Vens: İrana bir sent də verməyəcəyik
ABŞ-ın vitse-prezidenti Cey Di Vens ABŞ və İran arasında mümkün razılaşmanın yalnız iki ölkə ilə məhdudlaşmayacağını, regiondakı bir sıra dövlətləri də əhatə edəcəyini bildirib.
Modern.az xəbər verir ki, bu barədə o, amerikalı jurnalist Meqan Kelliya verdiyi müsahibədə danışıb.
Vensin sözlərinə görə, nəzərdə tutulan razılaşma Yaxın Şərqdə daha geniş regional sülh mexanizmini əhatə edəcək:
"Bu, regional sülh razılaşmasıdır. O, Fars körfəzini, İsraili və Livanı da əhatə edəcək. Məqsəd həqiqi regional sülh sazişidir", - deyə o bildirib.
Vitse-prezident ABŞ-ın İranla bağlı maliyyə öhdəliklərinə də aydınlıq gətirib və Vaşinqtonun Tehrana heç bir vəsait ayırmayacağını vurğulayıb:
"Tam aydınlıq üçün deyirəm: İran bu razılaşmanın bütün şərtlərini yerinə yetirsə belə, ABŞ-dan bir sent belə almayacaq."
Onun sözlərinə görə, yalnız İranın davranışında dəyişiklik olacağı halda digər ölkələrin ölkənin bərpası və iqtisadi inkişafına investisiya yatırmasına şərait yaradıla bilər.
Vens əlavə edib ki, Tehran terrorizmin maliyyələşdirilməsini dayandırarsa və region ölkələri ilə münasibətlərini dəyişərsə, bu, müsbət irəliləyiş kimi qiymətləndirilə bilər.
O həmçinin qeyd edib ki, İran razılaşmadan faydalanmaq istəyərsə, uranın zənginləşdirilməsi və beynəlxalq yoxlamalar kimi məsələlər danışıqların əsas mövzusu olacaq.
Vitse-prezident İsrailin razılaşma ilə bağlı tənqidlərinə də münasibət bildirib və əlavə edib ki, bəzi tərəflərin tənqidi sonsuz münaqişənin davamını istəmək anlamına gəlir:
"Onlar sonsuz münaqişə təklif edirlər. ABŞ Prezidenti isə bunun davam etməsini istəmir. Tənqidçilər ya sənədin məzmununu nəzərə almır, ya da alternativ təqdim etmir".
O həmçinin qeyd edib ki, razılaşma mətninin yaxın günlərdə ictimaiyyətə açıqlanması planlaşdırılır. Onun sözlərinə görə, sənədin gecikməsi diplomatik həssaslıq və vasitəçi ölkələrin - Pakistan və Qətərin müraciətləri ilə bağlıdır.
Məlumata görə, 19 iyunda imzalanması planlaşdırılan anlaşma memorandumu çərçivəsində ABŞ və İran növbəti 60 gün ərzində yekun razılaşma üzrə danışıqları davam etdirəcək.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 119 Tarix: 17 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTəhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?
Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar
18.09.2021 1826 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur
Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla
17.09.2021 1447 "Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya
Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi
18.09.2021 11870