72 min manatlıq mənzil, 533 manatlıq aylıq ödəniş: Vətəndaşın gücü çatırmı?

72 min manatlıq mənzil, 533 manatlıq aylıq ödəniş: Vətəndaşın gücü çatırmı?"MİDA mənzillərinin əldə olunması üçün nəzərdə tutulan güzəştli ipoteka proqramı vətəndaşlara daha sərfəli şərtlərlə mənzil sahibi olmaq imkanı yaradır. Proqram çərçivəsində ilkin ödəniş minimum 10 faiz, illik faiz dərəcəsi isə 4 faizdən başlayır. Kreditin müddəti 30 ilədək müəyyən edilə bilər. Məsələn, 72 min manat məbləğində kredit götürən şəxs üçün aylıq ödəniş təxminən 533 manat təşkil edir".

Bunu BiG.AZ-a açıqlamasında daşınmaz əmlak üzrə ekspert Fərid Cəfərli bildirib.

O, qeyd edib ki, güzəştli ipoteka hüququndan yararlana bilən əsas kateqoriyalar sırasında şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və bəzi hallarda müharibə əlilləri, dövlət qulluqçuları, müəllimlər, həkimlər, elmi dərəcəsi olan alimlər, müəyyən xidmət müddətini başa vurmuş hərbi qulluqçular, gənc ailələr və idman sahəsində xüsusi nailiyyətlər əldə etmiş şəxslər yer alır. Son dəyişikliklərə əsasən, ən azı 5 il iş stajına malik hakimlər də bu hüquqdan yararlana bilirlər:
72 min manatlıq mənzil, 533 manatlıq aylıq ödəniş: Vətəndaşın gücü çatırmı?"Bununla yanaşı, minimum əməkhaqqı alan vətəndaşların da sosial mənzil proqramına müraciət etmək hüququ var. Lakin müraciət hüququnun olması kreditin təsdiqlənəcəyi anlamına gəlmir. Praktikada yalnız minimum əməkhaqqı ilə mənzilin aylıq kredit ödənişlərini qarşılamaq kifayət qədər çətin hesab olunur.

Belə ki, 2026-cı ildə minimum əməkhaqqının 400 manat olması nəzərə alınsa, bəzi mənzillər üzrə aylıq kredit ödənişləri bu məbləği üstələyə bilər. Banklar kredit müraciətlərini qiymətləndirərkən vətəndaşın sadəcə maaşını deyil, ümumi gəlirlərini, maliyyə öhdəliklərini və ödəmə qabiliyyətini də nəzərə alırlar. Adətən aylıq kredit ödənişinin gəlirə nisbəti əsas meyarlardan biri hesab edilir.

Bu səbəbdən minimum əməkhaqqı alan şəxslərin sosial mənzil proqramına müraciət etməsi mümkün olsa da, kreditin təsdiqlənməsi üçün əlavə gəlir mənbələrinin və ya ailənin ümumi maliyyə imkanlarının olması mühüm əhəmiyyət daşıyır. Sosial mənzil layihələrinin əsas məqsədi vətəndaşların mənzil təminatını yaxşılaşdırmaq olsa da, kredit mexanizmləri bankların maliyyə risklərini də nəzərə aldığından, müraciət edən şəxslərin ödəmə qabiliyyəti həlledici rol oynayır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1330   Tarix: 03 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

01.10.2026 118
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

01.10.2026 198
.

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası

01.10.2026 204
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

01.10.2026 189
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

01.10.2026 219
.

Bu qidalar sizi depressiyaya sala bilər

Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk

01.10.2026 312
.

Qlobal enerji böhranının yaranmasının səbəbi açıqlanıb

Hazırkı enerji böhranı birbaşa müharibələrlə deyil, enerji təhlükəsizliyi məsələlərinə kifayət qədər diqqət yetirilməməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bunu "Naval Postgraduate School"un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Bakıda keçirilə

01.10.2026 125
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

01.10.2026 314
.