"Soyuq ləkə" Avropaya, oradan Asiyaya gəlir: Kanada tipli sərt qışlar yaşana bilər
İndiyə qədər elmi dairələrdə tam izah olunmayan "soyuq ləkə" hadisəsinin qlobal hava temperaturuna ciddi təsir göstərə biləcəyi bildirilir. Mütəxəssislər xüsusilə Avropada "Kanada tipli sərt qış şərtləri"nin müşahidə oluna biləcəyini qeyd edir.
Qaynarinfo xəbər verir ki, qlobal iqlim dəyişikliyi fonunda dünyanın böyük hissəsi istiləşsə də, Qrenlandiyanın cənub-şərqində yerləşən və elmi ədəbiyyatda "soyuq ləkə" və ya "istiləşmə boşluğu" kimi tanınan bölgə diqqət çəkir.
Son araşdırmalar göstərir ki, Şimali Atlantikdəki bu geniş ərazi son onilliklərdə qlobal istiləşmə tendensiyasının əksinə olaraq təxminən 1°C soyuyub.
Britaniya mərkəzli "Metro"nun məlumatına görə, alimlər bu vəziyyətin Atlantik Meridional Dövriyyə Axını (AMOC) adlanan böyük okean cərəyan sisteminin zəifləməsi ilə bağlı olduğunu düşünür.
Bu sistem tropik bölgələrdən gələn isti və duzlu suları Şimali Atlantikə daşıyır, burada soyuyan sular daha dərin qatlara enərək qlobal istilik balansında mühüm rol oynayan "okean daşıma kəməri" yaradır.
Mütəxəssislərin fikrincə, bu sistemdə baş verəcək ciddi dəyişikliklər dünyanın müxtəlif bölgələrində iqlim və hava şəraitinə təsir göstərə bilər.
Kaliforniya Universitetindən iqlim alimi Wei Liu bildirir ki, "soyuq ləkənin" əsas səbəbi atmosferdən çox okean dinamikaları və AMOC sisteminin zəifləməsidir.
Araşdırmalara görə, bu proses Qrenlandiya buzlaqlarının əriməsi nəticəsində okeana qarışan şirin suyun artması ilə daha da güclənə bilər. Bu isə isti Körfəz axınını zəiflədərək ümumi dövranı poza bilər.
Alimlər AMOC sisteminin əsrin sonuna qədər ən az 20 faiz zəifləyə biləcəyini, uzunmüddətli perspektivdə isə tam dayanma riskinin belə istisna olunmadığını bildirir.
İngilis meteoroloq Cim Dalein sözlərinə görə, belə bir ssenari reallaşarsa, Şimali Qərbi Avropada Kanada tipli sərt qışlar, uzun sürən şaxtalar və güclü qar yağışları müşahidə oluna bilər.
Mütəxəssislər həmçinin qeyd edir ki, AMOC-un zəifləməsi təkcə Avropanı deyil, Şimali Amerikanın şərq sahillərində dəniz səviyyəsinin yüksəlməsi, Afrikanın Sahel bölgəsində yağıntıların azalması və Asiyada musson sistemlərinin zəifləməsi kimi qlobal təsirlər də yarada bilər.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 590 Tarix: 10 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDiş ağartma dişlərdə həssaslıq yaradırmı? - STAMATOLOQDAN AÇIQLAMA
Son illər estetik görünüşə marağın artması ilə diş ağartma prosedurlarına müraciət edənlərin sayı da çoxalıb. Lakin bu prosedurdan sonra bəzi insanlar isti, soyuq və ya şirin qidalara qarşı diş həssaslığının artdığını bildirirlər. Bəs diş ağartma həqiqətən həssaslığa səbəb olurmu, bu hal müvəqqətidirmi
21.07.2026 252 Saç balzamı həqiqətən vacibdirmi? - DERMATOLOQDAN AÇIQLAMA
Şampundan sonra balzamdan istifadə edənlərin sayı az deyil. Bununla yanaşı, bir çox insan bu məhsulun saç üçün nə dərəcədə faydalı olduğu və ümumiyyətlə istifadəsinin zəruri olub-olmaması ilə maraqlanır. Bəs saç balzamı saçın sağlamlığına necə təsir edir, onu hər yuyunmadan sonra istifadə etmək lazımdırmı
21.07.2026 268 "Vətənə xəyanət edənlərə yazığım gəlir" - Hikmət Hacıyevdən Tural Sadıqlıya
"Verilişlərinizə çox vaxt ayırmıram, səmimi deyim. Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərinizə baxır, elə deyil". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmə
21.07.2026 444 "Dedi ki, ağzını-burnunu vurub sındıraram!" - Klinika rəhbəri "Baku TV" əməkdaşlarına hücum etdi
Baku TV-nin çəkiliş qrupu Nəsimi rayonu ərazisində yerləşən Bioloji Təbabət Klinikasının qarşısında hücuma məruz qalıb. Canlı bağlantıdan sonra çəkiliş davam etdirilən zaman klinikanın rəhbəri media əməkdaşlarına yaxınlaşaraq çəkilişə mane olub. Görüntülərdə həmin şəxsin kameraya zərbə vurduğu, avadanlığı
21.07.2026 354 Yaponlar isti ilə mübarizə üçün insan soyuducusu təqdim etdi - Qiyməti nə qədərdir?
Yaponiyanın "SDRS" və "Trusco Nakayama" şirkətləri yüksək temperatur şəraitində çalışan insanların istidən qorunması üçün nəzərdə tutulmuş "Do Hiemon Box" adlı fərdi sərinlədici kabini təqdim ediblər. Qaynarinfo xəbər verir ki, bu barədə "GizmoChina" məlumat yayıb
21.07.2026 328 Kəlbəcərdə mina partladı: Yaralı var
Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində sursat partlayışı hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında qeyd olunub. Bildirilib ki, 1987-ci i
21.07.2026 228 Əliyevlə Merts mətbuata bəyanatlarla çıxış etdilər
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb
21.07.2026 208 Tofiq Mirzəyev vəfat etdi
Azərbaycanın Xalq artisti, aktyor, rejissor Tofiq Mirzəyev İsraildə 94 yaşında dünyasını dəyişib. Qaynarinfo xəbər verir ki, Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi sosial şəbəkə hesabında məlumat yayıb. Qeyd edək ki, O, "Uşaqlığın son gecəsi", "Nəsimi", "İstintaq"
10:15 69 Çevik iş vaxtı rejimi hansı sahələrə və kimlərə şamil ediləcək?
"Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda ölkəmizdə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelinin formalaşdırılması nəzərdə tutulur. "Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəs
21.07.2026 282