"Yaxın perspektivdə ABŞ-ın Kiyevə siyasi və hərbi dəstəyinin davam edəcəyi gözlənilir" - BƏHRUZ QULİYEV

"Yaxın perspektivdə ABŞ-ın Kiyevə siyasi və hərbi dəstəyinin davam edəcəyi gözlənilir" - BƏHRUZ QULİYEV"ABŞ-ın Ukraynaya dəstəyinin son dövrlərdə yenidən güclənməsi təsadüfi proses deyil. Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra onun əsas prioritetlərindən biri Rusiya-Ukrayna müharibəsinin diplomatik yollarla tənzimlənməsi, Moskva ilə birbaşa təmasların genişləndirilməsi və münaqişənin dayandırılması istiqamətində təşəbbüslər göstərmək idi. Məhz buna görə də Tramp administrasiyasının ilk mərhələsində Vaşinqtonun Ukraynaya hərbi və maliyyə dəstəyində müəyyən ehtiyatlı yanaşma müşahidə olunurdu.

Lakin sonrakı dövrdə baş verən hadisələr, xüsusilə Rusiyanın hərbi əməliyyatları davam etdirməsi, Avropanın təhlükəsizlik arxitekturası ilə bağlı narahatlıqların artması və ABŞ-ın qlobal liderlik mövqeyinin qorunması zərurəti Vaşinqtonun siyasətində müəyyən korrektələrə səbəb olub. ABŞ administrasiyası anlayır ki, Ukraynanın müdafiə imkanlarının zəifləməsi təkcə Kiyev üçün deyil, bütövlükdə Qərb təhlükəsizlik sistemi üçün ciddi nəticələr doğura bilər." Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev BiG.AZ-a açıqlamasında deyib.
"Yaxın perspektivdə ABŞ-ın Kiyevə siyasi və hərbi dəstəyinin davam edəcəyi gözlənilir" - BƏHRUZ QULİYEVEkspert qeyd edib ki, bu gün müşahidə olunan maliyyə, hərbi və siyasi dəstəyin artması məhz həmin geosiyasi reallıqlardan qaynaqlanır. ABŞ həm müttəfiqləri qarşısında öhdəliklərini yerinə yetirməyə, həm də beynəlxalq nüfuzunu qorumağa çalışır. Eyni zamanda Vaşinqton Rusiyaya göstərmək istəyir ki, danışıqlar prosesinin nəticəsiz qalması Ukraynanın dəstəkdən məhrum edilməsi anlamına gəlmir.

"Düşünürəm ki, Donald Trampın siyasi gələcəyinə gəldikdə isə, ABŞ Konstitusiyasına əsasən bir şəxs maksimum iki dəfə prezident seçilə bilər. Tramp artıq bu hüquqdan istifadə edib və hazırkı prezidentlik müddəti onun sonuncu səlahiyyət dövrü hesab olunur. Bu baxımdan o, gələcək seçki kampaniyaları barədə deyil, daha çox öz siyasi irsinin necə qiymətləndiriləcəyi barədə düşünür.

Məhz buna görə də Ukrayna məsələsində atılan addımlar yalnız cari siyasi maraqlarla deyil, həm də Tramp administrasiyasının tarixdə hansı nəticələrlə qalacağı ilə əlaqələndirilə bilər. Əgər müharibənin dayandırılması mümkün olmazsa, ABŞ-ın Ukraynaya dəstəyinin müəyyən formada davam etdirilməsi ehtimalı yüksək görünür. Çünki bu, artıq təkcə Ukraynanın deyil, Avropa təhlükəsizliyinin, NATO-nun etibarlılığının və ABŞ-ın qlobal təsir imkanlarının bir hissəsinə çevrilib.

Bu gün Vaşinqtonun qarşısında duran əsas vəzifə müharibəni nəzarətsiz şəkildə genişlənməyə qoymamaq, eyni zamanda Ukraynanın müdafiə qabiliyyətini qorumaqdır. Buna görə də yaxın perspektivdə ABŞ-ın Kiyevə siyasi və hərbi dəstəyinin davam edəcəyi gözlənilir. Dəstəyin həcmi və forması dəyişə bilər, lakin onun tamamilə dayandırılması nə ABŞ-ın strateji maraqlarına, nə də Qərbin ümumi təhlükəsizlik konsepsiyasına uyğun görünür." - deyə, B.Quliyev əlavə edib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 552   Tarix: 18 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Tanınmışlar məndən sonra süni presslər qoydurdular"

Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini

12:49 217
.

Rusiya Kalininqradla bağlı NATO-ya sərt xəbərdarlıq etdi

Rusiya Kalininqrad vilayətini ölkənin digər ərazilərindən təcrid etməyə cəhd göstərildiyini əsas gətirərək NATO-nu mümkün nəticələrlə hədələyib. xəbər verir ki, Reuters-in məlumatına görə, Moskva NATO-ya diplomatik nota göndərərək, nüvə silahları da daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazı

10:16 154
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 212
.

Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi

"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c

11:12 222
.

Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır

Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80

16:04 142
.

Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar

"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə

17:15 71
.

Bu qidalar sizi depressiyaya sala bilər

Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk

14:28 233
.

1993-cü il seçkiləri ölkənin gələcək müqəddəratını müəyyən etdi

1993-cü il oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisə olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. 1991-1993-c

08:39 220
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

17:22 66
.