Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə30 may tarixində Boolood komandası mövsümün ikinci tədbirini İçərişəhərin qala divarlarının yaxınlığında, Bakının ən tanınmış tarixi məkanlarından biri olan Qoşa Qala Qapısının ətrafında keçirib. Tədbir Azərbaycanın innovasiya lideri Bakcell-in dəstəyi ilə baş tutub.

Beləliklə, Bakı sakinləri və şəhərin qonaqları unikal fürsət əldə ediblər - gündüz İçərişəhərin dar küçələrində gəzərək əsrlərin tarixini hiss etmək, axşam isə müasir Bakının dinamik atmosferinə qoşulmaq imkanı qazanıblar.

Gecənin hedlaynerləri beynəlxalq səhnənin tanınmış artistləri olub. Afro House və Melodic House janrlarının yüksələn simalarından olan JUNO dərin ritmləri və emosional melodiyaları ilə çıxış edib. Tədbirdə həmçinin melodic house və indie dance səhnəsinin tanınmış prodüserlərindən biri olan LUCH səhnə alıb. Onun musiqiləri Keinemusik, Black Coffee, RÜFÜS DU SOL və Adriatique kimi dünya şöhrətli sənətçilər tərəfindən dəstəklənir.

Gecə ərzində Azərbaycanın tanınmış DJ-lərindən Ronfoller də çıxış edərək iştirakçılara unudulmaz musiqi təcrübəsi yaşadıb.

Bu dəfəki məkan 16 may tarixində keçirilmiş əvvəlki tədbirlə müqayisədə daha kiçik olsa da, tədbirə təxminən 8 min nəfər qatılıb. Marağın yüksək olması səbəbindən təşkilatçılar tədbirdən bir həftə əvvəl pulsuz GA zonası üçün qeydiyyatı dayandırıblar.

Boolood komandası artıq növbəti layihəsini də elan edib. Mərkəzi Nəbatat Bağında keçiriləcək tədbirin bu yayın ən böyük və ən çox müzakirə olunan hadisələrindən birinə çevriləcəyi gözlənilir.

Ətraflı məlumat almaq, pulsuz GA zonası üçün qeydiyyatdan keçmək və VIP zona biletlərini əldə etmək üçün bld.az saytına daxil olmaq mümkündür.

Qeyd edək ki, 30 may tarixində keçirilən boolood tədbirinin rəsmi tərəfdaşları Bakcell, Coca-Cola və Bir Bonus olub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 353   Tarix: 03 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Leyla Quliyeva bu verilişlə qayıdır

Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"

01.10.2026 118
.

"Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib

Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə

01.10.2026 198
.

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. Offside Media tərəfindən yaradılan yeni internet resursu əsas diqqəti ölkə basketboluna ayıracaq. " saytında Azərbaycan Basketbol Liqası

01.10.2026 204
.

Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda

İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik

01.10.2026 190
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

01.10.2026 189
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

01.10.2026 219
.

Bu qidalar sizi depressiyaya sala bilər

Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk

01.10.2026 312
.

Qlobal enerji böhranının yaranmasının səbəbi açıqlanıb

Hazırkı enerji böhranı birbaşa müharibələrlə deyil, enerji təhlükəsizliyi məsələlərinə kifayət qədər diqqət yetirilməməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bunu "Naval Postgraduate School"un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Bakıda keçirilə

01.10.2026 125
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

01.10.2026 314
.