46,5 °C hərarətlə sağ qaldı: həkimlər buna inanmadı

46,5 °C hərarətlə sağ qaldı: həkimlər buna inanmadıBir çox insan bilir ki, bədən hərarətinin 42 dərəcəyə çatması həyati təhlükə yaradır. Tibbdə hesab olunur ki, bu həddən sonra beyin və orqanizmdə geri dönməz proseslər başlaya bilər. Lakin 1980-ci ildə baş vermiş bir hadisə bu anlayışı dəyişdirdi. ABŞ-də yaşayan 52 yaşlı Villi Cons xəstəxanaya 46,5 °C bədən temperaturu ilə gətirildi və inanılmaz olsa da, sağ qalmağı bacardı. Bu hadisə bu günə qədər tibbin ən sirli rekordlarından biri hesab olunur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Villi Cons isti yay günündə ağır istilik vurmasına məruz qalıb. Havanın temperaturu təxminən +40 °C, rütubət isə demək olar ki, 100 faiz olub. Həkimlər onun vəziyyətini qiymətləndirərkən bədən temperaturunu rektal üsulla ölçüblər və nəticə 46,5 °C göstərib.

Bu göstərici tibbi baxımdan demək olar ki, ölüm hökmü sayılır. Mütəxəssislər hesab ediblər ki, belə yüksək temperaturda beynin və daxili orqanların ciddi zədələnməsi qaçılmazdır. Həkimlərin çoxu xəstənin yaşamaq şansının olmadığını düşünüb. Lakin gözlənilməz hadisə baş verib: Villi Cons 24 günlük müalicədən sonra xəstəxanadan minimal beyin zədəsi ilə evə buraxılıb.

O niyə sağ qalıb?

Bu hadisənin dəqiq izahı hələ də yoxdur. Lakin alimlərin irəli sürdüyü nəzəriyyələrdən biri onun uzun müddət alkoqol asılılığından əziyyət çəkməsi ilə bağlıdır. Güman edilir ki, orqanizmin temperatur tənzimləmə sistemi artıq pozulduğu üçün bədən bu ekstremal istiliyə qeyri-adi reaksiya verib. Nəzəriyyəyə görə, normal şəraitdə orqanizm yüksək temperatur zamanı ciddi müdafiə reaksiyaları başladır, lakin bu mexanizmlər pozulduqda bədən müəyyən mənada yüksək temperaturu "normal" qəbul edə bilər. Bunun nəticəsində ölümcül zülal dağılması və hüceyrə zədələnməsi bəzi hallarda fərqli şəkildə inkişaf edə bilər. Bununla belə, bu sadəcə ehtimaldır və elmi cəhətdən tam sübut olunmayıb.

Adətən təhlükəli hədd neçə dərəcədir?

Tibb mütəxəssislərinə görə, bədən temperaturu 42 °C-yə çatdıqda beyindəki zülalların strukturunda dəyişikliklər başlaya bilər. Bu proses "denaturasiya" adlanır və sinir hüceyrələrinin fəaliyyətini ciddi şəkildə poza bilər.

Temperatur 43 °C-dən yuxarı qalxdıqda isə ölüm riski son dərəcə yüksəlir və əksər hallarda insan həyatda qala bilmir. İstisna hallara əsasən, kiçik yaşlı uşaqlarda bədən temperaturunun tənzimlənməsi sistemi tam inkişaf etmədiyi üçün daha yüksək göstəricilərlə sağ qalma halları qeydə alınıb. Buna baxmayaraq, 46,5 °C hələ də tibbi anomaliya hesab olunur.

Yüksək hərarətlə bağlı ən çox verilən suallar

Quduz heyvan dişlədikdən sonra temperatur 44 °C-yə qalxa bilərmi?

Mütəxəssislər bildirirlər ki, quduzluq xəstəliyi yüksək hərarət yaratsa da, temperatur adətən 41 °C-dən yuxarı qalxmır. 44 °C səviyyəsində hipertermiya isə olduqca nadir və əksər hallarda ölümcül hesab olunur.

Uşaqda qeydə alınan ən yüksək temperatur neçə olub?

ABŞ-də bir yaşlı oğlan uşağında 43,8 °C hərarət qeydə alındığı bildirilir. Hadisənin 2016-cı ildə baş verdiyi və səbəbin virus infeksiyası olduğu qeyd edilir. Uşaq müalicədən sonra sağ qalıb.

Qeyd etmək lazımdır ki, yüksək temperatur həmişə təcili tibbi yardım tələb edən vəziyyət hesab olunur. Xüsusilə hərarət uzun müddət düşmürsə, şüur bulanıqlığı, nəfəsalma çətinliyi və ya qıcolma müşahidə edilirsə, dərhal həkimə müraciət etmək vacibdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 727   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

01.10.2026 199
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr

01.10.2026 6
.

Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır

01.10.2026 120
.

Azərbaycan "Avroviziya 2027"də iştirakını təsdiqlədi

Azərbaycan Bolqarıstanın Burqas şəhərində "Avroviziya 2027" musiqi yarışında iştirak edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib. Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məluma

01.10.2026 67
.

Zaqatalada zəlzələ oldu

Zaqalatada zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 14:51-də qeydə alınan zəlzələnin maqnitudası 4,1 olub. Yeraltı təkanın ocağı 5 kilometr dərinlikdə yerləşib. Qeyd olunub ki, zəlzələ his

01.10.2026 192
.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

01.10.2026 1
.

Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı

Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş

01.10.2026 148
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

01.10.2026 279
.

"Tanınmışlar məndən sonra süni presslər qoydurdular"

Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini

01.10.2026 263
.