AI dövründə yeni reallıq: Daha çox istifadə yox, düzgün istifadə
Son vaxtlar süni intellektlə bağlı müzakirələrdə bir məqam çox vaxt diqqətdən kənarda qalır. İnsanlar əsasən AI-nin hansı peşələri əvəz edəcəyindən danışırlar. Halbuki artıq böyük texnologiya şirkətləri başqa bir sualla üz-üzə qalıblar: bu texnologiyadan uzunmüddətli istifadə iqtisadi baxımdan nə qədər sərfəlidir?
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən İKT üzrə mütəxəsszis Elvin Həszənov bildirib ki, süni intellektə bəzən elə yanaşılır ki, guya bir dəfə tətbiq edildi və bütün problemlər həll olundu. Əslində isə AI sistemlərinin işləməsi üçün çox ciddi infrastruktur tələb olunur. Böyük hesablama gücü, məlumat mərkəzləri, yüksək enerji sərfiyyatı, lisenziyalar və daimi yenilənmə xərcləri mövcuddur. Bu səbəbdən bəzi şirkətlər artıq süni intellektdən necə istifadə etməyi deyil, onu harada istifadə etməyin daha səmərəli olacağını hesablayırlar:
"Mən hesab edirəm ki, bu vəziyyət AI üçün təhlükə deyil, əksinə, onun inkişafının növbəti mərhələsidir. Çünki texnologiya tarixində ilk dəfə deyil ki, yeni texnologiyalar yüksək xərclərlə başlayır. Bir zamanlar internet infrastrukturu da çox bahalı idi, bulud texnologiyaları da şirkətlər üçün böyük xərc hesab olunurdu. Sonradan bazar formalaşdı, rəqabət artdı və qiymətlər aşağı düşdü.
Bu gün süni intellekt sahəsində də oxşar proses müşahidə olunur. Şirkətlər artıq daha güclü model yaratmaqdan çox, daha səmərəli model yaratmağa çalışırlar. Yəni gələcəkdə qalib gələn texnologiya ən ağıllı deyil, ən optimal texnologiya olacaq.
Bir növ, əvvəllər şirkətlər "süni intellektdən nə qədər çox istifadə etsək, bir o qədər yaxşıdır" düşüncəsi ilə hərəkət edirdilərsə, indi "onu harada tətbiq etsək, daha çox fayda əldə edərik?" sualını verməyə başlayıblar.
Ən vacib məqamlardan biri isə budur ki, bu cür xəbərlər uzun müddətdir mövcud olan bir mifin də dağılmasına səbəb olur. Uzun illər AI-nin bütün insanları əvəz edəcəyi fikri səsləndirilirdi. Lakin indi görünən odur ki, bəzi hallarda təcrübəli mütəxəssisin işi həm daha ucuz, həm də daha effektiv ola bilir.
Bu səbəbdən yaxın gələcəkdə insan və süni intellekt arasında rəqabətdən daha çox əməkdaşlıq modelinin inkişaf edəcəyini düşünürəm".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 549 Tarix: 18 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Tanınmışlar məndən sonra süni presslər qoydurdular"
Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini
12:49 217 Rusiya Kalininqradla bağlı NATO-ya sərt xəbərdarlıq etdi
Rusiya Kalininqrad vilayətini ölkənin digər ərazilərindən təcrid etməyə cəhd göstərildiyini əsas gətirərək NATO-nu mümkün nəticələrlə hədələyib. xəbər verir ki, Reuters-in məlumatına görə, Moskva NATO-ya diplomatik nota göndərərək, nüvə silahları da daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazı
10:16 154 Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir
"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd
10:33 212 Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi
"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c
11:12 222 Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır
Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80
16:04 142 Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar
"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə
17:15 71 Bu qidalar sizi depressiyaya sala bilər
Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk
14:28 233 1993-cü il seçkiləri ölkənin gələcək müqəddəratını müəyyən etdi
1993-cü il oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisə olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. 1991-1993-c
08:39 220 Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib
Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D
17:22 66