Bəhruz Quliyev: "Avropanın miqrasiya siyasətində yol verdiyi səhvlər bu gün ciddi sosial və siyasi böhran yaradır"
"Son illərdə Avropa ölkələrində miqrantlara qarşı etiraz aksiyalarının artması təsadüfi hadisə deyil. Bu, illərlə aparılmış yanlış miqrasiya siyasətinin, nəzarətsiz miqrant axınının və inteqrasiya problemlərinin nəticəsidir. Bu gün Avropanın bir çox şəhərlərində insanların narazılığı artıq açıq şəkildə küçələrə çıxır və hökumətlər bu məsələyə əvvəlki kimi yanaşa bilmirlər.
Müxtəlif Avropa dövlətlərində qanunsuz miqrasiya ilə mübarizə məqsədilə qanunvericilik sərtləşdirilir, deportasiya prosedurları sadələşdirilir, bəzi ölkələrdə isə miqrantların könüllü şəkildə ölkəni tərk etməsi üçün maliyyə təşviqləri tətbiq olunur. Bu addımlar problemin miqyasının nə qədər böyüdüyünü göstərir." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, Avropa uzun illər ərzində humanitar prinsiplərlə təhlükəsizlik, iqtisadi və sosial maraqlar arasında düzgün balans qura bilmədi. Nəticədə bəzi ölkələrdə sosial təminat sisteminə əlavə yük yarandı, mənzil böhranı dərinləşdi, əmək bazarında rəqabət artdı və cəmiyyət daxilində narazılıq gücləndi. Xüsusilə iqtisadi çətinliklərin artdığı dövrlərdə yerli əhali miqrasiya məsələsinə daha həssas yanaşmağa başlayır.
Bu gün Avropanın qarşısında duran əsas sual miqrantlara qarşı münasibətin sərtləşdirilməsi deyil, miqrasiya prosesinin effektiv idarə edilməsidir. Problemin həlli yalnız sərhədlərin bağlanması ilə mümkün deyil. Miqrant axınının əsas səbəbləri olan müharibələr, siyasi qeyri-sabitlik, yoxsulluq və sosial ədalətsizlik aradan qaldırılmadıqca yeni miqrasiya dalğalarının qarşısını tam almaq mümkün olmayacaq.
"Hesab edirəm ki, Avropa İttifaqı həm xarici sərhədlərə nəzarəti gücləndirməli, həm də gələn şəxslərin inteqrasiyasını daha effektiv təşkil etməlidir. Eyni zamanda, miqrantların gəldiyi regionlarda iqtisadi inkişaf proqramlarının həyata keçirilməsi, yeni iş yerlərinin yaradılması və sabitliyin təmin olunması uzunmüddətli həll yollarından biri hesab olunur.
Aydındır ki, Avropa bu problemi həll etmək iqtidarındadır. Lakin bunun üçün populist şüarlardan deyil, kompleks və balanslaşdırılmış siyasətdən istifadə olunmalıdır. Əks halda miqrasiya mövzusu yaxın illərdə də Avropa siyasətinin, seçkilərinin və ictimai həyatının ən mübahisəli məsələlərindən biri olaraq qalacaq." - deyə, B.Quliyev əlavə edib.
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 575 Tarix: 11 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUlu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
01.10.2026 199 Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi
Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində
01.10.2026 250 "TikTok" Azərbaycanda vergi uçotuna alındı
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"
01.10.2026 191 Qadın həkimin səhvindən ayaqlarını itirdi
ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy
01.10.2026 129 Sabah bu ərazilərdə su olmayacaq
Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır
01.10.2026 267 Qlobal enerji böhranının yaranmasının səbəbi açıqlanıb
Hazırkı enerji böhranı birbaşa müharibələrlə deyil, enerji təhlükəsizliyi məsələlərinə kifayət qədər diqqət yetirilməməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bunu "Naval Postgraduate School"un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Bakıda keçirilə
01.10.2026 1 "Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq
01.10.2026 174 200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU
ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al
01.10.2026 147 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
01.10.2026 279