Bu ildən Bakıda dəyişkən iş qrafikinə keçilə bilər

Bu ildən Bakıda dəyişkən iş qrafikinə keçilə bilər"Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər"​.

"Qafqazinfo" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında məlumat verib.

Deputatın sözlərinə görə, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən, dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafiki ilə təşkili nəzərdə tutulub.

"Proqrama görə, bu, məhz 2026-cı ildə reallaşacaq. Dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən dəyişkən iş rejimi təşkil olunacaq", - deputat qeyd edib.

V.Bayramov bildirib ki, bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada dəyişkən iş rejimi artıq tətbiq olunur və bu model konkret nəticələr verir:

"Təhlillər göstərir ki, fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır. Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi azaldır. Gözlənilir ki, 2026-cı ildə Azərbaycanda da dövlət proqramının tələblərinə uyğun olaraq fərqli sektorlarda iş saatlarının mərhələli şəkildə dəyişdirilməsi reallaşacaq. Bu modelə əsasən, bütün müəssisələr eyni saatda fəaliyyətə başlamayacaq və bu da nəqliyyat sıxlığına təsir göstərəcək.

Təbii ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam aradan qaldırmaq deyil, azaltmaq üçün tətbiq olunur. Nəqliyyatda sıxlığın aradan qaldırılması infrastrukturun genişləndirilməsi ilə yanaşı, oxşar və digər dolayı tədbirlərin icrasından birbaşa asılıdır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 109   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

30°C-də yuma mifi: paltar soyuq rejimdən sonra təmiz olurmu?

30C-də yuma artıq uzun müddətdir ki, yeni standart sayılır: enerjiyə qənaət edir, parçaları qoruyur və "kifayət qədər təmiz" hesab olunur. Bəs bu temperatur paltarların həqiqətən gigiyenik cəhətdən təmiz olması üçün yetərlidirmi?. xarici mediaya istinadən xəbər verir ki, aşağı temperaturl

10.06.2026 267
.

Qızının ad gününü belə təbrik etdi

Müğənni İbrahim Borçalı qızı Aysu ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi övladının ad günü olduğunu deyib. Borçalı paylaşımına "Hər şeyim, ürəyim, yaşamaq həvəsim, ad günün mübarək. Həyatda xoşbəxt yaşa" sözlərini yazıb. Qeyd edək ki, İ.Borçalı bir neçə il əvvəl oğlunu itirib

10:26 165
.

Emiliano Martines "Yuventus"a keçəcək

Argentinanın heyətində Dünya çempionatının qalibi qapıçı Emiliano Martines İngiltərənin "Aston Villa" klubundan Turinin "Yuventus" klubuna keçəcək. -ın xarici mediaya istinadən məlumatına görə, İtaliya klubu 33 yaşlı qapıçı ilə üç illik müqavilə imzalayacaq. Emiliano Martines 2020-c

10.06.2026 220
.

Bakıda obyekt yanır - Yenilənir

Bakı şəhəri, Nərimanov rayonu, Elşad Quliyev küçəsində yerləşən obyektdə yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməs

11:42 107
.

Bakı-Qəbələ-Bakı qatarı Ucarda da dayanacaq

Bakı-Qəbələ-Bakı marşrutu üzrə 4 iyul tarixindən başlayaraq Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb. Hərəkət cədvəli ilə qurumun saytından və ya "ADY Mobile" tətbiqində tanı

12:03 87
.

Donald Trampdan Nikol Paşinyana təbrik mesajı

ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanı Vətəndaş Müqaviləsi Partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib. xəbər verir ki, Ağ Ev rəhbəri bununla bağlı özünün Truth Social sosial şəbəkəsində paylaşım edib. "Nikol Paşinyanı Ermənistanda keçirilə

10:56 104
.

Yeni Zelandiyada güclü zəlzələ oldu

Sakit okeanda, Yeni Zelandiyaya məxsus Oklend adaları bölgəsində altı maqnitudalı zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. Yeraltı təkanlar Yeni Zelandiyanın Cənub adasındakı Danidin şəhərindən 637 kilometr cənub-qərb istiqamətind

10.06.2026 223
.

Turistlər getdikcə gecə həyatını seçirlər: Səbəb nədir?

Son illərdə müşahidə olunan ekstremal istilər turistlərin istirahət vərdişlərini dəyişməyə başlayıb. Bir qisim səyahətçilər yay mövsümündə səyahətdən imtina edir, digərləri isə daha sərin istiqamətlərə üz tutur. Lakin Aralıq dənizi ölkələrində yay tətilindən vaz keçmək istəməyənlər də var və onlar problem

10.06.2026 250
.

Zooparkla "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdirilir

Bakı Şəhər Heyvanat Parkı ilə "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" birləşdirmə yolu ilə yenidən təşkil olunacaq. "Qafqazinfo" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmana əsasən, "Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Şəhər Heyvana

10:57 106
.

TOP MP3