.

İlk növbədə milli qanunvericiliyimiz və texniki reqlamentlərimiz tamamilə Avropa İttifaqının qida standartları ilə sinxronlaşdırılmalıdır. Avropa İttifaqı hazırda qidalarda palma yağından tamamilə imtina etməsə də onun tərkibindəki kanserogen qlisidil efirlərinin və toksiki emal məhsullarının maksimum miqdarına çox sərt limitlər tətbiq edir. Azərbaycanın müvafiq laboratoriya infrastrukturu gücləndirilməli və ölkəyə daxil olan, eləcə də yerli istehsalda istifadə olunan palma yağlarında bu toksik maddələrin analizi məcburi hala gətirilməlidir. Standartlara cavab verməyən, yüksək dərəcədə rafinə edilmiş ucuz və keyfiyyətsiz sənaye yağlarının ölkəyə girişi tamamilə qadağan edilməlidir.
İkinci mühüm addım etiketləmə qaydalarının sərtləşdirilməsidir. İstehlakçının hüququ var ki, aldığı məhsulun içində nə olduğunu dəqiq bilsin. Hazırda bir çox şokolad yağlarının üzərində sadəcə bitki yağları ifadəsi yazılır ki, bu da real tərkibi gizlətmək üsuludur. Qanunvericilik tələb etməlidir ki, əgər məhsulda palma yağı, ya onun fraksiyaları istifadə olunubsa, etiketin üzərində açıq şəkildə, oxunaqlı şriftlə qeyd edilsin. Hətta uşaq qidalarında və uşaqların kütləvi istehlak etdiyi şokolad kremlərində palma yağının istifadəsinə xüsusi kvotalar, Heç bir kommersiya marağı bizim gələcəyimiz olan uşaqların həyatından üstün ola bilməz. İstehlakçılar olaraq biz marketlərdə daha diqqətli olmalı, etiketləri oxumalıyıq".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 534   Tarix: 03 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-Ukrayna kəşfiyyat əməkdaşlığında yeni mərhələ

ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi sürətlənib və əvvəlki yüksək səviyyəsinə qayıdıb. xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, uzun illər Ukrayna məsələləri ilə məşğul olan ekspertlər ABŞ və Ukrayna arasında kəşfiyyat sahəsində əməkdaşlığı

10:23 162
.

Rəqəmlərin arxasında qalan reallıq: Azərbaycan təhsilinin əsas problemləri

"Hər tədris ilinin sonunda təhsil sahəsi ilə bağlı rəsmi hesabatlar təqdim edilir, müxtəlif statistik göstəricilər açıqlanır və əldə olunan nəticələr ön plana çəkilir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan təhsilində illərdir mövcud olan problemlərin aradan qaldırılmadığı, əksinə, bir çox istiqamətd

14:41 118
.

"Evlənmək dəlilərin işidir" sözləri tənqid olundu, açıqlama yaydı

Türkiyəli müğənni Serdar Ortaç səhnədə evliliklə bağlı dediyi sözlərin yanlış anlaşıldığını açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi İstanbul Festivalı çərçivəsində konsert verib. Ortaçın səhnədəki "Evlənmək ağıl xəstələrinin işidir, evlənmək üçün dəli olmaq lazımdır" sözləri tənqid olunub

14:19 143
.

Dənizdə batan Zeynəbdən bir aydır xəbər yoxdur

Mərdəkanda dənizdə itkin düşən BDU tələbəsi 19 yaşlı Zeynəb Məmmədzadədən bir aydır xəbər yoxdur. "Qafqazinfo" xəbər verir ki, bu barədə itkin tələbənin yaxını Üzeyir Eldar Cəfərov sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə, bu gün artıq 30 gün tamam olur ki, Zeynəblə bağl

16:00 100
.

Mənzil bazarında təhlükəli siqnal: İpoteka resursları tükənir

"İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin azalması təsadüfi hal deyil. Bu tendensiya həm maliyyələşmə imkanlarının daraldığını, həm də mənzil bazarında əlçatanlıq probleminin daha da dərinləşdiyini göstərən ciddi siqnaldır". Bunu BİG.AZ-a açıqlamasınd

13:38 136
.

Nicatın axtarışları davam edir - Video

Xəbər verdiyimiz kimi, ötən gün 14 yaşlı Nicat Şərifzadə Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb. BİG.AZ xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcml

05.08.2026 296
.

Azərbaycana gələn turistlər ən çox nəyə pul xərcləyir?

Türkiyədə xarici turistlərin xərcləri ilə bağlı açıqlanan son statistikaya görə, ziyarətçilər ən çox qida və içkiyə pul xərcləyirlər. Bu statistika turistlərin səfər zamanı hansı sahələrə daha çox vəsait ayırdığına marağı artırıb. Bəs Azərbaycanda vəziyyət necədir? Ölkəmizə gələn turistlər daha çox hans

14:55 121
.

Ceyhun Bayramov Kiyevdə

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in "X" hesabında paylaşılıb. Naziri paytaxt Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa qarşılayıb

10:10 152
.

Yaddaş və diqqət üçün ən yaxşı içki hansıdır? - Nevroloqdan cavab

Nevroloq Kiran Bat koqnitiv sağlamlığın qorunması üçün ən faydalı hesab etdiyi içkinin qəhvə olduğunu açıqlayıb. xəbər verir ki, o, bu barədə Eating Well nəşrinə müsahibəsində danışıb. Həkimin sözlərinə görə, qəhvə yaddaşın və ümumilikdə beyin fəaliyyətinin dəstəklənməsində mühüm rol oynaya bilər.

10:57 196
.

TOP MP3