Sosial mühəndislik: Dələduzların görünməyən tələsi

Sosial mühəndislik: Dələduzların görünməyən tələsi"Onlayn oğurluq hallarının artmasının əsas səbəbi yalnız qanunvericilik və ya cərimələrin səviyyəsi ilə bağlı deyil. Cərimələrin sərtləşdirilməsi vacib addım olsa da, kiberdələduzluq əksər hallarda texniki sistemlərin sındırılması ilə deyil, insan faktorundan istifadə edilməklə həyata keçirilir. Yəni burada hədəf kompüter sistemləri deyil, insanların özləridir".

Bunu BiG.AZ-a açıqlamasında İKT mütəxəssisi Elvin Həsənov bildirib.

O, qeyd edib ki, son illərdə rəqəmsal xidmətlərin və onlayn ödənişlərin sürətlə yayılması da bu halların artmasına səbəb olub. İnsanlar mobil bank tətbiqlərindən, onlayn alış-veriş platformalarından və sosial şəbəkələrdən daha intensiv istifadə edirlər. Bu isə dələduzlar üçün daha geniş hədəf auditoriyası yaradır. Onlar fişinq mesajları, saxta kampaniyalar, yüksək gəlir vəd edən investisiya təklifləri və ya bank adından göndərilən saxta keçidlər vasitəsilə vətəndaşları şəxsi məlumatlarını paylaşmağa sövq edirlər:

"Kiberdələduzluğun geniş yayılmasının əsas səbəblərindən biri də sosial mühəndislik üsullarından istifadə edilməsidir. Dələduzlar texniki maneələri aşmaq əvəzinə insan psixologiyasına təsir göstərməyə çalışırlar. Məsələn, "kartınız bloklanacaq", "hesabınıza vəsait köçürülüb" və ya "kampaniyanın qalibi olmusunuz" kimi mesajlarla insanlarda təcili reaksiya yaratmağa çalışırlar. İnsan panika, həyəcan və ya maraq hissi keçirdiyi zaman təhlükəsizlik qaydalarını unutmağa daha meyilli olur.

Bəzi hallarda vətəndaşlar bank kartı məlumatlarının nə qədər həssas olduğunu tam dərk etmirlər. Kartın arxa hissəsində yerləşən CVV kodu və telefona göndərilən SMS təsdiq kodu faktiki olaraq hesabın təhlükəsizlik açarı hesab olunur. Bu məlumatların üçüncü şəxslərlə paylaşılması dələduzların maliyyə əməliyyatları həyata keçirməsini xeyli asanlaşdırır.

Bu cür halların qarşısının alınmasında ən vacib amil maarifləndirmədir. İnsanlar bilməlidirlər ki, bank əməkdaşları telefon vasitəsilə kart məlumatlarını, PIN kodu və ya SMS təsdiq kodunu tələb etmirlər. Eyni zamanda, şübhəli keçidlərə daxil olmamaq, tanımadıqları şəxslərlə maliyyə məlumatlarını paylaşmamaq və hər hansı mesaj və ya zəng aldıqda tələsik qərar verməmək vacib təhlükəsizlik qaydaları hesab olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 547   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

01.10.2026 199
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr

01.10.2026 6
.

Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır

01.10.2026 120
.

Azərbaycan "Avroviziya 2027"də iştirakını təsdiqlədi

Azərbaycan Bolqarıstanın Burqas şəhərində "Avroviziya 2027" musiqi yarışında iştirak edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib. Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məluma

01.10.2026 67
.

Zaqatalada zəlzələ oldu

Zaqalatada zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 14:51-də qeydə alınan zəlzələnin maqnitudası 4,1 olub. Yeraltı təkanın ocağı 5 kilometr dərinlikdə yerləşib. Qeyd olunub ki, zəlzələ his

01.10.2026 192
.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

01.10.2026 1
.

Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı

Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş

01.10.2026 148
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

01.10.2026 279
.

"Tanınmışlar məndən sonra süni presslər qoydurdular"

Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini

01.10.2026 263
.