Güzəştli nəqliyyat kartları: Azərbaycanda tətbiq oluna bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA

Güzəştli nəqliyyat kartları: Azərbaycanda tətbiq oluna bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMADünyanın bir çox inkişaf etmiş ölkələrində ictimai nəqliyyat sisteminin əlçatanlığını artırmaq və sərnişinlərin xərclərini optimallaşdırmaq məqsədilə güzəştli həftəlik, aylıq və illik nəqliyyat kartları geniş şəkildə tətbiq olunur. Bu sistem sayəsində vətəndaşlar gündəlik gediş-gəliş xərclərini daha səmərəli planlaya bilir, eyni zamanda ictimai nəqliyyatdan istifadəyə maraq artır.

Azərbaycanda da urbanizasiya prosesinin sürətlənməsi və şəhərdaxili nəqliyyata tələbin artması fonunda bu təcrübənin tətbiqi məsələsi aktuallaşır. Belə bir sistemin ölkəmizdə reallaşdırılması həm sosial, həm də iqtisadi baxımdan bir sıra üstünlüklər və yeni imkanlar yarada bilər.
Güzəştli nəqliyyat kartları: Azərbaycanda tətbiq oluna bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, bəli, dünyanın əksər şəhərlərində tətbiq olunan həftəlik, aylıq və illik güzəştli kartlar texniki və iqtisadi baxımdan Azərbaycanda da mümkündür. Onun sözlərinə görə, BakıKart sistemi artıq elektron ödəniş infrastrukturuna keçib, avtobus və metronu vahid kartla ödəyirik: "Yəni texniki cəhətdən kartı həftəlik və ya aylıq abunə ilə doldurmaq üçün böyük dəyişikliyə ehtiyac yoxdur, sadəcə tarif məntiqini yeniləmək lazımdır.

Əsas sual iqtisadi tərəfdir. Birdəfəlik ödəniş büdcəyə gün-gündən pul gətir, abunə sistemi isə gəliri əvvəlcədən yığıb xərcləri sonradan ödəmək deməkdir. Amma uzunmüddətdə abunə həm sərnişin, həm də şəhər üçün sərfəlidir. Sərnişin gündə 2 dəfə gedib-gəlirsə, aylıq 60 gediş edir. Birdəfəlik 0.50 manatla bu 30 manat edir. Aylıq kartı 25 manata versələr, sərnişin qazanır, çünki şəhər də qazanır: pul əvvəlcədən büdcəyə düşür, miniklərin sayı artır, tıxac və şəxsi avtomobil istifadəsi azalır.

Tətbiq olunsa, ilk növbədə gündəlik gedib-gələn tələbələr, müəllimlər, ofis işçiləri üçün cəlbedici olar. Onlar aylıq xərci hesablayıb kartı seçərlər. Bəzən işləməyən, bəzən gəzən insanlar isə yenə birdəfəlik ödəyə bilər. Yəni iki sistem paralel getməlidir ki, heç kim məcburi abunəyə salınmasın.

Çətinlik tərəfi odur ki, abunə kartlarında "adam minir, amma ödəmir" effekti yaranır. Şəhər daşıyıcının xərci adam sayından asılı olduğu üçün, abunə qiymətini düzgün hesablamaq lazımdır. London, Berlin, İstanbul kimi şəhərlər bunu illərlə test edib orta gediş sayına görə tarif qoyurlar. Bizdə də pilot layihə kimi metroda və ya 2-3 sıx avtobus xəttində başlamaq, nəticəyə əsasən genişləndirmək olar. Qısası, texnika hazırdır, qərar isə həm büdcə, həm də vətəndaş davranışı ilə bağlıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 600   Tarix: 03 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

01.10.2026 118
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

01.10.2026 198
.

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası

01.10.2026 204
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

01.10.2026 189
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

01.10.2026 219
.

Bu qidalar sizi depressiyaya sala bilər

Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk

01.10.2026 312
.

Qlobal enerji böhranının yaranmasının səbəbi açıqlanıb

Hazırkı enerji böhranı birbaşa müharibələrlə deyil, enerji təhlükəsizliyi məsələlərinə kifayət qədər diqqət yetirilməməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bunu "Naval Postgraduate School"un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Bakıda keçirilə

01.10.2026 125
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

01.10.2026 314
.