Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir

Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilir"Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair 1-ci Dövlət Proqramı"nın icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişikliklər edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsis edilib, məzuniyyət, vergi, sosial sığorta güzəştləri və imtiyazları müəyyən olunub.

Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, bu gün müzakirəyə çıxarılan Mənzil Məcəlləyə, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlara təklif edilən dəyişikliklər də məhz bu sahədə görülən işlərin hüquqi bazasının təkmilləşdirilməsi, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusunun itirilməsi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Belə ki, Mənzil Məcəlləsinə ediləcək dəyişiklik nəticəsində yeni institut - İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu yaranacaq və bu fonda daxil olan yaşayış məntəqələri məcburi köçkünlərin köçürülməsi və bu sahələrin onların mülkiyyətinə verilməsi məqsədilə istifadə olunacaq.

Eyni zamanda, "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna təklif olunan dəyişikliyə əsasən, məcburi köçkün statusunun itirilməsi halları da konkretləşdiriləcək.

Yeni təklifə əsasən, şəxs yaşadığı regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə, əvvəlki yaşayış yerinin əvəzinə təmin ediləcək, bununla da dövlət tərəfindən yeni yaşayış sahəsinin verilməsi vətəndaşın mülkiyyət hüququnun tam bərpasına xidmət edəcək.

Həmçinin sözügedən qanuna təklif olunan dəyişikliyə görə, şəxs dövlət tərəfindən təklif olunan həmin yaşayış yerindən imtina etdikdə məcburi köçkün statusunu itirəcək.

Komitə sədri qeyd edib ki, layihədə sosial müdafiə tədbirlərinin müddətinə də aydınlıq gətirilir.

Mövcud üç illik güzəşt müddətinin hesablanması şəxsin statusunu itirdiyi və ya mənzildən imtina etdiyi tarixdən müəyyən ediləcək.

Bundan başqa, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Qanunun 5-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, məcburi köçkünlərin köçürülməsi mexanizmi də dəyişdirilir.

Yeni qaydalara əsasən, dövlət öhdəliyi yaşayış sahəsinin təklif edilməsi ilə icra olunmuş hesab ediləcək. Bununla da həm məcburi köçkünlərin mənzil hüquqları, həm də üçüncü şəxslərin maraqları arasında balans təmin olunacaq.

Zahid Oruc çıxışında qeyd edib ki, Milli Məclisin müstəqillikdən keçən 35 il ərzində qəbul etdiyi qaçqınlıq və köçkünlük aktları artıq tarixə qovuşur, yeni Böyük Qayıdış qanunları yazılır. Parlament həyatında müstəsna yer tutan hazırki akt gələcəkdə millətimizin və dövlətimizin tarixində şanlı səhifəyə çevriləcək. Çünki Böyük Qayıdış qanunları məğlubiyyət, işğal və köçkünlük dövrünün bitdiyini, qalib Yüz İlin başlandığını göstərən əsas milli ideyadır.

O bildirib ki, Mənzil Məcəlləsinə edilən dəyişikliklə yaradılacaq "İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondu"na daxil olan yaşayış sahələri vətəndaşlara artıq icarə müqaviləsi əsasında deyil, mülkiyyət hüququ əsasında veriləcək.

"Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna edilən dəyişikliklə şəxs işğaldan azad edilən ərazidə əvvəlki yaşayış yerinin əvəzinə yeni yaşayış sahəsi aldıqda və ya imkandan imtina etdikdə statusun itirilməsi hüquqi baxımdan dəqiq müəyyən olunur.

"Məcburi köçkünlərin sosial müdafiəsi haqqında" Qanuna edilən dəyişiklik isə sosial müdafiə tədbirlərinin 3 il müddətində davam etməsini dəqiqləşdirir. Bu müddətin hesablanması statusun itirildiyi gündən başlanacaq. Keçid müddəaları da vacibdir. Qanun qüvvəyə minənədək artıq yeni ərazilərdə mənzil almış məcburi köçkünlər də təklif olunan hüquqi imtiyazlardan yararlana biləcəklər. Yurd yaddaşını, sosial müdafiəni, iqtisadi inkişafı və milli bərpanı vahid hüquqi çərçivədə birləşdirir.

Komitə sədri qeyd edib ki, otuz il ərzində dünyanın müxtəlif tribunalarından "qaçqınlar", "məcburi köçkünlər", "didərginlər" kimi təqdim olunan Azərbaycan vətəndaşları bu gündən etibarən yeni hüquqi kimlik qazanırlar. Onlar artıq yardım alan insanlar deyil, öz torpağının, evinin və gələcəyinin sahibi olan qalib xalqın nümayəndələridir.

Əli Hüseynli iclasda çıxış edərək Avropa İnsan Hüquqları Məhkəməsi zamanında məcburi köçkünlərin mülkiyyət hüququnun pozulması ilə bağlı qərarlar qəbul etdiyini söyləyib.

Komitə sədri qeyd edib ki, amma onun icra mexanizmi məhz bu gün yaradılır:

"Xüsusi təyinatlı mənzil fondunun bu yaşayış sahələrinin növlərinə yeni biri əlavə olunur. Bu, çox vacibdir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə məcburi köçkünlərin köçürülməsi və onların mülkiyyət hüququnun verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanına tapşırılır.Azərbaycanda insan hüquqlarının təntənəsidir. Layihə konseptual baxımdan çox vacibdir, həm hüquqi, həm sosial müdafiə, həm insan hüquqları baxımdan olduqca əhəmiyyətlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 556   Tarix: 03 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

01.10.2026 118
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

01.10.2026 198
.

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası

01.10.2026 204
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

01.10.2026 189
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

01.10.2026 219
.

Bu qidalar sizi depressiyaya sala bilər

Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk

01.10.2026 312
.

Qlobal enerji böhranının yaranmasının səbəbi açıqlanıb

Hazırkı enerji böhranı birbaşa müharibələrlə deyil, enerji təhlükəsizliyi məsələlərinə kifayət qədər diqqət yetirilməməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bunu "Naval Postgraduate School"un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Bakıda keçirilə

01.10.2026 125
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

01.10.2026 314
.