Süd Yolu qalaktikası ilə bağlı YENİ FƏRZİYYƏ

Süd Yolu qalaktikası ilə bağlı YENİ FƏRZİYYƏHamburq Universitetinin tədqiqatçıları ehtimal edirlər ki, Süd Yolu qalaktikasının "çatışmayan" adi maddəsinin böyük bir hissəsi 3I/ATLAS kometinə bənzər ulduzlararası obyektlər şəklində ola bilər. Müəlliflərin hesablamalarına görə, belə obyektlər əvvəllər qaranlıq maddəyə aid edilən kütlənin 13-dən 45%-ə qədərini izah edə bilər.

BiG.AZ xəbər verir ki, araşdırmanın ilkin mətni "arXiv" serverində dərc olunub.

2026-cı ilə qədər astronomlar cəmi üç ulduzlararası obyekt qeydə ala biliblər: 1I/Oumuamua, 2I/Borisov və onların arasında ən böyüyü olan, radiusu 0,16 ilə 2,8 km arasında dəyişən 3I/ATLAS. 3I/ATLAS-ın yaşı Günəş sisteminin yaşından iki dəfə çox - 11 milyard il qiymətləndirilir ki, bu da onu erkən Kainatın relikti edir.

Hamburqlu astrofiziklər hesablayıblar ki, əgər bütün Süd Yolunda ulduzlararası obyektlərin sıxlığı Günəşin ətrafındakı kimidirsə, bu populyasiyanın ümumi kütləsi ənənəvi olaraq qaranlıq maddəyə aid edilən göstəricilərlə müqayisə oluna bilər. Metodoloji cəhətdən əsas zəiflik üç müşahidə əsasında ekstrapolyasiya aparılmasıdır, lakin hesablamaların riyazi tərəfi düzgündür.

Əgər bu fərziyyə doğrudursa, Süd Yolu ulduz sistemləri arasında hərəkət edən trilyonlarla kometabənzər cismi ehtiva edir. Vera Rubin teleskopu hər il onlarla belə obyekti aşkar etməli və fərziyyəni yoxlamaq üçün statistik məlumat verməlidir. Bir sıra astrokimyaçılar həmçinin qeyd edirlər ki, belə cismlər planet sistemləri arasında üzvi molekulların daşıyıcısı ola bilər ki, bu da həyatın ayrı-ayrı sistemlərdə yaranmasının unikallığını azaldır.(Publika.az)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 624   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

01.10.2026 199
.

Qarabağ Universitetində işləyə bilmək üçün bunu etdi

Müğənni Eldəniz Məmmədov magistraturaya qəbul olub. Axşam.az xəbər verir ki, ifaçı bu barədə "Qonacanlı" verilişində açıqlama verib. O, təhsilini xarici ölkədə davam etdirəcəyini bildirib:. "Hazırda təhsil alıram. Magistraturaya qəbul olmuşam. Amma burada yox, xarici ölkələrdən birində

01.10.2026 250
.

"TikTok" Azərbaycanda vergi uçotuna alındı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilib ki, yeni qeydiyyata alınan şirkətlər İsveçin "Spotify AB"

01.10.2026 191
.

Qadın həkimin səhvindən ayaqlarını itirdi

ABŞ-da əməliyyat zamanı qadının sağlam ayağı amputasiya olunub. xarici mediaya istinadla bildirir ki, Ohayo ştatının sakini zərərçəkən Şeron Ceks bundan sonra xəstəxana rəhbərliyinə qarşı böyük məbləğli iddia qaldırıb. Qadının onkoloji diaqnoz səbəbindən sağ ayağının dizdən aşağı hissəsinin amputasiy

01.10.2026 129
.

Sabah bu ərazilərdə su olmayacaq

Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır

01.10.2026 267
.

Qlobal enerji böhranının yaranmasının səbəbi açıqlanıb

Hazırkı enerji böhranı birbaşa müharibələrlə deyil, enerji təhlükəsizliyi məsələlərinə kifayət qədər diqqət yetirilməməsi ilə bağlıdır. "Report" xəbər verir ki, bunu "Naval Postgraduate School"un (ABŞ) professoru, Amerika Siyasi Elmlər Assosiasiyasının üzvü Brenda Şaffer Bakıda keçirilə

01.10.2026 1
.

"Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"

Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq

01.10.2026 174
.

200 ilin ilk qadın edamı son anda LƏĞV OLUNDU

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 50 yaşlı Krista Geyl Paykın edamını son anda dayandırıb. xarici KİV-ə istinadla bildirir ki, ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi edamın dayandırılması barədə qərarı iki səsə qarşı bir səslə qəbul edib. Tennessi prokurorluğu dərhal ABŞ Al

01.10.2026 147
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

01.10.2026 279
.