Ət BAHALAŞIR - Onu mətbəxdə nə əvəzləyə bilər?
"Ümumiyyətlə, əti əvəz edən ikinci bir qida yoxdur. Bu düzgün yanaşma deyil. Qırmızı ət, toyuq, qaraciyər, bir sözlə, hamısının tərkibində müxtəlif vitaminlər var və heç biri digərini əvəzləyə bilməz".
Bunu "Yeni Sabah"a açıqlamasında qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib.
Onun sözlərinə görə, həftədə ən azı 1 dəfə qaraciyər və ya ət yemək lazımdır ki, qan üçün faydalı olan B 12 vitaminini qəbul edə biləsən:
"Xalq olaraq əsas istehlak etdiyimiz məhsullardan biri də quzu ətidir. Düzdür, qiymətlər günü-gündən artır. Lakin biz də hər gün ət yeməsək də, ən azından həftədə 1 dəfə istifadə etməliyik. Normanı aşmaq da düzgün yanaşma deyil.
Əslində bizim hər kiloqramımıza görə 1 qram zülal lazımdırsa, onun 0.5 qramı heyvan mənşəli, 0.5 qramı da bitki mənşəli zülaldır. Heyvan mənşəli qidalar dedikdə də, ağartı məhsulları, yağ, toyuq əti, balıq əti və s. nəzərdə tutulur. Yəni büdcəyə qənaət etsək, həftədə bir dəfə dana-qoyun əti yeyə bilərik. Bu, o demək deyil ki, biz qiymətlərin qalxmasının tərəfdarıyıq, yox. Sadəcə ailə büdcəsini nəzarətdə saxlamaqda fayda var. Həftənin bir günü ət, bir günü toyuq, bir günü dəniz məhsulları, bir günü də tamamilə vegeterianlar kimi ət qəbul etmədən qidalanmaq lazımdır. Çünki ət bir az gec həzmolunan məhsuldur. Mədəyə rahatlıq vermək üçün 1 gün meyvə-tərəvəzlə qidalanmaq zəruridir".
A.Salamov bildirib ki, bu məsələ ilə bağlı kəndliyə dəstək vermək vacibdir:
"Azərbaycanda hazırda Monqolustandan və İtaliyadan gətirilən ətlər satılır. Monqolustanın özündə heyvandarlıq geniş inkişaf edib deyə ölkə xaricinə ət idxalı ilə məşğul olurlar. Prezident İlham Əliyev də bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə bir sıra göstərişlər verdi. Ümid edirəm ki, bizdə də gələcəkdə örüş yerləri yaradılacaq. İqtisadi baxımdan bu, xalqımız üçün çox faydalı olacaq. Bu məsələ ilə bağlı kəndliyə dəstək vermək və şərait yaratmaq vacibdir. Bütün bunlara riayyət olunsa, iqtisadi vəziyyətimizi də dəyişmiş olarıq. Həmçinin ət idxal edən deyil, ixrac edən dövlətə çevrilə bilərik".
BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 425 Tarix: 14 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu köpəkbalığı donuza oxşayır - FOTO
İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə
10.09.2021 1424 Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO
Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric
13.09.2021 490 Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
14.09.2021 1495 İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA
Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü
11.09.2021 2356 Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO
Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır
10.09.2021 1704 56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO
Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy
15.09.2021 2086 Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO
Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd
11.09.2021 1188 Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?
Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar
16.09.2021 817 Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!
16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604
13.09.2021 1018