Qayçı qulpundan birinin digərindən daha kiçik olmasının ƏSL SƏBƏBİ

Qayçı qulpundan birinin digərindən daha kiçik olmasının ƏSL SƏBƏBİEvlərdə tez-tez istifadə etdiyimiz bəzi qayçılara diqqət yetirsəniz, dəstək (tutacaq) hissələrindən birinin digərinə nisbətən daha qısa və kiçik olduğunu görə bilərsiniz. Əslində hər kəsin fərqində olduğu bu vəziyyətin arxasında sadə bir dizayn seçimindən daha fərqli məqamlar dayanır.

Milli.Az xəbər verir ki, gün ərzində mətbəxdə, ofisdə, əl işi görərkən və ya sadə bir bağlamanı açarkən əlimizin ilk uzandığı alətlərdən biri şübhəsiz ki, qayçıdır. Bəs, hər gün dəfələrlə qovradığınız o qayçılara heç diqqətlə baxmısınızmı? Onların dizaynındakı çox bariz bir detal demək olar ki, bütün qayçılarda eynidir: Dəstəklərdən biri kiçik və yumru, digəri isə hər zaman daha geniş və ovaldır.

Bir çoxumuzun fərqinə varmadan qəbul etdiyi, hətta sadəcə vizual bir fərqlilik və ya estetik seçim hesab etdiyi bu kiçik asimmetriya, əslində arxasında dahi bir fizika və insan anatomiyası sirri gizlədir. Budur, sıradan bir məişət alətini qüsursuz erqonomika möcüzəsinə çevirən həmin dizaynın real səbəbi.

Estetik deyil, təmiz mühəndislik məhsuludur
İllərdir davam edən bu klassik qayçı dizaynı tamamilə istifadə rahatlığını maksimuma çatdırmaq və insan əlinin tətbiq edə biləcəyi kəsmə gücünü ən səmərəli səviyyəyə gətirmək üçün hazırlanıb. Yəni qarşımızda gündəlik həyatda işimizi asanlaşdıran ən sadə, lakin ən təsirli mühəndislik və erqonomika nümunələrindən biri dayanır.

Bu dizaynın əsas funksiyaları və anatomik səbəbləri aşağıdakı kimidir:

Böyük dəstəyin sirri (Maksimum güc): Geniş və oval formada hazırlanan böyük dəstək şəhadət, orta və adsız barmaqlarınızın (bəzən əl quruluşuna görə bir neçə barmağın birdən) eyni anda yuvanın içinə yerləşməsinə imkan yaradır. Bu vəziyyət kəsmə prosesi zamanı əlinizin sadəcə tək bir nöqtədən deyil, daha geniş bir səthdən sinxron şəkildə qüvvə tətbiq etməsini təmin edir.

Kiçik dəstəyin sirri (Qüsursuz nəzarət): Daha dar və adətən yumru olan kiçik dəstək isə tamamilə baş barmağınız üçün xüsusi olaraq ölçüləndirilib. Baş barmaq əlin ən güclü və istiqamət təyin edən barmağı olduğu üçün bu dar yuva sayəsində qayçının sağa-sola meyil etməsinin qarşısını alır, kəsim xəttinin tamamilə sizin nəzarətinizdə qalmasına kömək edir.

Sərt materiallarda ling effekti yaradır
Xüsusilə qalın kartonlar, sərt plastik qablaşdırmalar, tekstil parçaları və ya mukavva kimi kəsilməsi çətin olan materiallarla işləyərkən bu asimmetrik dizaynın üstünlüyü daha aydın hiss olunur. Birdən fazla barmağın böyük dəstəyin içinə rahatca girməsi fiziki mənada bir ling dəstəyi formalaşdırır.

Bu dəstək tətbiq etdiyiniz mexaniki kəsmə qüvvəsini qat-qat artırır, uzunmüddətli istifadə zamanı əl əzələlərinizin və barmaq oynaqlarınızın daha az yorulmasına birbaşa kömək edir. Əgər hər iki dəstək də bərabər ölçüdə olsaydı, sərt bir əşyanı kəsərkən barmaqlarınıza düşən yük qeyri-bərabər paylanacaq və çox qısa müddətdə əldə qıcolmalara (qramplara) yol açacaqdı.

Gələn dəfə əlinizə qayçı alanda barmaqlarınızı bilərəkdən tərs yerləşdirməyi yoxlayın (baş barmağı böyük yerə, digər barmaqları isə kiçik yerə). Gücünüzün necə yarıbayarı düşdüyünü və qayçını idarə etməyin nə qədər çətinləşdiyini öz gözlərinizlə görəcəksiniz.


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 387   Tarix: 13 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.