"Polis məni neçə saat saxlaya bilər?" - Qanunvericilikdə nəzərdə tutulan müddətlər.
"İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulma müddəti, bir qayda olaraq, üç saatdan artıq ola bilməz. Lakin qanunvericilikdə bu qaydadan müəyyən istisnalar nəzərdə tutulub".
Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, sərhəd rejiminin, sərhədboyu zolaq rejiminin və ya dövlət sərhədinin buraxılış məntəqələrində müəyyən edilmiş qaydaların pozulması, avaralıqla məşğul olma, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda qanunsuz qalması, eləcə də ölkədə olma qaydalarının pozulması hallarında şəxs törətdiyi xətanın hallarının və şəxsiyyətinin müəyyən edilməsi məqsədilə 24 saatadək inzibati qaydada tutula bilər:
"Bundan əlavə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədən inzibati qaydada çıxarılmaları barədə qərarın icrasından boyun qaçırdıqda və ya belə bir ehtimal üçün kifayət qədər əsaslar olduqda, onların inzibati qaydada tutulma müddəti 24 saatadək, şəxsiyyəti təsdiq edən sənədlər olmadıqda isə məhkəmənin qərarı ilə üç günədək uzadıla bilər.
Fövqəladə və ya hərbi vəziyyət elan edilmiş ərazilərdə komendant saatı rejiminin pozulması da inzibati tutulma üçün əsas yaradır. Bu halda xüsusi icazə olmadan küçədə və ya digər ictimai yerlərdə olan şəxslər komendant saatı başa çatanadək, şəxsiyyətini təsdiq edən sənədi olmayan şəxslər isə şəxsiyyətləri müəyyən edilənədək saxlanıla bilərlər.
Həmçinin dini ekstremizmə qarşı aparılan xüsusi əməliyyat zonalarında şəxsiyyətini təsdiq edən sənədi olmayan şəxslər şəxsiyyətləri müəyyən edilənədək, əməliyyatı həyata keçirən şəxslərin qanuni tələblərinə maneçilik törədənlər isə 48 saatadək inzibati qaydada tutula bilərlər.
Barəsində inzibati həbs tənbehi nəzərdə tutulan inzibati xəta üzrə icraat aparılan şəxslər 24 saatadək, İnzibati Xətalar Məcəlləsinin müəyyən maddələrində göstərilən hallarda isə 48 saatadək inzibati qaydada tutula bilərlər. Bu müddət işin mürəkkəbliyi, xəta törədən şəxslərin sayının çoxluğu və ya şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasının müəyyənləşdirilməsi ilə əlaqədar tibbi müayinəyə göndərilməsi hallarında tətbiq olunur.
Cinayət təqibi çərçivəsində tutulmuş şəxsin saxlanılma müddəti isə fərqlidir. Belə şəxslər cinayət prosesini həyata keçirən orqan tərəfindən maksimum 48 saat müddətində saxlanıla bilər. Bu müddət ərzində şəxsə ittiham elan edilməli, həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı prokurorun təqdimatı olduqda isə o, məhkəmə qarşısına çıxarılmalıdır. Məhkəmə təxirə salınmadan məsələyə baxmalı və şəxsin həbs olunması və ya azadlığa buraxılması barədə qərar qəbul etməlidir.
Lakin bəzi ağır və xüsusilə ağır cinayətlərlə bağlı işlərdə şübhəli və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu, işin xüsusi mürəkkəbliyi və ya toplanmış materialların həcminin böyük olması bu prosedurların 48 saat ərzində tamamlanmasına mane olduqda, həmin müddət məhkəmənin qərarı ilə əlavə olaraq 48 saatadək uzadıla bilər. Bu qərar müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatı əsasında qəbul edilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 911 Tarix: 11 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUlu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı
"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil
01.10.2026 199 Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır
Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr
01.10.2026 6 Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır
01.10.2026 120 Azərbaycan "Avroviziya 2027"də iştirakını təsdiqlədi
Azərbaycan Bolqarıstanın Burqas şəhərində "Avroviziya 2027" musiqi yarışında iştirak edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib. Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məluma
01.10.2026 67 Zaqatalada zəlzələ oldu
Zaqalatada zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 14:51-də qeydə alınan zəlzələnin maqnitudası 4,1 olub. Yeraltı təkanın ocağı 5 kilometr dərinlikdə yerləşib. Qeyd olunub ki, zəlzələ his
01.10.2026 192 Süni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
01.10.2026 1 Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı
Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş
01.10.2026 148 Tarixi qələbələrin başlanğıc günü
"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs
01.10.2026 279 "Tanınmışlar məndən sonra süni presslər qoydurdular"
Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini
01.10.2026 263