Mark Rütte: Rusiya Ukrayna ilə atəşkəs barədə danışıqlara hazır deyil

Mark Rütte: Rusiya Ukrayna ilə atəşkəs barədə danışıqlara hazır deyilUkraynada müharibənin başa çatması üçün hər iki tərəfin danışıqlara hazır olması lazımıdr, lakin Moskva tərəfindən hələ ki belə bir hazırlıq yoxdur.

"Report" "Sky News"a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Brüsseldə alyans ölkələrinin müdafiə nazirlərinin görüşündən əvvəl çıxış edərkən bildirib.

Rütte qeyd edib ki, Ukrayna qüvvələri cəbhədə vəziyyəti sabitləşdirməyə və Rusiya qoşunlarının irəliləyişini dayandırmağa nail olub.

Onun sözlərinə görə, Rusiya ordusunun aylıq itkiləri ölü və ağır yaralı olmaqla 30 mindən 35 min nəfərə qədər təşkil edir.

"Bunlar heyrətləndirici rəqəmlərdir, ancaq Rusiya hərbçilərinin ailələri üçün onlar, sözsüz ki, faciəvidir. Lakin Ukrayna bu müharibəni seçməyib və müdafiə olunmağa məcburdur", - NATO-nun baş katibi deyib.

Münaqişənin nizamlanması perspektivlərini şərh edən Rütte "tanqo üçün iki nəfər lazımdır" ifadəsini işlədib.

"Biz bu müharibəyə son qoymaq istəyirik, lakin bunun üçün hər iki tərəfin hazır olması lazımdır. Zelenski dialoqa hazırdır, Putin isə görünür ki, yox", - o bildirib.

Bundan əlavə, NATO rəhbəri Çin, İran və Şimali Koreyanı yenidən Rusiyanı dəstəkləməkdə günahlandırıb.

"Biz çoxdandır görürük ki, Rusiya təkbaşına hərəkət etmir. O, Şimali Koreya, Çin və İran tərəfindən həyati əhəmiyyətli yardım alır. Bu ölkələr bir-biri ilə sıx qarşılıqlı əlaqədədir", - Rütte vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 571   Tarix: 17 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan milli mətbuatı 151 yaşında

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. xatırladır ki, ölkədə ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Zamanında böyük risklərə baxmayaraq, Zərdabi "Əkinçi"

00:09 292
.

"Dedi ki, ağzını-burnunu vurub sındıraram!" - Klinika rəhbəri "Baku TV" əməkdaşlarına hücum etdi

Baku TV-nin çəkiliş qrupu Nəsimi rayonu ərazisində yerləşən Bioloji Təbabət Klinikasının qarşısında hücuma məruz qalıb. Canlı bağlantıdan sonra çəkiliş davam etdirilən zaman klinikanın rəhbəri media əməkdaşlarına yaxınlaşaraq çəkilişə mane olub. Görüntülərdə həmin şəxsin kameraya zərbə vurduğu, avadanlığı

21.07.2026 362
.

Aİ "AliExpress"i 550 milyon avro cərimələdi

Avropa İttifaqı (Aİ) Çinin "AliExpress" şirkətini onlayn ticarət platformasında qanunsuz, təhlükəliz və saxta məhsulların satışı ilə bağlı riskləri düzgün qiymətləndirmədiyinə, həmçinin, bu riskləri azaltmaq üçün kifayət qədər tədbirlər görmədiyinə görə 550 milyon avro cərimələyib. xəbər veri

21.07.2026 260
.

Şöhrət Tağıyevi və şirkəti cərimələndi - Səbəb nədir?

"Qaya Neqliyyat" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Şöhrət Tağıyev cərimələnib. Qaynarinfo-nun məlumatına görə, "Qaya Neqliyyat" MMC və onun direktoru barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi (Dövlət Əmək Müfəttişliyi tərəfindən verilən qanuni əmrləri

21.07.2026 278
.

İsrail Hizbullahın mövqelərinə hava zərbələri endirdi

İsrail ordusu Livanın cənubunda Hizbullahın fəaliyyəti ilə əlaqələndirdiyi hədəflərə növbəti hava zərbələri endirib. BİG.AZ ABC News-a istinadən xəbər verir ki, İsrail tərəfi əməliyyatın təşkilatın hərbi imkanlarının bərpasının qarşısını almaq məqsədi daşıdığını bildirib. Məlumata görə, hücumlar zaman

21.07.2026 190
.

Çevik iş vaxtı rejimi hansı sahələrə və kimlərə şamil ediləcək?

"Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda ölkəmizdə beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelinin formalaşdırılması nəzərdə tutulur. "Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəs

21.07.2026 288
.

Əliyevlə Merts mətbuata bəyanatlarla çıxış etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Federal Kansleri Fridrix Merts Berlində mətbuata bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb

21.07.2026 210
.

Bu ölkədə artıq seçkilər keçirilməyəcək

Nikaraqua Prezidenti Daniel Orteqa ölkədə artıq seçkilərin keçirilməyəcəyini bəyan edib. Bu barədə "Reuters" məlumat yayıb. Orteqa 1979-1990-cı illərdə prezident vəzifəsində olub. O, 2007-ci ildə yenidən bu posta seçilib və həmin vaxtdan bəri hakimiyyətdə qalır. Dövlət başçısının sözlərin

21.07.2026 260
.

Hava proqnozları psixologiyamıza necə təsir edir?

Hava proqnozlarının dəqiq olmaması təkcə gündəlik planları pozmur, həm də insanların psixoloji vəziyyətinə ciddi təsir göstərir. Xüsusilə yağış proqnozuna görə həftəsonu planlarını ləğv edən insanların sonradan günəşli hava ilə qarşılaşması məyusluq və narazılıq hissi yarada bilər. Qaynarinfo xəbər veri

21.07.2026 296
.

TOP MP3