Məktəblərdə "TikTok"a məhdudiyyət: Təhsil mühitinin qorunmasına yönələn mühüm addım
"Azərbaycan təhsilinin və gənc nəslin mənəvi formalaşmasının qarşısında duran əsas vəzifələrdən biri məktəb mühitini zərərli və diqqəti yayındıran təsirlərdən qorumaqdır. Bu baxımdan, təhsil müəssisələrində ümumi internet şəbəkəsi üzərindən "TikTok" sosial platformasına girişin məhdudlaşdırılması mühüm və prinsipial qərar kimi qiymətləndirilə bilər. Bu addım yalnız məktəblərdə nizam-intizamın gücləndirilməsinə deyil, həm də sağlam vətəndaş və savadlı gəncliyin formalaşdırılması istiqamətində həyata keçirilən siyasətə xidmət edir".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, məktəb hər şeydən əvvəl elm, bilik və tərbiyə məkanıdır. Qısa və sürətli videolar üzərində qurulan sosial şəbəkələr yeniyetmələrin diqqətini uzunmüddətli öyrənmə prosesindən uzaqlaşdırır, onların konsentrasiya qabiliyyətinə mənfi təsir göstərir. Dərs zamanı və ya tənəffüslərdə bu cür platformalarda vaxt keçirmək şagirdlərin dərsə, müəllimə və tədris prosesinə marağını azalda bilir. İnternet səviyyəsində tətbiq olunan məhdudiyyətin əsas məqsədi məktəb mühitində təhsilin prioritetliyini qorumaqdır:
"Qərarın mühüm tərəflərindən biri də odur ki, məktəbə mobil telefon gətirən şagirdlər belə təhsil müəssisəsinin daxili internet şəbəkəsi vasitəsilə həmin platformadan istifadə edə bilməyəcəklər. Şəbəkə səviyyəsində tətbiq edilən filtrasiya istifadəçinin kimliyindən və ya cihazından asılı olmayaraq platformaya çıxışı məhdudlaşdırır. Bu isə dərs prosesində diqqətin yayınmasının qarşısının alınmasına əlavə töhfə verə bilər.
Mütəxəssislər uzun müddətdir ki, sosial şəbəkələrdən həddindən artıq istifadənin yeniyetmələrin psixoloji vəziyyətinə, diqqət toplamaq bacarığına və sosial münasibətlərinə təsiri barədə xəbərdarlıq edirlər. Xüsusilə sürətli və davamlı vizual məzmun axını gənclərin mütaliəyə, yaradıcılığa və real ünsiyyətə ayırdığı vaxtın azalmasına səbəb olur. Bu baxımdan məktəblərdə tətbiq olunan məhdudiyyət şagirdlərin idmana, kitab oxumağa, sosial fəaliyyətlərə və canlı ünsiyyətə daha çox vaxt ayırmasına stimul yarada bilər.
Məktəblərdə bu kimi profilaktik tədbirlərin həyata keçirilməsi gənc nəslin psixoloji, mənəvi və fiziki sağlamlığına verilən önəmin göstəricisidir. Təhsil müəssisələri yalnız bilik ötürən məkan deyil, eyni zamanda sağlam şəxsiyyət formalaşdıran mühüm sosial institutdur. Bu səbəbdən məktəb mühitinin diqqəti yayındıran və mənfi təsir göstərə bilən amillərdən qorunması gələcəyin daha savadlı, məsuliyyətli və vətənpərvər vətəndaşlarının yetişdirilməsinə xidmət edən vacib addımlardan biri hesab oluna bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 564 Tarix: 09 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu qidalar sizi depressiyaya sala bilər
Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk
01.10.2026 312 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
01.10.2026 314 Leyla Quliyeva bu verilişlə qayıdır
Aparıcı Leyla Quliyeva yenidən efirə qayıtmağa hazırlaşır. Axşam.az xəbər verir ki, aparıcı bu barədə "Xəzər axşamı" proqramında danışıb. O bildirib ki, "Söhbət musiqidən gedir" verilişi yenidən yayıma başlayacaq:. "Bütün komanda proqramı bərpa etmək üçün işə başlayıb"
01.10.2026 118 Azərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir. Səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib, siyasi, təhlükəsizli
01.10.2026 231 Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır
01.10.2026 160 Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?- ARAŞDIRMA
Yaxud, Bakıda bir bankın, Tovuzda isə iki hakimin mülkiyyət sövdələşməsi: 14 miylonluq strateji zavodlar 447 min manata necə ələ keçirilir?. Keçirik mətləbə: şikayət ərizəsi və əlavə edilmiş çoxsaylı mötəbər sübutlar-sənədlər, məhkəmə qərarlarının araşdırılmasına, yaxud qarşı tərəfin mövqeyini öyrənməy
01.10.2026 266 "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib
Sentyabrın 28-də "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın açılış mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. "Loqos" Psixoloji və Nitq Mərkəzinin rəhbəri, "Loqos Qadın Uzunömürlülük Rezidensiyası"nın təsisçisi Təranə Paşayeva çıxış edərə
01.10.2026 198 Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?
Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo
01.10.2026 219 Aİ şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməkdə maraqlıdır
Avropa şirkətləri Rusiya ilə biznes əlaqələrini bərpa etməyə maraq göstərirlər. BİG.AZ xəbər verir ki, bu barədə Rusiyanın Avropa İttifaqındakı ticarət nümayəndəliyi "İzvestiya" qəzetinə açıqlamasında bildirib. Nümayəndəlik qeyd edib ki, sanksiya təzyiqlərinə və Avropa İttifaqının açıq şəkild
01.10.2026 271