Dünyada hər il təxminən bir trilyon dollarlıq ərzaq tullantıya çevrilir - BMT-dən hesabat

Dünyada hər il təxminən bir trilyon dollarlıq ərzaq tullantıya çevrilir - BMT-dən hesabatBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada hər il itirilən və ya tullantıya çevrilən ərzağın dəyəri təxminən bir trilyon dollara çatır.

Oxu.Az mk.ru-ya istinadən xəbər verir ki, söhbət qlobal ərzaq istehsalının böyük hissəsinə bərabər həcmdən gedir.

Hesabatda qeyd olunur ki, dünyada istehsal olunan ərzağın təxminən üçdəbiri ya itirilir, ya da tullantıya çevrilir. Bu həcmdə qida ilə bir il ərzində təxminən 1.26-1.3 milyard insanı təmin etmək mümkün olardı.

FAO-nun məlumatına görə, ərzağın təxminən 14%-i istehsal və logistika mərhələsində itirilir ki, bu da təxminən 400 milyard dollara bərabərdir. Daha 17%-i isə istehlak mərhələsində qida tullantısına çevrilir. Ümumilikdə iqtisadi zərərin həcmi hər il 936 milyard dollar qiymətləndirilir.

Hesabatda heyvandarlıq məhsulları istehsalının dinamikasına da yer verilib. Son onilliklərdə dünyada ət istehsalı demək olar ki, iki dəfə artıb. Xüsusilə quş əti istehsalı 1961-ci ildən bəri təxminən altı dəfə yüksəlib. Donuz əti və yumurta istehsalında da ciddi artım qeydə alınıb, süd istehsalı isə daha mülayim templə böyüyüb.

Regional bölgüyə görə, istehsal həcminə görə lider Asiyadır. Onu Avropa izləyir. Adambaşına düşən istehsal göstəricisində isə Şimali Amerika birinci yerdədir. Saxaradan cənubdakı Afrika ölkələrində göstəricilər ümumilikdə sabit qalıb, yalnız bəzi dövlətlərdə süd və quş əti istehsalında artım müşahidə olunub.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 104   Tarix: 07 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dondurulmuş tərəvəzlər niyə bəzən daha dadlı olur?

Market rəflərində gördüyümüz "təzə" etiketi hər zaman daha keyfiyyətli və dadlı məhsul təəssüratı yaradır. Lakin mütəxəssislərə görə söhbət yaşıl noxud, qarğıdalı, ispanaq və brokoli kimi bəzi tərəvəzlərdən gedirsə dondurulmuş variantlar təzə alternativlərindən daha uğurlu və dadlı nəticə ver

31.05.2026 312
.

Elektrik enerjisini su kimi "içir" - Onu "rozetka"dan ayırmadan EVDƏN ÇIXMAYIN

Televizorlar evlərdə ən çox istifadə olunan elektron cihazlardan biridir. Gün ərzində saatlarla işləyən bu cihazların söndürüldükdən sonra tamamilə enerji sərf etmədiyi düşünülsə də, əslində vəziyyət həmişə belə olmur. Xüsusilə pult vasitəsilə söndürülən televizorlar elektrik enerjisi istehlak etməy

06.06.2026 387
.

Soyuducunuzun ömrünü qısaldan SƏHVLƏR

Soyuducu günün 24 saatı fasiləsiz işləyən məişət cihazıdır və buna görə çox etibarlı görünür. Lakin əksər insanlar düşünmür ki, gündəlik vərdişlər bu texnikanı yavaş-yavaş sıradan çıxara bilər. Əslində nasazlıqların çoxu qəfil deyil, illərlə yığılan kiçik səhvlərin nəticəsidir. Bu səhvlər soyutma sistemin

31.05.2026 212
.

Dünyada əhalisi ən çox çay içən ölkələr açıqlandı - SİYAHI

Dünyanın ən çox çay içən ölkələri açıqlanıb. xəbər verir ki, siyahı adambaşına içilən illik çay miqdarı əsasında hazırlanıb. Həmin siyahını təqdim edirik:. 1. Türkiyə - 3,16 kq. 2. İrlandiya - 2,19 kq. 3. Birləşmiş Krallıq - 1.94 kq. 4. İran - 1,50 kq. 5. Rusiya - 1,38 kq. 6. Mərakeş - 1,22 kq. 7. Yen

11:10 130
.

Bunu mütləq yoxlayın - Kababın dadına doymayacaqsınız

Yay mövsümünün vazkeçilməz təamlarından olan kababın daha dadlı alınması üçün bəzi xırda mətbəx sirləri böyük fərq yarada bilər. xəbər verir ki, aşpazların sözlərinə görə, kabab üçün ətin düzgün seçilməsi ilə yanaşı, marinad zamanı əlavə olunan bəzi ərzaqlar onun dadını daha da zəngin edir. Mütəxəssislə

31.05.2026 321
.

Aqressiyanı effektiv şəkildə azaltmağın yolu açıqlandı

Sadə qida əlavəsi emosional sabitliyin əldə olunması və aqressiyanın azalması üçün effektiv və təhlükəsiz vasitə ola bilər. xəbər verir ki, bu barədə ABŞ-nin Pensilvaniya Universitetinin alimlərinin yeni tədqiqatı "Aggression and Violent Behavior" jurnalında dərc olunub. Tədqiqatçılar 1996-2024-c

31.05.2026 264
.

Xidmetler.Az - Bütün xidmətlər bir saytda!

XİDMETLER.AZ bütün xidmətlərin bir yerdə olduğu saytdır. Saytda sizi narahat edən hər hansı məsələ ilə bağlı kömək almaq imkanınız var. - Gündəlik işlər üçün icraçı və ya daimi iş sifarişi axtaran saytımızda tapar. Siz də qoşulun və sizə lazım olan işçiləri tapın. - Usta axtarışına çıxanların köməyin

05.06.2026 161
.

Mayın son günü nadir TƏBİƏT HADİSƏSİ BAŞ VERƏCƏK - Gecə səmaya diqqətlə baxın

Mayın 31-də nadir astronomik fenomen baş verəcək. Bir ayda ikinci dolunayı, Mavi Ay hadisəsini seyr edəcəyik. Bu, 3,5 ildən bir baş verir və növbəti dəfə 2028-ci ildə səmada görünəcək. Bu fenomen nədir, nə vaxt və harada müşahidə olunmalıdır və insanlara necə təsir edir - Bizim.Media detalları təqdi

31.05.2026 334
.

İsti havada niyə mütləq turşəng yemək lazımdır - Faydası nədir, kimlər istifadə etməməlidir?

Turşəng orqanizmi sərinləşdirməyə, su balansını qorumağa və faydalı maddələrlə təmin etməyə kömək edir. Lakin bəzi xəstəlikləri olan insanlar sağlamlıq üçün arzuolunmaz nəticələrdən qaçmaq üçün onu ehtiyatla istifadə etməlidirlər. Turşəng yaz və yay aylarında xüsusilə qiymətləndirilən ən faydalı mövsüm

31.05.2026 266
.

TOP MP3