Toy mədəniyyətində dönüş - ŞOK QADAĞA GÜNDƏMDƏ

Toy mədəniyyətində dönüş - ŞOK QADAĞA GÜNDƏMDƏBəzi ailələrin könüllü şəkildə alkoqolsuz toy modelinə üstünlük verməsi göstərir ki, cəmiyyət alternativ yanaşmaları tədricən qəbul edir

Azərbaycanda yas mərasimlərində ehsanın mərhələli şəkildə aradan qaldırılması cəmiyyətin uzun illər formalaşmış sosial stereotiplərinin dəyişə bildiyini göstərdi. Bu fonda toy mərasimləri ilə bağlı müzakirələrin aktuallaşması təsadüfi deyil. Xüsusilə spirtli içkilərin yaratdığı xoşagəlməz hallar və dava-dalaşlar ictimai narazılığı artıran əsas amillərdən biri kimi önə çıxır.

Lakin toy məclislərində spirtli içkilərin tam qadağan olunması məsələsinə birmənalı yanaşmaq çətindir. Problem yalnız içkinin mövcudluğunda deyil, ümumilikdə davranış mədəniyyəti, sosial təzyiq və nəzarət mexanizmlərinin zəifliyindədir. Bu baxımdan, radikal qadağalar əvəzinə mərhələli və balanslı yanaşma daha effektiv görünür.

Məsələn, spirtli içkilərin təqdimatına məhdudiyyətlərin tətbiqi, məclislərin daha sivil formatda təşkili, restoran və şadlıq evlərində nəzarətin gücləndirilməsi kimi addımlar real nəticə verə bilər. Paralel olaraq, cəmiyyətdə "toy = israf və sərbəst davranış" stereotipinin dəyişməsi də vacib şərtlərdən biridir.

Digər tərəfdən, artıq bəzi ailələrin könüllü şəkildə alkoqolsuz toy modelinə üstünlük verməsi göstərir ki, alternativ yanaşmalar tədricən qəbul olunur. Bu isə gələcəkdə daha geniş sosial transformasiyanın mümkünlüyündən xəbər verir.

Toy mərasimlərində spirtli içkilərin məhdudlaşdırılması dava-dalaşların azalmasına müəyyən təsir göstərə bilər. Lakin bu, yalnız kompleks yanaşmanın bir hissəsi olarsa effektiv olar. Əsas məsələ cəmiyyətin mərasim mədəniyyətinin daha məsuliyyətli və müasir formaya keçid etməsidir.

Bəs toylarda spirtli içkilərin təqdim olunmasının ləğvi mümkündürmü? Yaxud bu sahədə müəyyən məhdudiyyət və ya normativ qaydaların tətbiqi real görünürmü?

Mövzu ilə bağlı millət vəkili Ceyhun Məmmədov "Yeni Müsavat"a danışıb. Deputat deyib ki, ümumiyyətlə, Milli Məclisin gündəliyində belə bir məsələ yoxdur. Yəni hazırda nə yas mərasimləri, nə də toyların təşkili qanunvericiliklə tənzimlənir. Bu sahə ilə bağlı xüsusi qanun mövcud deyil və belə bir məsələ də hazırda gündəmdə deyil: "Spirtli içkilərlə bağlı məsələyə gəldikdə isə kiçik bir statistika aparsaq görərik ki, cəmiyyətdə baş verən xoşagəlməz hadisələrin mütləq əksəriyyətinin kökündə məhz bu amil dayanır. Söhbət ailədaxili münaqişələrdən, yol-nəqliyyat hadisələrindən, insanlar arasında baş verən müxtəlif qarşıdurmalardan gedir. Gün ərzində xəbərləri izlədikdə də görürük ki, bu cür hadisələrin böyük hissəsinin əsas səbəblərindən biri spirtli içki istifadəsidir.

Yəni istər qəzaların, istər müxtəlif münaqişələrin, istərsə də ailədaxili problemlərin kökündə əksər hallarda insanların spirtli içki qəbul etdikdən sonra törətdikləri hərəkətlər dayanır. Bu problem özünü kifayət qədər ciddi şəkildə göstərir.

Ona görə də hesab edirəm ki, gələcəkdə bu sahədə müəyyən tənzimləmələrin həyata keçirilməsinə ehtiyac yarana bilər. Çünki faktiki olaraq spirtli içkilərdən kütləvi və nəzarətsiz istifadə cəmiyyətdə ciddi problemlərə səbəb olur. Amma qeyd etdiyim kimi, bunun tənzimlənməsi tamamilə fərqli məsələdir. Bunun üçün siyasi qərar verilməli, geniş araşdırmalar aparılmalı və ictimai müzakirələr təşkil olunmalıdır".

Deputat deyib ki, əgər insanların spirtli içki qəbul etdikdən sonra bu qədər cinayət törətdiyini, yol qəzalarına səbəb olduğunu görürüksə, deməli, məsələyə fərqli yanaşmalar ortaya qoyulmalı və bu cür halların qarşısının alınması üçün daha təsirli mexanizmlər üzərində düşünülməlidir.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov toylarla bağlı qadağaların tərəfdarı olmadığını deyir: "Azərbaycanın toy adət-ənənələri, sözsüz ki, əsrlər boyu formalaşıb və milli mədəniyyətimizin ayrılmaz hissəsinə çevrilib. Burada söhbət yalnız zahiri və vizual mədəniyyətdən getmir. Toy ənənələri eyni zamanda xalqımızın mənəvi, ruhi, dini və məişət həyatını, davranış qaydalarını, ailə dəyərlərini və yaşam tərzini özündə əks etdirən mürəkkəb bir sosial-mədəni institutdur.

Bəli, son illərdə toy məclisləri həddindən artıq dəbdəbəli, bəzən hətta krallara məxsus bir səviyyədə təşkil olunur. Lakin nə dövlət, nə də cəmiyyət kiməsə diktə edə bilməz ki, toyunda hansı yeməyi təqdim etsin, hansı etməsin və ya toyunu hansı formada keçirsin, yaxud keçirməsin.

Aydın məsələdir ki, müəyyən ümumi standartlar mövcuddur və həmin standartlardan kənara çıxmaq olmaz. Toyların gigiyenik şəraiti, qida təhlükəsizliyi, ictimai asayiş və insanların davranış qaydalarına əməl etməsi baxımından həm şadlıq sarayları, həm toy təşkilatçıları, həm də məclisi sifariş edən ailələr məsuliyyət daşıyırlar".

Müsahibimizin sözlərinə görə, toy məclislərində bu və ya digər yeməyin, yaxud spirtli içkinin təqdim olunub-olunmaması məsələsi kifayət qədər mübahisəli mövzudur: "Biz dünyəvi dövlətik və Avropa dövlətçilik fəlsəfəsinə uyğun olaraq vətəndaşlara geniş liberal azadlıqlar təqdim etmişik. Təəssüf ki, bəzi hallarda insanlar bu azadlıqlardan sui-istifadə edir, bəzən isə bilərəkdən və ya bilməyərəkdən qanunları və ictimai davranış normalarını pozurlar. Əslində keçmişdə Azərbaycan toylarında spirtli içkilər geniş yayılmamışdı. İçki məclisləri ayrıca təşkil olunur, bəzən xüsusi mağarlarda keçirilirdi. Hətta bəzi bölgələrdə içki içənlərlə içməyənlərin məclisləri ayrılırdı. Son illərdə, xüsusilə müstəqillik dövründən sonra isə bu ənənələr tədricən aradan qalxıb və bəzi hallarda toylar həddindən artıq israfçılığa və alkoqol istehlakına əsaslanan məclislərə çevrilib.

Əvvəllər mövcud olan mağar mərasimləri, qadın və kişi məclisləri, xınayaxdı, paltarkəsdi, nişan kimi ayrı-ayrı mərasimlər zamanla bir məkanda birləşdirildi. Bu gün əksər hallarda bütün mərasimlər vahid toy məclisi çərçivəsində keçirilir. Nəticədə qadınlar, kişilər, uşaqlar, yaşlılar və gənclər eyni zalda toplaşır, çox zaman qarışıq masalarda əyləşirlər. Həmin süfrələrdə müxtəlif yeməklər, salatlar, şirniyyatlar, eləcə də alkoqollu və alkoqolsuz içkilər təqdim olunur".

Aydın Xan Əbilov deyib ki, spirtli içki təqdim olunsa da, olunmasa da, bir çox dava-dalaşların kökündə insanların davranış mədəniyyəti, ictimai yerlərdə özünü aparmaq bacarığı və ümumi əxlaq məsələləri dayanır: "Bununla belə, alkoqol həmin problemləri daha da dərinləşdirən amilə çevrilir. Xüsusilə şəxsi və ya ailə problemlərini içki vasitəsilə unutmağa çalışan insanlar zamanla həm ətrafdakılar, həm də bütövlükdə cəmiyyət üçün problem yaradırlar.

Mən dünyəvi düşüncəli bir insan kimi spirtli içki qəbul edən insanların da hüquqlarını tanıyıram və hesab etmirəm ki, toylarda spirtli içkilərin qadağan olunması problemləri tamamilə aradan qaldıra bilər. Hətta buna ehtiyac da yoxdur. Tarix göstərir ki, qadağalar hər zaman gözlənilən nəticəni vermir. Məsələn, ABŞ-də 1930-cu illərdə tətbiq olunan "quru qanun" dövründə qeyri-qanuni içki ticarəti, mafioz qruplar və kölgə iqtisadiyyatı daha da gücləndi. Azərbaycanda da oxşar addım atılarsa, müəyyən problemlərin yaranması istisna deyil.

Toy biznesi Azərbaycanın xidmət və əyləncə sektorunun ən böyük sahələrindən biridir. Müxtəlif hesablamalara görə, bir milyondan çox insan dolayısı və ya birbaşa şəkildə bu sahədən gəlir əldə edir. Buna görə də hər hansı qadağa və ya sərt məhdudiyyət tətbiq edilərkən onun sosial və iqtisadi nəticələri də nəzərə alınmalıdır. Onsuz da ölkədə və dünyada işsizlik problemi kifayət qədər aktualdır. Məncə, qadağalar əvəzinə müəyyən məhdudiyyətlər tətbiq etmək daha məqsədəuyğun olardı. Məsələn, süfrələrdə təqdim olunan spirtli içkilərin sayı azaldıla bilər. İçki təqdim olunan hissələr restoranın ayrıca bölməsində və ya ayrıca zalda təşkil oluna bilər. Bundan əlavə, həddindən artıq spirtli içki qəbul edən şəxslərə nəzarət etmək üçün şadlıq saraylarında xüsusi təhlükəsizlik əməkdaşları fəaliyyət göstərməlidir. Belə hallar aşkar edildikdə, həmin şəxslər məclisdən uzaqlaşdırılmalı, zərurət yaranarsa hüquq-mühafizə orqanları məlumatlandırılmalıdır. Bu cür tədbirlər dava-dalaşların və xoşagəlməz hadisələrin qarşısının alınmasına kömək edə bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 719   Tarix: 21 iyun 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

TOP MP3