"3 ilə kitab yox olacaq" fikri nə dərəcədə doğrudur?
"Bəzi rəhbər şəxslər cəmiyyətin diqqətini müəyyən sahələrə yönəltmək, ictimai müzakirələr yaratmaq və ya təhsil sistemindəki durğunluğu əsas gətirərək islahatlara zəmin hazırlamaq məqsədilə qəsdən rezonans doğuran, hətta absurd görünən bəyanatlar səsləndirirlər. Bu yanaşma bəzən "şok terapiyası" adlandırılır. "Onsuz da 3 ilə hər şey yox olacaq" kimi fikirlər də mövcud institutları daha sürətli işləməyə, yenilənməyə və rəqəmsallaşmağa sövq etmək cəhdi kimi qiymətləndirilə bilər. Lakin seçilən üslub və ifadə tərzi o qədər uğursuz olur ki, nəticədə fayda vermək əvəzinə cəmiyyətdə narazılıq və qıcıq yaradır".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, hazırda dünyada süni intellekt texnologiyaları ilə bağlı böyük maraq və müəyyən mənada eyforiya hökm sürür. Bəzi insanlar bu texnologiyanın imkanlarını həddindən artıq şişirdərək yaxın gələcəkdə insan faktoruna ümumiyyətlə ehtiyac qalmayacağını düşünürlər. Halbuki tarix göstərir ki, yeni texnologiyalar köhnələri tamamilə aradan qaldırmır, onları transformasiya edir. Vaxtilə radionun meydana çıxması ilə teatrın, televiziyanın inkişafı ilə isə kinonun yox olacağı iddia edilirdi. Lakin nə teatr, nə də kino tarix səhnəsindən silinmədi, sadəcə yeni şəraitə uyğunlaşdı. Bu baxımdan, nazirin fikri də rəqəmsal dövrün yaratdığı ifrat gözləntilərin təzahürü kimi görünür:
"Müasir idarəçilərin əksəriyyəti iqtisadiyyat, riyaziyyat və ya texnologiya yönümlü təhsil aldıqları üçün hadisələrə daha çox səmərəlilik, statistika və xərc-fayda prizmasından yanaşırlar. Bu baxış çərçivəsində Dilçilik İnstitutu və ya kitab kimi anlayışlar bəzən birbaşa iqtisadi gəlir gətirməyən, büdcə vəsaiti tələb edən sahələr kimi qiymətləndirilə bilər. Halbuki dil və kitab yalnız informasiya daşıyıcısı deyil, həm də milli kimliyin, mədəni yaddaşın və düşüncə sisteminin əsas sütunlarıdır. Onların cəmiyyətin mənəvi inkişafındakı rolunu yalnız iqtisadi göstəricilərlə ölçmək mümkün deyil. Bu yanaşma daha çox humanitar düşüncənin və milli-mədəni baxışın zəifliyindən qaynaqlanır.
Nazirin səsləndirdiyi fikir, əslində, rəqəmsal transformasiyaya çağırış xarakteri daşıyan bir hiperbola, yəni mübaliğə kimi qəbul oluna bilər. Məqsəd təhsil sisteminin və gənclərin köhnə, statik metodlardan uzaqlaşaraq yeni texnologiyaları mənimsəməsinə stimul verməkdir. Lakin bu çağırışın humanitar elmlərin, milli institutların və kitabın cəmiyyət üçün fundamental əhəmiyyətini kölgədə qoyacaq formada təqdim edilməsi ictimaiyyətdə haqlı olaraq narahatlıq yaradır və texnokratik yanaşma təsiri bağışlayır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 528 Tarix: 11 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMəktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr
01.10.2026 6 ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"
ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər
01.10.2026 202 Röya, Natavan və Elnur bir arada - Foto
Uzun illər küsülü olmaları ilə gündəmə gələn Xalq artisti Röya Ayxan, müğənnilər Natavan Həbibi və Elnur Məmmədov bir araya gəliblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə müğənni Elnur Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Fotolarda sənətçilərin səmimi görüntüləri və rəqs etdiy
01.10.2026 325 Siyavuş Novruzovun əsgərlik təklifinə etiraz etdi: "Düzgün saymıram"
"Azərbaycan öz ərazi bütövlüyünü təmin etdiyindən ordu quruculuğu sahəsində işlərinin aparılması, onun taktiki və strateji hərəkətləri, yeni qoşun növlərinin yaradılması, bunların təminatı, təchizatı yeni baxışlar tələb edir". Bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, parlamentd
01.10.2026 597 Bu qidalar sizi depressiyaya sala bilər
Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk
01.10.2026 283 Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar
"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə
01.10.2026 186 Mağazaya süd almağa getdi, milyonçu oldu
Avstraliyanın Pert şəhərində yaşlı kişi süd almaq üçün mağazaya gedərkən təsadüfən lotereya bileti də alıb və bu qərar ona 1,25 milyon dollar qazandırıb. xarici mediaya istinadla bildirir ki, təqaüdçü Qərbi Avstraliya ştatında "Saturday Lotto" tirajının yeganə qalibi olub. Ümumilikdə 6 milyo
01.10.2026 171 Dünyanın ən dəqiq saatı yaradıldı
Sinqapur Milli Universitetinin Kvant Texnologiyaları Mərkəzinin alimləri lütetium elementindən istifadə etməklə dünyanın ən dəqiq atom saatlarından birini hazırlayıblar. "Qafqazinfo" xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, saatın keçid tezliyi 19 onluq yer
01.10.2026 1 Beyin həyat boyu iki dəfə dəyişir - 24 və 60 yaşda
İnsan beyni həyat boyu eyni sürətlə dəyişmir. Genişmiqyaslı araşdırma göstərib ki, təxminən 24 yaşda beyində nisbətən sabit dövr başlayır, 60 yaşdan sonra isə hüceyrələr səviyyəsində yeni və geniş dəyişikliklər baş verir. xarici mediaya istinadən xəbər verir ki, alimlər insan beyninin həyat ərzində ik
01.10.2026 150