Arıların insan üzünü tanımaq və fərqləndirmək qabiliyyəti aşkarlandı

Arıların insan üzünü tanımaq və fərqləndirmək qabiliyyəti aşkarlandıAlimlər ayrı-ayrı arılara konkret insan üzünün fotoşəklini seçməyi və digər oxşar təsvirlərdən qaçınmağı öyrədiblər.

Oxu.Az xəbər verir ki, bu barədə rambler.ru məlumat yayıb.

Məlumata görə, düzgün seçimə görə həşəratlar bir damcı şəkər siropu, səhvə görə isə acı xinin suyu alırdılar. Mükafatsız keçirilən həlledici testdə arılar hətta onlara tamamilə yeni fotoşəkillər göstərildikdə belə, lazımi üzü 80%-dən yuxarı dəqiqliklə inamla seçməyə davam edirdilər.

Tədqiqatçıların izah etdiyi kimi, arılar üzləri insanlar kimi qavramırlar. Onlar burun və ya gözlər kimi ayrı-ayrı cizgiləri deyil, ümumi konfiqurasiyanı - hissələrin nisbətini tanımağı öyrənirlər. Onlar üçün bu təsvirlər mükafatla assosiasiya olunan "qəribə çiçəklər" mahiyyəti daşıyır.

Simaları xatırladan nöqtə və xətlər vasitəsilə həyata keçirilən ilkin sınaqlar göstərib ki, arıların reaksiyası fərdi elementlərə deyil, bütöv strukturaya yönəlib. Əgər şəkildəki detalların yerləri dəyişdirilirdisə, həşəratlar təsviri fərqləndirə bilmirdilər.

Həmçinin əvvəllər alimlər iddia edirdilər ki, arılar əvvəlcədən onlara bir neçə fərqli görünüş göstərildikdə, mürəkkəb obyektlərin yeni rakurslarını mənimsəməyə qadirdirlər. Onların vizual yaddaşı aralıq bucaqları interpolyasiya etmək üçün kifayət qədər çevik olub.

Araşdırmalar nəticəsində məlum olub ki, arının xırda beyni heyrətamiz səmərəlilik nümayiş etdirir. Təxminən 950 000 neyronla həşəratlar yüksək səviyyədə öyrənmə, kateqorizasiya və mürəkkəb vizual fərqləndirmə qabiliyyəti göstərirlər. Bu, sehr deyil, bioloji optimallaşdırmadır: arılar konkret vəzifələrin həllinə, ilk növbədə, çiçəklərin axtarışına, oriyentasiyaya və qida mənbələrinin yadda saxlanmasına mükəmməl uyğunlaşıblar.

Kəşfin praktiki əhəmiyyəti də var, çünki arılar ən vacib tozlandırıcılardır. Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, dünyanın ən məhsuldar kənd təsərrüfatı bitkilərinin dörddə üçü heç olmasa qismən onlardan asılıdır. Dünya kənd təsərrüfatı məhsullarının 35%-i isə bu və ya digər şəkildə tozlandırıcı həşəratların fəaliyyəti ilə bağlıdır.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 446   Tarix: 14 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.