ABŞ Azərbaycana yeni səfir göndərir: Vaşinqtonun mesajı nədir?

ABŞ Azərbaycana yeni səfir göndərir: Vaşinqtonun mesajı nədir?ABŞ🇺🇸 Prezidenti Donald Tramp ölkənin Azərbaycandakı🇦🇿 səfiri vəzifəsinə Virciniyadan olan Aleksandr Oldenin namizədliyini irəli sürüb. Məsələ ilə bağlı sənəd artıq senata göndərilib.

ABŞ-Azərbaycan münasibətlərinin ən maraqlı və bir qədər də mübahisəli tərəfi məhz səfir təyinatıdır. İlk öncə onu deyim ki, hazırda ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili vəzifəsini Emi Karlon icra edir. Əvvəllər səfir postunu isə Mark Libbi tutub.

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, əslində, səfir Mark Libbinin təyinatı belə özü-özlüyündə mübahisəli məsələ idi. Belə ki, ona qədər ABŞ uzun müddət idi ki, Azərbaycana səfir təyin etməmişdi. Hətta keçmiş prezident Co Bayden onu səfir kimi məsləhət görsə də, proses uzanırdı. Həmin dönəmdə Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez Azərbaycana səfir təyinatını gecikdirir, prosesə açıq şəkildə mane olurdu. Həyat yoldaşının erməni olması, özünün isə erməni diasporu ilə çox yaxın əlaqələrinin olması bu qərarın uzanmasının ən önəmli səbəbi idi:

"Bob Menendez federal korrupsiya və rüşvət ittihamları ilə 22 sentyabr 2023-cü ildə ittiham olundu. Bundan sonra o, Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verməyə məcbur oldu. Daha sonra məhkəmə prosesi keçirildi və o, iyul 2024-cü ildə 16 maddə üzrə təqsirli bilindi. Bunun ardınca Menendez Senatdan istefa verəcəyini açıqladı və 20 avqust 2024-cü ildə senator vəzifəsini tərk etdi. 2025-ci ilin yanvarında isə o, 11 il həbs cəzasına məhkum edildi və həmin ilin iyununda cəzaçəkmə müəssisəsinə göndərildi.

Mark Libbi 2023-cü ildə fəaliyyətə başladı. Lakin səfirin fəaliyyəti elə də uzun çəkmədi. Belə ki, o, 2024-cü ilin dekabrında səhhətindəki problemlərin davam etdiyini bildirərək ABŞ diplomatik xidmətindən təqaüdə çıxacağını açıqladı. Hər nə qədər səfirin səhhəti ilə bağlı vəzifəsini tərk etdiyi deyilsə də, onun Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə media azadlığı, vətəndaş cəmiyyəti və regional məsələlərlə bağlı bəzi açıqlamalarına görə rəsmi Bakı ilə müəyyən fikir ayrılıqları yaşadığı hər kəsə bəlli idi.

Mənə görə, M. Libbi ABŞ üçün uğursuz bir seçim idi. Buna görə Vaşinqton indi yeni səfir üzərində çox ciddi düşünüb və strateji ağırlığı olan bir şəxs göndərir. Əslində, Trampın namizədi Aleksandr Olden haqqında məlumatlara baxdıqda da bu görünür.

Aleksandr Olden diplomat və beynəlxalq təhlükəsizlik üzrə ekspertdir. O, Trampın birinci administrasiyası dövründə (2017-2021) Dövlət Departamenti, Milli Təhlükəsizlik Şurası və Pentaqonda müxtəlif vəzifələrdə çalışıb. Daha sonra ABŞ-nin məlumat analizi və proqram təminatı sahəsində fəaliyyət göstərən "Palantir Technologies" şirkətində baş məsləhətçi, həmçinin "Atlantic Council" analitik mərkəzində elmi işçi olub. O, ABŞ-nin xarici siyasəti, müdafiə sahəsi və Avropa ilə münasibətlər istiqamətindəki fəaliyyəti ilə tanınır.

Mənim diqqətimi isə daha çox A. Oldenin "Atlantic Council" mərkəzində çalışması çəkdi. Belə ki, mərkəz NATO məkanı, Avropa, Qara dəniz hövzəsi, Cənubi Qafqaz, enerji təhlükəsizliyi, Çin, Rusiya və qlobal təhlükəsizlik məsələləri üzrə araşdırmalar ilə tanınır. Ən maraqlısı isə mərkəz partiyalarüstü təşkilat kimi fəaliyyət ilə diqqət çəkir. Bunu ona görə deyirəm ki, burada işləyən bir çox ekspert sonradan Dövlət Departamentində, Pentaqonda və ya Ağ Evdə yüksək vəzifələr tutur.

Azərbaycan baxımından da bu mərkəz yad qurum deyil. Belə ki, Mərkəzin Avrasiya proqramları uzun illərdir Cənubi Qafqaz, enerji marşrutları, Xəzər regionu və Azərbaycanla bağlı müzakirələr aparır. Keçmiş ABŞ səfirlərindən Ross Wilson və Richard Morningstar da müxtəlif dövrlərdə Atlantic Council ilə əlaqəli olublar.

Hesab edirəm ki, A. Olden səfir kimi təyin ediləcək. Hətta bu təyinat Bakı-Vaşinqton münasibətləri baxımından çox müsbət nəticələrlə yadda qala bilər. Vaşinqton Cənubi Qafqaza, xüsusilə də Azərbaycana çox diqqət edir. Tramp isə Azərbaycan Prezidenti ilə hər görüşdə təmasda xüsusi təbriklər edir, yüksək fikirlər səsləndirir. Bu mənada, bu təyinat Vaşinqtonun həm də münasibətlərin gələcəyinə dair müsbət yanaşmasından və bu tempi qorumaq istəməsindən xəbər verir. Bakı bu təyinata etiraz etməyəcək lakin ehtiyatı da əldən verməyəcəyi açıqdır. Səfir təyinatı baş tutsa fəaliyyət yaxından izlənilək".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 774   Tarix: 03 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

01.10.2026 118
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

01.10.2026 198
.

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası

01.10.2026 204
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

01.10.2026 189
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

01.10.2026 219
.

Bu qidalar sizi depressiyaya sala bilər

Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk

01.10.2026 312
.

Qlobal enerji böhranının yaranmasının səbəbi açıqlanıb

Hazırkı enerji böhranı birbaşa müharibələrlə deyil, enerji təhlükəsizliyi məsələlərinə kifayət qədər diqqət yetirilməməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bunu "Naval Postgraduate School"un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Bakıda keçirilə

01.10.2026 125
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

01.10.2026 314
.