Azərbaycanda məktəblər sürətlə bağlanır! SƏBƏB BƏLLİ OLDU...

Azərbaycanda məktəblər sürətlə bağlanır! SƏBƏB BƏLLİ OLDU..."Son illərdə Azərbaycanda ümumi təhsil müəssisələrin sayı sürətlə azalır. Rəsmi statistikaya görə, 2023-cü ildə ölkədə 4422 məktəb fəaliyyət göstərdiyi halda, hazırda bu rəqəm 4194-ə enib. Başqa sözlə, son üç il ərzində 226 məktəb fəaliyyətini dayandırıb. Təkcə 2024-2025-ci tədris ili ərzində məktəblərin sayı 64 vahid azalıb".

Bu sözləri "Yeni Sabah"a açıqlamasında təhsil məsələləri üzrə ekspert İlham Əhmədov deyib. O bildirib ki, məktəblərin sayının azalmasının əsas səbəblərindən biri kənd yaşayış məntəqələrində əhalinin azalmasıdır:

"Məktəblərin sayının azalması ilk baxışdan narahatedici görünsə də, məsələyə diqqətlə baxdıqda bəzi sosial, iqtisadi və demoqrafik amilin təsir göstərdiyi görünür. pizza sifarişi

Məktəblərin sayının azalmasının əsas səbəblərindən biri kənd yaşayış məntəqələrində əhalinin azalmasıdır. Son illərdə Azərbaycanda urbanizasiya prosesi sürətlənib. İnsanlar iş, təhsil və sosial xidmətlərə daha rahat çıxış əldə etmək üçün rayonlardan iri şəhərlərə, xüsusi ilə Bakı və Abşeron yarımadasına köçürlər. Bu proses nəticəsində bir çox kəndlərdə məktəb yaşlı uşaqların sayı minimum həddə düşüb. Bəzi yaşayış məntəqələrində bir sinifdə cəmi 3-4 şagird təhsil alır. Bu şəraitdə az sayda şagirdi olan məktəbin saxlanılması iqtisadi baxımdan səmərəli deyil və həmin məktəblər ya yaxın yaşayış məntəqələrindəki məktəblərlə birləşdirilir, ya da filial formasında fəaliyyət göstərir.

Məktəb sayının azalmasının əsas hissəsinin ibtidai məktəblərin payına düşməsi də bunu təsdiqləyir. Statistikaya görə, bir il ərzində ibtidai məktəblərin sayı 292-dən 245-ə düşüb. Bu isə daha çox kiçik kənd məktəblərinin fəaliyyətinin dayandırıldığını göstərir".

Ekspert əlavə edib ki, məktəb sayında azalma əsasən dağlıq və ucqar rayonlarda qeydə alınır:

"Məktəblərin bağlanmasını yalnız doğum səviyyəsinin azalması ilə əlaqələndirmək doğru olmazdı. Bu düzdür ki, son illərdə Azərbaycanda doğum göstəricilərində azalma var. Lakin məktəb şəbəkəsindəki dəyişikliklərin əsas səbəbi əhalinin ölkə daxilində qeyri-bərabər yerləşməsidir. Bir tərəfdən bəzi rayonlarda şagird sayı azalır, digər tərəfdən Bakı, Sumqayıt və Abşeron ərazisində yeni məktəblərin tikilməsinə ehtiyac yaranır. Yəni problem ümumi əhalinin azalması ilə paralel, həm də əhalinin məkan üzrə yenidən bölgüsüdür.

Məlumatlar göstərir ki, məktəb sayında azalma əsasən dağlıq və ucqar rayonlarda qeydə alınır. Lerikdə 9, Ağsuda 8, Qubada 7, Füzuli, Qax, Yardımlı və Ağdaş rayonlarında 4 məktəbin bağlanıb. Bu rayonların əksəriyyətində uzun illərdir miqrasiya prosesi davam edir. Gənclər ali təhsil almaq və ya iş tapmaq məqsədilə iri şəhərlərə üz tuturlar. Nəticədə kəndlərdə əhali yaşlanır, məktəb yaşlı uşaqların sayı azalır".

İ. Əhmədov qeyd edib ki, səbəbdən inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da məktəblərin optimallaşdırılması ilə yanaşı, şagirdlərin nəqliyyat təminatı və distant təhsil imkanları da inkişaf etdirilməlidir:

"Burada iki fərqli yanaşma mövcuddur. Birinci yanaşmaya görə, şagird sayı az olan məktəblərin saxlanılması təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Belə məktəblərdə müəllim çatışmazlığı yaranır, laboratoriya və digər tədris resurslarından səmərəli istifadə etmək çətinləşir. Digər yanaşmaya görə isə kənd məktəblərinin bağlanması regionlarda sosial həyatın zəifləməsinə səbəb ola bilər. Çünki məktəb yalnız təhsil müəssisəsi deyil, həm də kəndin sosial və mədəni həyatının mərkəzidir.

Bu səbəbdən inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da məktəblərin optimallaşdırılması ilə yanaşı, şagirdlərin nəqliyyat təminatı və distant təhsil imkanları da inkişaf etdirilməlidir. Distant təhsilin yaradılması zərurəti barədə biz 25 ildir ki, yazırıq, təəssüf ki, aidiyyatı qurum, müasir təhsil trendlərini yaxşı bilmədiyi üçün hələ də ölkədə distant təhsil yoxdur. Amma 25 ildir, bir çox ölkələrin azkomplektli məktəblərində distant təhsil vasitəsi ilə belə məktəbləri yaşadırlar".

Müsahibimiz sonda vurğulayıb ki, sinifdəki şagird sayına görə maaş hesablanmır:

"Azərbaycanda müəllimlərin əməkhaqqı əsasən həftəlik dərs yükünə, ixtisasına və sertifikatlaşdırma nəticələrinə görə müəyyən edilir. Birbaşa olaraq sinifdəki şagird sayına görə maaş hesablanmır. Lakin şagird sayı az olan məktəblərdə dərs saatlarının məhdudluğu müəllimin ümumi gəlirinə dolayısı ilə təsir göstərir. Bu səbəbdən bəzi müəllimlər daha böyük məktəblərdə işləməyə üstünlük verirlər.

Mövcud tendensiyalar göstərir ki, yaxın illərdə məktəb şəbəkəsinin optimallaşdırılması davam edəcək. Lakin burada əsas məqsəd məktəb sayını azaltmaq deyil, resurslardan daha səmərəli istifadə etmək və təhsilin keyfiyyətini yüksəltmək olmalıdır. Eyni zamanda regionların sosial-iqtisadi inkişafı, yeni iş yerlərinin yaradılması və kəndlərdə həyat şəraitinin yaxşılaşdırılması urbanizasiya təzyiqini azalda bilər. Əks halda məktəblərin bağlanması prosesi davam edəcək və bu, regionların inkişafına əlavə problemlər yarada bilər.

Məktəbin bağlanması sadəcə bir binanın fəaliyyətini dayandırması deyil. Bu, çox vaxt həmin yaşayış məntəqəsinin sosial gələcəyi ilə bağlı mühüm siqnaldır. Buna görə də məktəb şəbəkəsinin optimallaşdırılması təhsil keyfiyyəti, regional inkişaf və sosial ədalət prinsipləri arasında balans əsasında həyata keçirilməlidir".

Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin sayında azalma müşahidə olunur. Son statistikaya əsasən, son 3 ildə 226 məktəb bağlanıb. Rəsmi açıqlamaya görə, hazırda ölkədə 4194 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə bu rəqəm 4422 idi. Bu isə o deməkdir ki, son 3 il ərzində məktəblərin sayı 226 ədəd azalıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 685   Tarix: 21 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Uzun fasilədən sonra İsrail-Qəzza sərhədində həyəcan siqnalı

Uzun müddətdən sonra ilk dəfə İsrail ilə Qəzza zolağı arasındakı sərhəd ərazisində hava hücumu sirenləri səsləndirilib. xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (İMQ) sözçü ofisinin ilkin məlumatına görə, Nahal Oz şəhərində şübhəli raket təhlükəsi ilə əlaqədar həyəcan siqnalı verilib. İlkin məlumatlar

10:23 139
.

Paytaxtın bu ərazilərində işıq kəsiləcək

Yasamalın bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. BİG.AZ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatını

10:00 136
.

Erməni turist Bakıdakı 5 günündən danışdı - "Hər kəs soyadımı görürdü"

Sankt-Peterburqda yaşayan erməni əsilli broker Olqa Tamazyan bacısı ilə birlikdə Formula 1 üzrə 2026-cı il Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 24-26-da keçirilən yarış zamanı Bakıda 5 gün qalan turist "Instagram"da öz səfəri haqqınd

11:07 212
.

Bu gün Azərbaycan öz yeni gələcəyini inşa edir

"Prezident İlham Əliyev Cəbrayıl və Zəngilan rayonlarına 2023-cü ildə baş tutan səfəri zamanı yeni inzibati və yaşayış binalarının, komplekslərinin, kəndlərin, uşaq bağçasının təməlinin qoyulmasında, Cəbrayıl Rəqəmsal İdarəetmə Mərkəzinin, "Cahangirbəyli" su elektrik stansiyasının açılışınd

10:33 202
.

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı

Müğənni Aysel Əlizadə həmkarları arasında ən tənbəl ifaçının adını açıqlayıb. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi "Sevilən səhər" proqramında aparıcı İsa Şükürovun suallarını cavablandırıb. A.Əlizadə Xatun Əliyeva ilə Çinarə Məlikzadə arasında seçim edərək Çinarənin adını çəkib

30.09.2026 351
.

Ulu Öndər Heydər Əliyev - xilaskar və böyük strateq!

"Sirr deyil ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyətə malik önəmli tarixlər mövcuddur və bu tarixlərdən biri də xalqımızın gələcəyinin, müqəddəratının həll olunmasını əks etdirən 3 oktyabr 1993-cü ildir. Məhz həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi

11:14 218
.

Həbsdə "lüks həyat" yaşayır - Məhbuslar ona yemək bişirir

P. Diddy kimi tanınan amerikalı məşhur reper Şon Kombsa həbsxanada bir neçə məhbus xidmət edir. "Qafqazinfo" xəbər verir ki, bu barədə "NBC News" telekanalı digər məhbusların anonim ifadələrinə istinadən məlumat yayıb. Bildirilir ki, həmin məhbuslar P. Diddy üçün yemək hazırlayır

30.09.2026 306
.

Ulu Öndər Heydər Əliyev və gələcəyə açılan məktəb qapısı

"Təhsil haqqında danışanda əslində bir ölkənin gələcəyindən danışırıq. Çünki bu gün məktəbə gedən uşaq sabah cəmiyyətin müxtəlif sahələrində öz sözünü deyəcək. Ulu Öndər Heydər Əliyevin təhsilə münasibətinin əsasını da məhz bu düşüncə təşkil edirdi. O, məktəbi yalnız bilik verilən məkan kimi deyil

12:04 148
.

ABŞ-nin mediaya "dövlətə xəyanət" ittihamı: "Müəmmalı məqamlar var"

ABŞ-nin müdafiə naziri Pit Heqset Amerika mediasını İranla müharibəni işıqlandırdığına görə dövlətə xəyanətdə ittiham edib. Heqset bu barədə Virciniya ştatının Kuantiko şəhərində yerləşən Dəniz Piyadaları Korpusunun bazasında çıxışı zamanı danışıb. "Azad mətbuat, əlbəttə, vacibdir. Lakin hərbçilər

14:59 105
.