"Faizsiz kredit" təklifinə aldanmayın: dələduzların ən çox istifadə etdiyi üsullar
"Son dövrlərdə bank kartları ilə bağlı dələduzluq halları artmaqdadır. Mütəxəssislər vətəndaşlara kart məlumatlarını heç bir halda üçüncü şəxslərlə paylaşmamağı tövsiyə edirlər".
Bunu BiG.AZ-a açıqlamasında İnformasiya resursları üzrə mühəndis-tətqiqatçı, Bəhruz Əliyev bildirib.
O, qeyd edib ki, xüsusilə kartın nömrəsi, son istifadə tarixi, CVV kodu və bank tərəfindən göndərilən SMS təsdiq kodları məxfi məlumat hesab olunur. Bank, polis, kredit təşkilatı və ya hər hansı dövlət qurumu adından zəng edən şəxslər belə bu məlumatları tələb edə bilməz:
"Dələduzlar adətən vətəndaşları aldatmaq üçün müxtəlif bəhanələrdən istifadə edirlər. "Faizsiz kredit veririk", "Dövlət proqramıdır", "Kart məlumatlarını yoxlamalıyıq" və ya "Hesabınıza pul köçürəcəyik" kimi ifadələr ən çox rast gəlinən üsullardandır.
Hesabınıza pul köçürmək üçün yalnız kartın 16 rəqəmli nömrəsi kifayətdir. Əgər sizdən CVV kodu, SMS təsdiq kodu və ya digər məxfi məlumatlar tələb olunursa, bu, dələduzluq cəhdi kimi qiymətləndirilməlidir.
Kart təhlükəsizliyini artırmaq üçün aşağıdakı qaydalara əməl etmək tövsiyə olunur:
Kart üzrə gündəlik əməliyyat limitləri təyin edin və alış-veriş, köçürmə limitlərini minimum səviyyədə saxlayın;
Onlayn ödəniş funksiyasını yalnız ehtiyac olduqda aktivləşdirin və istifadə bitdikdən sonra söndürün;
SMS və mobil tətbiq bildirişlərini aktiv saxlayın ki, hesabınızdakı bütün əməliyyatlardan dərhal xəbərdar olasınız;
WhatsApp, SMS və ya sosial şəbəkələr vasitəsilə göndərilən şübhəli keçidlərə daxil olmayın;
Əsas vəsaitlərinizi saxladığınız kartı gündəlik onlayn ödənişlər üçün istifadə etməyin. Bunun üçün ayrıca və az məbləğ saxlanan kartdan yararlanmaq daha təhlükəsizdir.
Əgər kart məlumatlarınızı təsadüfən paylaşmısınızsa və ya hesabınızla bağlı şübhəli vəziyyət yaranıbsa, dərhal bankla əlaqə saxlayaraq kartın bloklanmasını tələb edin. Daha sonra kartı ləğv etdirərək yenisini sifariş edin və hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verin.
Tanımadığınız şəxslərdən gələn "asan qazanc", "faizsiz kredit" və ya "sürətli pul" vədlərinə ehtiyatla yanaşmaq lazımdır. Vaxtında görülən tədbirlər maddi zərərin qarşısını ala bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 558 Tarix: 19 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİqlim dəyişikliyi təhlükəli infeksiyanın yayılmasına səbəb ola bilər
İqlim dəyişikliyi gəmiricilərlə əlaqəli bəzi təhlükəli infeksiyaların yayılması riskini artıra bilər. Qaynarinfo xəbər verir ki, bu qənaətə London Təbiət Tarixi Muzeyi, Oksford Universiteti və digər elmi müəssisələrin tədqiqatçıları gəliblər. "Independent" yazır ki, alimlər Afrika siçanlarını
30.09.2026 246 Pakistan Əfqanıstanın iki əyalətini bombaladı - 9 mülki şəxs öldü
Pakistan Əfqanıstanın şərqində və cənubunda hava zərbələri həyata keçirib. xəbər verir ki, bu barədə Əfqanıstan Ali Liderinin sözçüsü Zəbihullah Mücahid X sosial şəbəkəsində paylaşım edib. Onun sözlərinə görə, Kunar əyalətinin Çuqam və Helmand əyalətinin Səfər bölgələrində yaşayış binalarına zərbələ
10:30 152 Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir
P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır
30.09.2026 312 Ulu Öndər Heydər Əliyev və milli qurtuluş
Azərbaycan tarixinin ən mühüm və taleyüklü səhifələrindən biri milli qurtuluş yolunun başlanması və müstəqil dövlətçiliyin möhkəmləndirilməsi ilə bağlıdır. Bu tarixi prosesdə Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Onun siyasi fəaliyyəti Azərbaycanın dövlətçilik tarixində mühüm mərhəl
08:58 217 ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"
ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər
14:59 121 3 oktyabr 1993-cü il: Azərbaycan dövlətçiliyində dönüş nöqtəsi
"3 oktyabr 1993-cü il Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan tarixlərdən biridir. Həmin gün Heydər Əliyev xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Lakin bu hadisəni yalnız prezident seçkisi kimi qiymətləndirmək düzgün olmaz. Söhbət Azərbaycanın dövlətçilik tarixini
14:22 128 Sabah bu ərazilərdə su olmayacaq
Sabah saat 09:00-dan axşam saatlarınadək Nizami rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. Bu barədə -a ADSEA-dan məlumat verilib. Bildirilib ki, fasilə magistral su kəməri üzərində aparılacaq tikinti-bərpa işləri ilə bağlıdır
14:24 153 "Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk"
Azərbaycan Prezidenti İlham Əliyev Çin Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr - Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalq
11:21 143 Paytaxtın bu ərazilərində işıq kəsiləcək
Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını
10:00 140