Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır və bunun faydasını görür

Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır və bunun faydasını görürİyunun 18-də Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib.
Bu mühüm əhəmiyyət daşıyan beynəlxalq tədbirin Bakı şəhərində keçirilməsi barədə İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurası 2025-ci il mayın 22-də qərar qəbul edib. Bununla əlaqədar "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı Qrupu arasında Azərbaycan Respublikası Hökuməti tərəfindən İslam İnkişaf Bankı Qrupunun 2026-cı ildə keçiriləcək illik toplantıları üçün təminatlara dair Anlaşma Memorandumu" imzalanıb.
Qeyd edilməlidir ki, İslam İnkişaf Bankı maliyyələşdirməni İslam prinsiplərinin əsasında aparılan beynəlxalq maliyyə-kredit qurumlarından biridir. Üzvləri müsəlman ölkələridir. Bankın məqsədi üzv ölkələrin və fərdi müsəlman cəmiyyətlərinin iqtisadi inkişafının və sosial tərəqqisini İslam hüququ əsasında təmin etməkdir. Ölkəmiz bu qurum ilə əməkdaşlığa 1992-ci ildən başlayıb. 2007-ci ildə Bankın Azərbaycan üzrə yerli nümayəndəsi təyin edilib. İslam İnkişaf Bankı Qrupuna üzv olan 57 ölkə daxildir.
Mərasimində çıxışında Prezident İlham Əliyev söyləyib ki, Azərbaycanın sabit, uğurlu inkişafı var. Bu, həyata keçirdiyimiz milli maraqlara əsaslanan siyasətin, qlobal səhnədə bütün iştirakçılarla olan münasibətlərin inkişafının və bizim uğurlu inkişafımızın nümayişidir.
Dövlətimizin başçısı qeyd edib ki, "2010-cu ildə toplantıya ilk dəfə evsahibliyi etdik. Həmin illik iclasda bizim tərəfdaşlığımıza güclü təkan verildi. Eyni zamanda, bu, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə bağlı apardığı islahatlara və enerji sektorundan asılılığın azaldılmasına verilən dəstək idi. Həmin vaxtdan Azərbaycanda və ətrafda bir çox dəyişikliklər baş verdi. Bir məsələ dəyişməz olaraq qalır. Azərbaycanın sabit, uğurlu inkişafı var".
Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır. Dövlət başçısı uğurlu inkişafın müxtəlif meyarlara əsaslandığını bildirib: "Azərbaycan cəmi 35 ildir müstəqil ölkədir və müstəqilliyin ilk iki ili işğal, müharibə, humanitar fəlakətlərlə yadda qalıb. Daha sonra ölkənin sabit inkişafı təmin edilməyə başladı, bu da hər bir ölkənin uğurunun əsasıdır. Çünki sabitlik pozulduğu zaman biz inkişafdan danışa bilmərik. Ona görə siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır".
Prezident qeyd edib ki, bu, həm də regional inkişafın təzahürüdür: "Regional və qlobal səhnədə Azərbaycan öz güclü əlaqələri ilə bir çox aspektlər baxımından mühüm iştirakçıya çevrilib".
Dünyada olan ölkələrin əksər hissəsinin dəstəyinin qazanılması Azərbaycanın naliyyətlərinə əsaslanır. Prezident İlham Əliyevin sözlərinə görə, müstəqil xarici siyasət sayəsində Azərbaycan beynəlxalq ictimaiyyətin dəstəyini qazanıb: "Dostlarımızın sayı ilbəil artır. Aydın şəkildə görünür ki, namizədliyimiz müxtəlif təchizatların namizədləri siyahısında olub. Biz hərtərəfli dəstək aldıq".
Prezident öz çıxışında BMT Təhlükəsizlik Şurasının namizədləri barədə də danışıb: Bildirib ki, "155 ölkənin dəstəyini qazandıq. Qoşulmama Hərəkatının sədri olduqda da bunu gördük. Biz seçildik və sədrliyimiz uzadıldı. Bu, beynəlxalq dəstəyin ən böyük təzahürüdür. Bəzi məhdud sayda inkişaf etmiş ölkələr özlərinə müəyyən adları istifadə etməyə can atırlar. Lakin BMT-nin üzv dövlətləri bütün beynəlxalq ictimaiyyətin əsasını təşkil edir".
Beynəlxalq səviyyədə keçirilən bütün çıxışlarında olduğu kimi Prezident İlham Əliyev Azərbaycan Ermənistan münasibətlərinə də toxunub. Bildirib ki, Azərbaycan Ermənistana sülh təklif etdi, yəni işğaldan və dağııntılardan əziyyət çəkmiş ölkə bunu təklif etdi.
Dövlət başçısı bildirib ki, indi bu sülh mövcuddur: "Bir ildir ki, Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır və bunun faydasını görür. Biz Ermənistanın işğalçı qüvvələrinin xalqımıza, şəhərlərimizə etdiklərini heç zaman yaddan çıxarmayacağıq, 65 məscidin dağıdılmasını unutmayacağıq. Onlar donuz və digər heyvanları məhz məscidlərin binalarında saxlayırdılar. Biz bunu yaddan çıxarmayacağıq".
İlham Əliyev vurğulayıb ki, bununla belə, Azərbaycan gələcəyə baxdı və döyüş meydanında qisas aldı: "Bu kifayətdir. Müharibə və müharibələr dayanmalı idi. Azərbaycan öz tərəfindən bu müharibəni dayandırdı və sülhü təklif etdi, bu reallıqdır".

Həcər Verdiyeva - Tarix elmləri doktoru, professor


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 778   Tarix: 18 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Tanınmışlar məndən sonra süni presslər qoydurdular"

Aktrisa Pərvin Abıyeva bir müddət əvvəl səsləndirdiyi "Əzələ çıxarma ənənəsini Azərbaycana ilk gətirənlərdən biri mən oldum" sözlərini məsxərəyə qoyan məşqçilərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Sevilən səhər" proqramında danışıb:. "Ölkənin 90 faizini

12:49 217
.

Rusiya Kalininqradla bağlı NATO-ya sərt xəbərdarlıq etdi

Rusiya Kalininqrad vilayətini ölkənin digər ərazilərindən təcrid etməyə cəhd göstərildiyini əsas gətirərək NATO-nu mümkün nəticələrlə hədələyib. xəbər verir ki, Reuters-in məlumatına görə, Moskva NATO-ya diplomatik nota göndərərək, nüvə silahları da daxil olmaqla, bütün arsenalından istifadə etməyə hazı

10:16 154
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 212
.

Heydər Əliyev və müasir Azərbaycanın dövlətçilik tarixi

"Azərbaycanın müasir tarixinin mühüm səhifələrinin yazılmasında və ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi üçün əsasların formalaşdırılmasında Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin xüsusi rolu olub". Bunu -a açıqlamasında politoloq Aynur Xəlilova bildirib. O, qeyd edib ki, 1923-c

11:12 222
.

Gənclərlə bağlı gözlənilməz nəticə: Hər 13 nəfərdən birində aşkarlanır

Gənc və sağlam görünən insanların damarlarında da illər ərzində heç bir əlamət vermədən inkişaf edən ateroskleroz ola bilər. Yeni araşdırma bu problemin 30 yaşdan əvvəl də ortaya çıxa bildiyini göstərib. BİG.AZ xəbər verir ki, Danimarka və İspaniyada aparılan araşdırmada 18-70 yaş arasında olan 16 80

16:04 142
.

Bu şadlıq sarayında istehlaka yararsız ətlər aşkarlandı - Fotolar

"Qızıl Saray" şadlıq sarayında plandankənar yoxlama aparılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. AQTA-nın əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B. Çobanzadə küçəsi, ev 338A ünvanında fəaliyyət göstərə

17:15 71
.

Bu qidalar sizi depressiyaya sala bilər

Gündəlik qidalanmamızda tez-tez yer alan bəzi hazır və çox işlənmiş məhsulların psixi sağlamlığa təsiri ilə bağlı yeni araşdırma aparılıb. Alimlər bu qidaların qəbulunu azaltmağın depressiya əlamətlərinə təsir göstərə biləcəyini müəyyən ediblər. BİG.AZ xəbər verir ki, Kaliforniya Universitetinin San-Fransisk

14:28 233
.

1993-cü il seçkiləri ölkənin gələcək müqəddəratını müəyyən etdi

1993-cü il oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisə olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. 1991-1993-c

08:39 220
.

Gəncədə məktəbdə 7 şagird zəhərləndi - Yenilənib

Gəncədə məktəblərin birində 5 şagird zəhərlənib. "Qafqazinfo"nun məlumatına görə, zəhərlənən şagirdlər Abbas Səhət adına Gəncə Birləşmiş Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə çatdırılıb. İlkin məlumata görə, 2017-ci il təvəllüdlü şagirdlər - S. Abbasova, R. Tağıyeva, R. Kazımova, D

17:22 66
.