Azərbaycanda bu internet provayderləri bağlandı - SİYAHI

Azərbaycanda bu internet provayderləri bağlandı - SİYAHIBu ay Azərbaycanda 3 internet operator və provayderinin uçotu ləğv edilib.

NOCOMMENT.az-ın məlumatına görə, sözügedən şirkətlər "Bynet" MMC, "Tele5" MMC, "Q-net" MMC-dir.

Uçotların ləğv edilmə səbəbi bu operator və provayderlərin fəaliyyətini dayandırımasıdır.

"Bynet" MMC-nin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Rauf Əhmədlidir. Şirkət 2023-cü ilin may ayında uçota alınıb.

"Q-net" MMC-nin nizamnamə kapitalı 500 manat, qanuni təmsilçisi Əmrah Kəlbiyevdir. Şirkət ötən ilin dekabr ayında internet operator kimi uçota alınıb.

"Tele5" MMC-nin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Azad Dursunovdur. Şirkət 2023-cü ilin noyabr ayında uçota alınıb. Qeyd edək ki, A.Dursunov "Fizza Pay" MMC-nin (fpay.az) direktoru və "BOSS GROUP" MMC-nin təsisçisidir.

Ümumilikdə bu il ərzində Azərbaycanda 15 internet operator və provayderinin uçotu ləğv olunub.

Bunlardan 4-nün uçotunun ləğv edilmə səbəbi hüquqi şəxsin yenidən təşkili olub. Sözügedən şirkətlər "AG Telekom" MMC ("Uninet" MMC-yə qoşulma), "Rahat Telekom" MMC ("AG TELEKOM" MMC-yə qoşulma), "SN Telecom" MMC ("AG Telekom" MMC-yə qoşulma), "Megalink" MMC-dir ("Uninet" MMC-yə qoşulma).

2 şirkətin uçotu uçota alınma üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatların aşkar edilməsi səbəbilə ləğv edilib. Bunlar "Bilev Net" MMC və "Premiumnetaz" MMC-dir.

Digər 9 şirkətin isə fəaliyyətini dayandırma səbəbilə uçotu ləğv olunub. "Beeonline" ASC, "Sky Net" MMC, "Vvorld line" MMC, "Portflix" MMC, "Naxtel" MMC, "Bronet" MMC, "Ailəmnet" MMC, "Robonet" MMC, "Bravo technologies" MMC-dir.

Məlumat üçün deyək ki, Azərbaycanda internet operator və provayderlərinin uçota alınmasını və uçotunun ləğvini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 824   Tarix: 17 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasında Kəlbəcərin mədəni irsini, təbiətini, qədim folklor ənənələrini, sənət və xal

10:19 153
.

Azərbaycan-İran münasibətlərində yeni səhifə: əsas gündəmdə nə var?

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri Bakı-Tehran münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri baxımından diqqət çəkir. Səfər çərçivəsində İranın yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirilib, siyasi, təhlükəsizli

12:19 189
.

1993-cü il seçkiləri ölkənin gələcək müqəddəratını müəyyən etdi

1993-cü il oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisə olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. 1991-1993-c

08:39 220
.

Zaxarovadan Paşinyana cavab: "İzahatını gözləyək"

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı açıqlamalarına münasibət bildirməzdən əvvəl onun əlavə izahatlarının gözlənilməsini təklif edib. xəbər verir ki, Zaxarova bu barədə müxbirinin sualını cavablandırarkə

10:39 156
.

Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb

Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2026-cı il tarixli 607 nömrəli Fərmanına uyğun olaraq yaradılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Azərbaycan Respublikasında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb. xəbə

10:10 215
.

Müstəqilliyə gedən yol

1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətl

08:52 189
.

Ulu Öndər Heydər Əliyev və milli qurtuluş

Azərbaycan tarixinin ən mühüm və taleyüklü səhifələrindən biri milli qurtuluş yolunun başlanması və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi ilə bağlıdır. Bu tarixi prosesdə Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Onun siyasi fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində mühüm mərhəl

08:58 229
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

17:22 66
.

Müəllim məktəbdə iş yoldaşını dərs bölgüsünə görə döydü

Ağstafa şəhər Əmirxan Hüseynov adına 1 nömrəli tam orta məktəbdə müəllimlər arasında qalmaqal yaşanıb. APA-nın məlumatına görə, sözügedən məktəbin ibtidai sinif müəllimi - 1981-ci il təvəllüdlü P. Məmmədova qolunun əzilmiş və cırılmış yarası diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

10:15 175
.