Keçmiş köçkünü "Prior Leasing" MMC aldadıb

Keçmiş köçkünü "Prior Leasing" MMC aldadıbKəlbəcər rayon sakini Elnur Babayev Bərdədə qarşılaşdığı vəziyyətlə bağlı şikayət məktubu ünvanlayıb.

Şikayəti olduğu kimi təqdim edirik:

- Mən, Kəlbəcər rayon sakini Elnur Babayev, hazırda Bərdə rayonunda məskunlaşmışam və başıma gələn hadisə ilə bağlı aidiyyəti dövlət qurumlarına, hüquq-mühafizə orqanlarına və ictimaiyyətə müraciət edirəm. Mən hesab edirəm ki, "Prior Leasing" MMC tərəfindən hüquqlarım kobud şəkildə pozulub və etimadımdan sui-istifadə olunub.

Belə ki, 13 fevral 2024-cü il tarixində "Prior Leasing" MMC-nin Bərdə rayonunda yerləşən satış mərkəzindən lizinq yolu ilə ümumi dəyəri 95 min 790 manat olan "LOVOL TR504" markalı traktor almışam. Kənd təsərrüfatı texnikalarının alınmasına dövlət tərəfindən ayrılan subsidiya da nəzərə alınmaqla ümumilikdə 66 min 404 manat 20 qəpik məbləğində vəsait ödəmişəm.

Mən texnikadan müəyyən müddət istifadə etmişəm. Sonradan yaşayış yerim olan Bərdə rayonuna qayıtmışam. Həmin dövrdə "Prior Leasing" MMC-nin Bərdə satış mərkəzinin müdiri Elçin Kərimli ilə görüşmüşəm. O, mənə bildirib ki, əgər traktoru satış mərkəzinə qaytarsam, 7-10 gün ərzində onu başqa müştəriyə sata bilər. Mənə izah etdi ki, bu halda cəmi 3-4 min manat ziyana düşəcəyəm. Hətta dağlıq ərazilər üçün daha münasib olan başqa bir traktorla əvəzlənməsinin mümkün olduğunu da dedi.

Mən də şirkət nümayəndəsinə inanaraq onun dediklərinə etibar etdim. 12 iyun 2025-ci il tarixində zaminim Yaşar Quliyev və traktorun sürücüsü Bəxtiyar Abdullayevin iştirakı ilə texnikanı "Prior Leasing" MMC-nin Bərdə rayonundakı satış mərkəzinə apardım. Traktorun daşınması üçün tələb olunan 145 manat məbləğində xərc Elçin Kərimlinin şəxsi bank kartına köçürüldü. Daha sonra texnikanı şəxsən ona təhvil verdim.

Traktor təhvil verildikdən sonra müəyyən müddət gözlədim. Təxminən iki həftə keçdikdən sonra Elçin Kərimli ilə əlaqə saxlamağa çalışsam da, telefon zənglərim cavabsız qaldı. Dəfələrlə zəng etsəm də, mənimlə danışmaqdan yayındı. Sonradan onunla əlaqə yarada bildim. O zaman mənə bildirdi ki, traktordan tamamilə imtina etməli və cəmi 5-6 min manat məbləğində kompensasiya ilə razılaşmalıyam.

Bu təklif məni ciddi şəkildə təəccübləndirdi. Çünki mən texnikanı ona etibar əsasında təhvil vermişdim və bu zaman heç bir borcum yox idi. Lizinq ödənişlərimi həmişə vaxtında etmişəm. Heç bir gecikmə və ya öhdəlik pozuntusuna yol verməmişəm. Sadəcə olaraq şirkətin nümayəndəsinin sözünə inanaraq texnikanı ona təhvil vermişəm.

Daha sonra məlum oldu ki, Elçin Kərimli öz vəzifə və müqavilə səlahiyyətlərindən sui-istifadə edərək həmin traktoru 3 noyabr 2025-ci il tarixində əldə edib. Mənim etimadımdan istifadə olunub və nəticədə mən külli miqdarda ziyana məruz qalmışam.

Bununla da problemlər bitmədi. Qarşı tərəf məni məhkəməyə verdi. Bakı Kommersiya Məhkəməsində mənə qarşı əvəzləşmə ilə bağlı qərar çıxarıldı. Birinci məhkəmə prosesində mənə qarşı 5700, ikincidə 2700 manat məbləğində yeni iddia qaldırıldı. Üçüncü məhkəmə prosesində şirkət nümayəndəsi bildirdi ki, onlara heç bir borcum yoxdur. Yəni özləri də bilmirdilər nə etsinlər.

Sonradan məlum oldu ki, mən traktoru təhvil verdiyim tarixdən sonra belə, adıma əlavə borclar hesablanıb. Halbuki texnika artıq mənim istifadəmdə olmayıb. Bu isə mənim hüquqlarımın açıq şəkildə pozulması deməkdir.

Baş verənlərlə bağlı kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədovun qəbulunda olmuşam və ona bütün faktları təqdim etmişəm. Eyni zamanda hüquqlarımın bərpası məqsədilə Bakı Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişəm. Təəssüf ki, məhkəmə qərarı mənim gözləntilərimi doğrultmayıb və məni aldadan şəxsin xeyrinə qərar qəbul olunub.

Mən hesab edirəm ki, burada vəzifə səlahiyyətlərindən sui-istifadə, etimaddan sui-istifadə etməklə əmlaka sahib olma, vətəndaşa maddi ziyan vurulması və digər hüquqi qiymət verilməli olan hallar mövcuddur. Bu məsələnin hüquq-mühafizə orqanları tərəfindən ciddi araşdırılmasına ehtiyac var.

Çox xahiiş edirəm, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, eləcə də digər aidiyyəti qurumların məsələyə müdaxilə etsinlər. Burada söhbət təkcə mənim hüquqlarımın pozulmasından getmir. Bu fakt sahibkarların və kənd təsərrüfatı ilə məşğul olan insanların etimadının sarsıdılmasını göstərir.

Vətəndaş lizinq şirkətlərinə və onların nümayəndələrinə etibar etdikləri halda belə vəziyyətlərlə üzləşirlərsə, bu, ciddi narahatlıq doğurmalıdır. Çünki kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən insanlar dövlətin dəstəyi ilə aldıqları texnikaları böyük ümidlərlə istifadə edirlər. Həmin insanların aldanması isə onların iqtisadi vəziyyətinə ağır təsir göstərir.

Mən aidiyyəti dövlət qurumlarından xahiş edirəm ki, hadisədə iştirak edən şəxslərin əməlləri araşdırılsın. Mənə vurulan maddi və mənəvi ziyanın ödənilməsi təmin olunsun. Həmçinin gələcəkdə digər sahibkarların və vətəndaşların da bu cür hallarla üzləşməsinin qarşısının alınması üçün zəruri tədbirlər görülsün.

Azərbaycan hüquqi dövlətdir və vətəndaşın mülkiyyət hüququ, qanuni mənafeləri qorunmalıdır.

Ümid edirəm ki, məsələ obyektiv şəkildə araşdırılacaq, günahkar şəxslər məsuliyyətə cəlb ediləcək və mənim pozulmuş hüquqlarım bərpa olunacaq.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 560   Tarix: 11 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

01.10.2026 199
.

Məktəbdə şagirdin gözünə kimyəvi məhlul düşdü - Araşdırılır

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb. BİG.AZ -a istinadən xəbər verir ki, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib. Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonr

01.10.2026 6
.

Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

Aylıq gəlirinizdən müəyyən məbləği kənara qoyursunuz. Bir müddət sonra yığımınız formalaşır. Pulunuzu xərcləmək istəmirsiniz, amma onu sadəcə saxlamaq da sizə kifayət etmir. Bu zaman sizi sadə bir sual düşündürür: "Bəs pulumu necə dəyərləndirim. İnvestisiya haqqında düşünəndə isə suallar artır

01.10.2026 120
.

Azərbaycan "Avroviziya 2027"də iştirakını təsdiqlədi

Azərbaycan Bolqarıstanın Burqas şəhərində "Avroviziya 2027" musiqi yarışında iştirak edəcək. Teleqraf xəbər verir ki, bu barədə "Song festival Azerbaijan" səhifəsində məlumat verilib. Bildirilib ki, tezliklə təmsilçinin seçim prosesi ilə bağlı İctimai televiziya tərəfindən məluma

01.10.2026 67
.

Zaqatalada zəlzələ oldu

Zaqalatada zəlzələ qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yerli vaxtla 14:51-də qeydə alınan zəlzələnin maqnitudası 4,1 olub. Yeraltı təkanın ocağı 5 kilometr dərinlikdə yerləşib. Qeyd olunub ki, zəlzələ his

01.10.2026 192
.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

01.10.2026 1
.

Argentina Dünya çempionatının finalından sonra Messisiz ilk qələbəsini qazandı

Dünən gecə Dünya çempionatının finalçısı Argentina evdə keçirilən yoldaşlıq oyununda Boliviyanı 4-0 hesabı ilə məğlub edib. -ın xarici mediaya istinadən məlumatına görə, ikinci yeri tutan komandada lider Lionel Messi olmayıb. Kordovada keçirilən oyun ev sahibi komandanın açıq-aşkar üstünlüyü ilə baş

01.10.2026 148
.

Tarixi qələbələrin başlanğıc günü

"Hər bir tarixi nəticəni yaradan və formalaşdıran hadisə olur. İstənilən nəticəni zəruriləşdirən bir istinad nöqtəsi var. Bu baxımdan qürur duyduğumuz qüdrətli Azərbaycanın əsası xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də prezident seçilməs

01.10.2026 279
.

"Tanınmışlar məndən sonra süni presslər qoydurdular"

Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini

01.10.2026 263
.