Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılır

Bakı-Sumqayıt yoluna alternativ marşrut yaradılırMehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası nəzərdə tutulur.

Bu barədə Qaynarinfo-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Mehdiabad, Binəqədi və ətraf ərazilərdən şəhər mərkəzinə doğru gələn sürücülər əsasən Binəqədi şosesi, Azadlıq prospekti, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospektinə və digər şəhər yollarına daxil olmaq məcburiyyətində qalırlar. Bu marşrutlar xüsusilə Binəqədi şosesinin dar hissələrində, Azadlıq prospektinin və Ziya Bünyadov prospektinin kəsişmələrində gündəlik olaraq böyük tıxaclar yaradır.

Həmçinin sözügedən nəqliyyat vasitələri Mehdiabad, Binəqədi və ətraf ərazilərindən keçərək, oradan isə Binəqədi şosesi, Azadlıq prospekti, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospektində və digər yaxın ərazilərdə mövcud olan tıxaclarla hərəkət etmək məcburiyyətində olurlar.

Mövcud problemi köklü şəkildə həll etmək məqsədilə Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə birbaşa birləşdirəcək yeni Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun inşası və Heydər Əliyev prospektinədək əlaqələndirilməsi nəzərdə tutulur. Gələcəkdə isə bu yol 8 Noyabr prospekti ilə birləşəcək.

İnşa ediləcək bu yeni irimiqyaslı yol Mehdiabad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək.

Bildirilir ki, bu addım nəticəsində nəqliyyat axını daha balanslı paylanacaq, xüsusilə Binəqədi-"20 Yanvar"-Ziya Bünyadov prospekti xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq və bir çox nəqliyyat vasitələri bu sıxlıqlardan kənarda alternativ yollarla hərəkət etmiş olacaq.

Hazırda Azadlıq prospekti-Binəqədi şosesi istiqamətindən Binəqədi-Novxanı yoluna birbaşa və fasiləsiz yol bağlantısı mövcud deyil. Bu istiqamətdə hərəkət edən nəqliyyat axını ensiz və dönmə manevrləri çox olan yol ilə hərəkət etməyə məcbur qalır ki, həm hərəkət vaxtının artmasına, həm də yol şəbəkəsinin əlavə yüklənməsinə səbəb olur. Həmin yolda aparılacaq yenidənqurma işlərindən sonra birbaşa və fasiləsiz çıxış təmin ediləcək, nəticədə nəqliyyatın hərəkəti sadələşdiriləcək, marşrutlar qısaldılacaq və ümumi hərəkət səmərəliliyi artırılacaq. Həmçinin həmin istiqamətdən çəkiləcək yeni tramvay xətti sərnişinlərin rahat, təhlükəsiz hərəkətinə kömək olacaq, alternativ marşrut yaradacaq.

Eyni zamanda yeni inşa ediləcək avtomobil yolunun layihə profilində gələcəkdə tramvay xəttinin təşkili üçün xüsusi zolağın ayrılması nəzərdə tutulur ki, bu da uzunmüddətli perspektivdə ictimai nəqliyyatın inkişafına əlavə imkanlar yaradacaq.

Bu layihələrin vətəndaşlara qazandıracağı rahatlığı real nümunələr üzərindən göstərək.
Sumqayıt-Xırdalan istiqamətindən metronun "Nəriman Nərimanov" stansiyasına hərəkət edən sərnişinlər, "20 Yanvar" dairəsi və şəhərin mərkəzinə daxil olmadan Ziya Bünyadov və Heydər Əliyev prospektləri istiqamətinə hərəkət edə biləcəklər.

Masazır istiqamətindən hərəkət edən nəqliyyat vasitələri yeni salınan Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti yolundan istifadə edərək "20 Yanvar" dairəsinə daxil olmadan Əhmədli, Hövsan istiqamətində hərəkət edə biləcək.

Pirşağı-Fatmayı-Mehdiabad istiqamətindən şəhərin cənub hissəsinə hərəkət edən sərnişinlər Binəqədi şosesinə daxil olmadan Mehdiabad-Baksol-Ziya Bünyadov prospektinə keçərək bu səfəri yerinə yetirə biləcəklər. Nəticədə Binəqədi şosesinin yükü iki yol arasında paylanacaq. Bu da qeyd edilən istiqamətdə tıxacların azalmasına səbəb olacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 589   Tarix: 03 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

01.10.2026 118
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

01.10.2026 198
.

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası

01.10.2026 204
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

01.10.2026 189
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

01.10.2026 219
.

Bu qidalar sizi depressiyaya sala bilər

Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk

01.10.2026 312
.

Qlobal enerji böhranının yaranmasının səbəbi açıqlanıb

Hazırkı enerji böhranı birbaşa müharibələrlə deyil, enerji təhlükəsizliyi məsələlərinə kifayət qədər diqqət yetirilməməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bunu "Naval Postgraduate School"un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Bakıda keçirilə

01.10.2026 125
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

01.10.2026 314
.