Yaponiyada "ağıllı ayı" dəhşət saçır

Yaponiyada "ağıllı ayı" dəhşət saçır2025-ci ildə Yaponiyada ayılar tərəfindən törədilən hücumlar nəticəsində rekord sayda - 13 nəfər həyatını itirib. Xilasedicilər və ovçular aqressiv heyvanları zərərsizləşdirsə də, bu tədbirlər vəziyyəti dəyişmir. Bu yaxınlarda isə insanların qarşısına tutulması heç cür mümkün olmayan "həddindən artıq ağıllı ayı" çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

İyunun 2-də Fukusimada yerləşən iki zavodda ayı dörd nəfərə hücum etdikdən sonra binaların birində gizlənib. Bu addım ona ovçulardan və qurulmuş tələlərdən qaçmağa imkan verib.

Fukusima administrasiyasının nümayəndəsi bildirir ki, o vaxtdan bəri heyvanın tapılması mümkün olmayıb. Fukusima şəhərinin meri Yuki Baba qeyd edib ki, əldə edilən məlumatlara əsasən, yırtıcı qaçmaq məqsədilə pəncərəni özü açıb. Mer əlavə edib ki, çıxış hissəsində pəncə izləri də tapılıb.

Onun sözlərinə görə, ayının su içmək üçün su kranını açdığı da ehtimal olunur və o, bunu olduqca ağıllı hərəkət kimi xarakterizə edib.

Bir müddət əvvəl Yaponiyada anomal ölçülərə malik bir neçə ayının tutulduğu da bildirilirdi. Onlardan birinin çəkisi 330 kq, digərininki isə təxminən 280 kq olub. Belə nəhəng yırtıcıların haradan peyda olduğu isə hələlik sirr olaraq qalır. Rakuno Qakuen Universitetinin professoru Yosikadzu Satonun ehtimalına görə, heyvanlar qış yuxusundan əvvəl qarğıdalı yeyərək bu qədər kökəlmiş ola bilərlər.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 363   Tarix: 07 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.