Taksi qiymətlərində kəskin artım: Gediş haqları 50 faizə qədər bahalaşdı - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda fəaliyyət göstərən bəzi taksi şirkətlərində qiymətlərin kəskin artdığı bildirilir. Son günlər xüsusilə "Yango" və "Bolt" platformalarında gediş haqlarının əvvəlki dövrlə müqayisədə 40-50 faiz bahalaşdığı qeyd olunur. Sərnişinlər gündəlik istifadə etdikləri marşrutlarda qiymətlərin ciddi şəkildə yüksəldiyini deyirlər.
Məlumatlara görə, bahalaşma hava şəraiti və ya pik saatlarla bağlı deyil. Taksi sayının azalması, yeni qaydalar və artan tələbatın qiymətlərə təsir etdiyi bildirilir.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli BiG.AZ-a açıqlamasında bildirdi ki, taksi qiymətlərinin 40-50 faiz artmasına bir neçə amil təsir edir. Onun sözlərinə görə, əsas səbəblərdən biri yanacaq, avtomobil ehtiyat hissələri və texniki xidmət xərclərinin bahalaşmasıdır: "Bundan əlavə, sürücülərin gəlirlərini qorumaq üçün tariflərin artırılması zərurəti yarana bilər. Bəzi hallarda yeni vergi və ya tənzimləmə tələbləri də şirkətlərin əməliyyat xərclərini yüksəldir. Tələb artdığı, lakin sürücü sayı kifayət qədər olmadığı zaman da qiymətlər yüksələ bilir. Taksi şirkətləri adətən artan xərcləri kompensasiya etmək və fəaliyyətlərini rentabelli saxlamaq üçün tariflərə yenidən baxırlar.
Eyni zamanda əgər bu gün taksi xidmətinin 40-50% bahalaşacağı tarix kimi göstərilə bilirsə, bu o deməkdir ki, sektor artıq kimlərinsə inhisarındadır artıq. Rəqabətli bazarda qiymət kütləvi olaraq bir tarixdə bahalaşmır. Bu indiqator olaraq inhisarkaşmanın və sindiqatlaşmanın əlamətidir".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 645 Tarix: 11 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGüclü külək əsəcək - Xəbərdarlıq
Avqustun 6-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıva
05.08.2026 492 Aydan Axundovadan sevgi paylaşımı
Aktrisa Aydan Axundova sevgi ilə bağlı paylaşımıyla diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında sevginin çətin günlərdə özünü göstərdiyini vurğulayan fikirlər yazıb. "Dünya qədər qoca bir sevgi elmi var. Sevgi zəngin, sağlam və xoşbəxt günlərdə yox, yalın, yavan, naxo
12:15 48 Mariya Zaxarovadan Hirosima merinə sərt ittiham
ABŞ-ın Hirosimaya atom bombası atmasının ildönümündə Rusiyanı tənqid edən Hirosima meri Kazumi Matsui Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın sərt reaksiyası ilə üzləşib. xəbər verir ki, Zaxarova bu barədə Telegram kanalında paylaşım edib. Rusiya XİN sözçüsü bildirib ki, Qərbin formalaşdırdığ
12:05 62 "Paxıllar, saxta profillə pis rəy yazanlar, aqressivliyiniz üzünüzə vurub"
Aparıcı Aytəkin Mərdanova sosial şəbəkədə paylaşdığı video ilə ona qarşı tənqid və aqressiv münasibət göstərən izləyicilərə müraciət edib. Axşam.az xəbər verir ki, aparıcı paylaşımlarını bəyənməyən şəxslərin onu izləmək məcburiyyətində olmadığını bildirib:. "Məni izləmək məcburiyyətində deyilsiniz
10:23 141 Tehran: ABŞ İrana zərbə endirsə, regiondakı enerji obyektləri hədəfə çevrilə bilər
İran Fars körfəzi ölkələrini ABŞ-ın İslam Respublikasına qarşı həyata keçirə biləcəyi hər hansı yeni hücumun regionun mühüm enerji infrastrukturuna yönəlmiş cavab tədbirləri ilə nəticələnəcəyi barədə xəbərdar edib. xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Agentliyin mənbəsinə istinadə
10:44 117 Bu gün çimərliyə getmək istəyənlər əvvəlcə bunu oxusun
Küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edilib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə ediləcəyini nəzərə alaraq, Fövqəladə Hallar Nazirliy
12:28 0 Nicatın axtarışları davam edir - Video
Xəbər verdiyimiz kimi, ötən gün 14 yaşlı Nicat Şərifzadə Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batıb. BİG.AZ xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcml
05.08.2026 288 Sabah internet birdəfəlik kəsilsə, həyatımız necə dəyişər? - ARAŞDIRMA
Bir səhər gözünüzü açırsınız. Adət etdiyiniz kimi, əliniz telefona gedir. Ekranı yandırırsınız, amma heç nə açılmır. WhatsApp işləmir, Instagram yenilənmir, bank tətbiqi cavab vermir, xəbər saytları açılmır. "Yəqin internet zəifdir", - deyib modemi söndürüb-yandırırsınız. Bir neçə dəqiqə sonr
05.08.2026 244 ABŞ-Ukrayna kəşfiyyat əməkdaşlığında yeni mərhələ
ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi sürətlənib və əvvəlki yüksək səviyyəsinə qayıdıb. xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, uzun illər Ukrayna məsələləri ilə məşğul olan ekspertlər ABŞ və Ukrayna arasında kəşfiyyat sahəsində əməkdaşlığı
10:23 123